Icma.az
close
up
RU
Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Evdə imzalanan sülh razılaşması təkcə müharibəyə son qoyan diplomatik sənəd deyil, həm də bölgədə güc balansını dəyişdirən strateji addımdır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan bu proses, Vaşinqtonun Cənubi Qafqazdakı nüfuzunu illərdən sonra yüksək səviyyəyə qaldırdı.

ABŞ-ın sülh masasında ön sıraya keçməsi Rusiya, İran və Türkiyə kimi region gücləri üçün nə deməkdir?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, dünən imzalanan sənəd Cənubi Qafqaz üçün çox önəmlidir.

Onun sözlərinə görə, bu, bölgəyə sülh və sabitlik gətirə biləcək bir razılaşmadır:

“Səbəbi sadədir: sənəd regionu ABŞ-ın təminatı altına alır. Əvvəllər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda tərəddüd içində idi. Çünki bu, eyni zamanda Türkiyə ilə də əlaqələr tələb edirdi, erməni cəmiyyətində daxili narazılıqlar yaradırdı. Belə ki, onlar Türkiyə və Azərbaycanla yaxınlaşmanı qəbul etməkdə çətinlik çəkirdilər. İndi isə ABŞ-ın iştirakı ilə imzalanan razılaşma bu təzyiqləri azaldır və Paşinyan üçün daxildə dəstək yaradır”.

Vəli Əlibəyov

Politoloqun fikrincə, sənədin imzalanmasından sonra bölgədə Rusiyanın mövqeyinin daha da zəifləməsi gözlənilir:

Rusiya onsuz da burada nüfuzunu itirirdi, indi qalan dayaqlarını da itirə bilər. İranın isə aqressiv ritorikası yumşalacaq, çünki artıq regionda ABŞ-ın dominant mövqeyi aydın şəkildə ortaya çıxır. Bu, İranın gərginlik yaratmaq imkanlarını məhdudlaşdıracaq. Türkiyəyə gəldikdə isə, onun maraqları tamamilə zərər görməyəcək. Əksinə, sənəd Bakı-Naxçıvan arasında yeni Zəngəzur dəhlizinin, yəni “Tramp körpüsünün” açılmasına şərait yaradacaq. Bu isə türk dövlətlərinin quru əlaqəsini gücləndirəcək və Türkiyənin strateji maraqlarına xidmət edəcək. Beləliklə, sənəd regionda yeni iqtisadi və siyasi reallıqların başlanğıcıdır və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatına xidmət edir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:481
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri