Icma.az
close
up
RU
Cəlaloğlu: ABŞ ın Ukraynada Rusiyaya güzəştə getməsi, Rusiyanın Orta Asiya və Qafqazda ABŞ a güzəşti ilə əlaqəli ola bilər

Cəlaloğlu: ABŞ ın Ukraynada Rusiyaya güzəştə getməsi, Rusiyanın Orta Asiya və Qafqazda ABŞ a güzəşti ilə əlaqəli ola bilər

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Hazırda Ukrayna cəbhəsində elə təcili vəziyyət yoxdur ki, tərəflərdən hər hansı biri razılaşma imzalamağa hazır olsun. Yəni bu prosesdə nə Ukrayna ciddi şəkildə uduzub, nə də Rusiya uduzduğunu qəbul edərək geri çəkilmək niyyətindədir. Burada artıq dövlətlərin ləyaqət məsələsi də rol oynayır. Ona görə də müharibənin dayandırılması üçün verilən təkliflər hələ uzun müddət gündəmdə qalacaq, çünki cəbhədə vəziyyət hələ də aktivdir. Nə Ukrayna tam şəkildə tükənib, nə də Rusiya. Əksinə, hər iki tərəfin müharibəni bir və ya iki il davam etdirmək üçün ehtiyatları var. Digər məqam isə Ukraynanın Amerika və Avropa üçün fərqli əhəmiyyət daşımasıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqlara toxunarkən deyib.
S. Cəlaloğlu bildirib ki, Avropa Ukraynaya öz təhlükəsizlik xəttinin bir elementi kimi baxır və mövqeyini buna uyğun formalaşdırır:
“ABŞ üçün Ukraynanın belə əhəmiyyəti yoxdur. Odur ki, Vaşinqton Ukrayna ilə bağlı istənilən güzəştə getməyə hazır görünür. Hazırladığı sülh təkliflərində də istənilən güzəştlərin Kiyev tərəfindən qəbul edilməsini istəyir və prosesdə öz maraqlarının təminatına çalışır. Avropa isə burada taktiki yox, strateji uduş qazanmağa çalışır. Buna görə də Ukraynaya münasibətdə ABŞ və Avropanın mövqeləri ciddi şəkildə fərqlənir. Eyni zamanda Ukrayna və Türkiyənin mövqeləri də Qərbin mövqelərinə yaxın dayanır. Çünki Ukrayna müharibəsinin hansı şərtlərlə dayandırılması Türkiyə üçün də əhəmiyyətli təsirlərə malikdir. Xüsusilə Qara dənizdə Ukraynanın mövcudluğu və buranın “rus dənizi”nə çevrilməsinin qarşısının alınması Türkiyə üçün strateji məsələdir”.
ADP sədri xatırladıb ki, ABŞ sülh planı irəli sürüldükdən sonra müzakirələr aparılıb, Avropa Birliyi öz şərtlərinə yenidən baxıb və prosesə müdaxilə edib:
“Problemin çətinliyi ondan ibarətdir ki, məsələ hüquqi deyil, siyasi çərçivədə həll olunur. Belə olduqda siyasi liderlərə təzyiq də artır, diplomatik dil seçilsə də, bəzən başqa üsullara ehtiyac yaranır. Məsələn, prezident Zelenskinin ətrafında qara piar kampaniyası aparılır: guya o, artıq qanunsuz prezidentdir, korrupsiya bataqlığına düşüb və s. Əslində bu, Ukrayna prezidentinə təzyiq göstərməkdir. Hüquqi müstəvidə isə Rusiyanın heç bir uduşu ola bilməz. Rusiya rəhbərliyi haqqında Beynəlxalq Məhkəmənin qərarı var və beynəlxalq hüquqa görə, Rusiya bu aqressiyanın nəticələrindən yararlana bilməz, əksinə, etdiklərinə görə cavab verməlidir. Yəni bu, Ukrayna-Rusiya məsələsi deyil, bölgədə Avropa ilə ABŞ arasında maraq toqquşmasıdır”.
S. Cəlaloğlunun ehtimalına görə, ABŞ-ın Ukrayna məsələsində Rusiyaya güzəştə getməsi müəyyən mənada Rusiyanın Qafqaz və Orta Asiyada ABŞ-a güzəşt etməsi ilə əlaqəli ola bilər: “Məncə, Avropa bunu yaxşı başa düşür və məhz bu səbəbdən öz sülh təklifini israrla gündəmə gətirir. Burada iki prinsipial məsələ var: birincisi, Ukrayna torpaqlarının taleyi, ikincisi isə Ukraynanın suverenliyi ilə bağlı məqamdır”.
Müsahibimiz bildirib ki, ABŞ tərəfindən irəli sürülən sənəddə həm Ukrayna ərazilərinin itirilməsi, həm də bir dövlət kimi onun suverenliyinin məhdudlaşdırılması nəzərdə tutulur:
“Avropanın layihəsində isə Ukraynanın suverenliyinin gücləndirilməsi və yalnız kiçik ərazi itkisi məsələsi müzakirə olunur. Hazırda həm ABŞ, həm də Avropa tərəfindən irəli sürülən təkliflər radikal sənədlərdir. Fikrimcə, bu iki layihə əsasında həm Ukrayna, həm Rusiya, həm də dünya üçün məqbul bir sülh modeli yaratmaq mümkündür”.
S. Cəlaloğlu əlavə edib ki, digər variant problemin alternativ həll yollarını axtarmaqdır:
“Mən təklif etmişdim ki, əgər doğrudan da Rusiyanın məqsədi Ukraynanı işğal etmək deyil, oradakı rusların hüquq və milli kimliyini qorumaqdırsa, tərəflər arasında vətəndaş mübadiləsi həyata keçirilə bilər. Rusiyada 4 milyonadək ukraynalı yaşayır - onları Ukraynaya köçürmək mümkündür. Əvəzində Ukraynada yaşayan ruslar Rusiyaya köçürülər və beləliklə, problem həll olunar. Əgər bu qəbul edilmirsə, deməli, Rusiyanın məqsədi torpaq əldə etməkdir. Məncə, indi irəli sürülən layihə və təkliflərə o qədər də ciddi yanaşmaq lazım deyil. Onsuz da əvvəldən iki əsas məsələ mövcud olub: birincisi, Ukraynanın böyük ərazilərinin Rusiyaya verilməsi, ikincisi isə Ukraynanın suverenliyi məsələsi. Digər mühüm məsələ isə post-müharibə dövrünün necə olacağıdır. Fərz edək ki, ABŞ-ın təklifi əsasında müharibə dayandı və sülh müqaviləsi imzalandı. Sabah Ukrayna cəmiyyəti torpaq itkisinə dözəcəkmi? Orada partizan hərəkatı başlayacaq, ya yox? Ukrayna-Rusiya müharibəsi yenidən alovlanacaqmı? Əsas suallar bunlardır. Əgər uzunmüddətli sülh istəyiriksə, təkliflər ədalətli olmalıdır. Yox əgər sənəd bir tərəfin maraqlarına əsaslanacaq və digər tərəfə təzyiqlərlə qəbul etdiriləcəksə, bu, gec-tez yeni müharibəyə gətirib çıxaracaq”.

Nemət ORUCOV
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri