Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Cəlaloğlu dünən və bu gün: Mədhiyyədən ittihama aparan yol

Cəlaloğlu dünən və bu gün: Mədhiyyədən ittihama aparan yol

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uzun illər boyu çapından dəfələrlə böyük iddialarla çıxış edən pərdəarxası hiyləgərliklərin “mahir ustası” Ramiz Mehdiyevin yeni oyunları gün işığına çıxdıqdan sonra bu qoca siyasi plagiatçının ətrafında cərəyan edən hadisələrin doğurduğu dəyişik və intensiv informasiya axınından yararlanaraq diqqəti yayındırmağa, “boz kardinal”ın qaranlıq kölgəsininin zərrələrini həmişə aydınlıqda olanların üzərinə sıçratmağa çalışanların da səfi kifayət qədər genişlənib.

Mehdiyevlərin ölkədən kənardakı uzantılarının – “söyüş terminatorları”nın idarəçiliyində olan sosial şəbəkə səhifələri gecə-gündüz saxta xəbər və hekayələr uydurmaqla informasiya axının axarını hədəfdən yayındırmağa, gündəmi baş verənlərə nə birbaşa, nə də dolayısıyla aidiyyatı olmayanlar haqqında rəvayətlərlə doldurmağa, göz önündə olan reallıqları xəbər gündəmindən sıxışdırmağa cəhd göstərirlər.

Bu prosesin içərisində yer alanlardan biri də Azərbaycan siyasətinin klassik aravuranlarından, şər-şəbədə, böhtan ötürücülərindən sayılan, maddi və siyasi maraqlarını “şəbəkədən şəbəkəyə daşımaqda” mobil operatorları belə kölgədə qoya biləcək “MND ustası” Sərdar Cəlaloğludur.

Cəlaloğlu bir neçə gündür ki, yan-yörəsi ilə birlikdə, az qala hər kəsi siyasi mövcudluğunun cansız cəsədini qoruyub-saxlamaq üçün yararlandığı “siyasi ölüxana”ya sürükləməyə, “formalin”ləməyə çalışır.

Amma nədənsə özünün Ramiz Mehdiyevə yazdıqlarını, yaxud Ramiz Mehdiyevin adından yazılanlarla bağlı üyütdüklərini xatırlamaq və xatırlatmaq istəmir. Əvəzində isə ən müxtəlif üslub və vasitələrlə başqalarını hədəfə çevirmək və özünü hədəfdən yayındırmaq üçün dəridən-qabıqdan çıxır. Təbii ki, əgər Sərdar Cəlaloğlu Mehdiyev haqqında dediklərini və yazdıqlarını xatırlamaq istəmirsə, o zaman ADP sədrinin yaddaşını təzələmək də bizim öhdəmizə düşür.

İndi isə Cəlaloğlunun 2013-cü ildə, Ramiz Mehdiyevin adından yazıldığı əsla şübhə doğurmayan bir məqalə ilə bağlı az qala sözügedən məqalə böyüklükdə yazdığı neoklassik mədhiyyə nümunəsindən bəzi məqamlara nəzər salaq:

Məqaləsinə, özünü təmizə çıxarmaq və yazdıqlarına mümkün qədər haqq qazandırmaq üçün uzun-uzadı giriş verən Sərdar Cəlaloğlu bir xeyli “mus-mus…” dedikdən sonra yazır: “Ramiz Mehdiyevin Şah İsmayıla həsr etdiyi məqaləsini təkrar-təkrar oxuduqdan sonra bu qənaətə gəldim ki R.Mehdiyev həqiqətən də tutduğu mövqedən çəkinmədən, üzərinə səlib yürüşü təşkil edilən bir zaman vaxt tapıb vətəndaş kimi vəzifəsini yerinə yetirməyi bacarmışdır”.

Mən inanmıram ki, Sərdar Cəlaloğlu “təkrar-təkrar oxuduğu” məqalənin əsl müəllifinin Ramiz Mehdiyev olmadığını bilmir. Bilir, həm də çox yaxşı bilir. Elə Məqalənin ilk cümlələrindən bəlli olur ki, Ramiz Mehdiyevin adından yazılan məqalə ilə ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Sərdar Cəlaloğlunun “Mehdiyevin məqaləsi”ndən gətirdiyi ilk iqtibasa diqqət yetirək:

«Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir».

Düşünürəm ki, “türk” kəlməsinə dözüm göstərə bilməyən Ramiz Mehdiyevin “Azərbaycan türklərinin birləşməsindən” yaza biləcəyinə heç onun özünü də inandıra bilməzsən.

Ramiz Mehdiyevin adından yazılan məqaləyə xüsusi diqqət çəkməyəcəyəm. Əgər sözügedən məqaləni yayımlayanlar Mehdiyevlə bağlı digər yazılar kimi sözügedən məqaləni də silməyiblərsə, o zaman istənilən şəxs axtarış sistemləri vasitəsilə əldə edə bilər.

Ramiz Mehdiyevin “yazdıqları”nın altından “qətiyyətlə imza atdığını” bildirən Sərdar Cəlaloğlu da məqaləni “qəlbinin hökmü ilə” və Mehdiyevin “məqaləsinin təsiri altında” qələbə aldığını iddia edir. Beləliklə, Sərdar Cəlaloğlunun 2013-cü ildə yayımlanan məqaləsində “qəlbdən-qəlbə”, “ürəkdən-ürəyə” yollar görünür. Zənnimcə, əsas məsələ həmin zaman kəsiyində bu “qəlb”lərin harada və necə döyünməsindədir…

Davam edək… Beləliklə, Cəlaloğlu Mehdiyev haqqında yazır: “R.Mehdiyev tutduğu rəsmi mövqeyə baxmayaraq öz milləti və xalqı üçün gərəkli olan belə bir mövqe sərgiləmişsə, mən də bəzi dost müxalif qəzetlərdə boğazından yuxarı vətənpərvərlərin mənim haqımda nə yazacaqlarını qabaqcadan bilə-bilə, onları gözardı edərək onun xidmətlərini qeyd etməyi özümə borc bildim”.

Sərdar Cəlaloğlu daha sonra Ramiz Mehdiyevin adından yazılan məqalədən istifadə edərək, onun “bir çox alimdə və siyasətçidə çatışmayan vətəndaş mövqeyi”ni, “öz vətəndaş mövqeyini çox aydın və qəti şəkildə-türkcü kimi ortalığa qoyduğunu”, “Şah İsmayılı hər şeydən öncə bir türk kimi, türk olaraq müdafiə etdiyini”bildirir. Etiraf edim ki, Sərdar Cəlaloğlu ara vurmaqda, şər-böhtan atmaqda, göz önündə olan həqiqəti danmaqda mahir olduğu kimi, tərif yağdırmağın da ustasıdır.

Cəlaloğlu 2013-cü ildə yazdığı məqaləsində Ramiz Mehdiyevin Azərbaycan tarixinə rus və fars baxış bucağına qarşı çıxış etdiyini bildirir, amma son açıqlamalarında isə Mehdiyevin Rusiyanın emissarı olduğunu deyir. Əgər Sərdar Cəlaloğlu hər iki yanaşmasında səmimidirsə, o zaman belə anlaşılır ki, Ramiz Mehdiyev Azərbaycan tarixinə münasibətdə türkçü, azərbaycançı, dövlətçiliyinə münasibətdə isə Rusiyapərəsdir. Qeyd edim ki, Cəlaloğlu Mehdiyev haqqında yazdığı məqalədə də onun Azərbaycan dövlətçiliyinin tarixinə olan haqlı və hətta Cəlaloğlunu yaxşı mənada heyrətləndirən münasibətindən yazır. Anlamaq olmur, necə olur ki, eyni adam həm Rusiyanın emissarı olur, həm də Azərbaycanın dövlətçilik tarixinə münasibətdə rus baxış bucağının əleyhinə çıxış edir.

Sərdar Cəlaloğlunun unikal baxış bucağından sıyrılan başqa bir məqama da diqqət çəkməyi vacib sayıram. 2013-cü ildə Ramiz Mehdiyevin adından yazılan bir məqalə haqqında uzun-uzadı mədhiyyə ilə çıxış edən Sərdar Cəlaloğlu 2020-ci ildə, Ramiz Mehdiyevin AMEA-nın rəhbəri kimi fəaliyyətə başladığı zaman kəsiyində tamamilə fərqli fikirlər səsləndirib. Sitat: “ “Mən Ramiz Mehdiyevin müəllifi olduğu bir neçə kitabı oxumuşam. Əgər o kitabları doğrudan da özü yazıbsa, hesab edirəm ki, kifayət qədər profuktiv elm adamıdır. Yox başqası yazıbsa, heç. Çünki deyirlər ki, onun kitablarını kimlərsə yazır”. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. Mənzərə göz qabağındadır. Ramiz Mehdiyevin əməlləri kimi, Sərdar Cəlaloğlunun da yazdıqları və dedikləri onun ziddiyyətlərin və maraqların kombinasiyalarından ibarət siyasi obrazının bütün cizgilərini nümayiş etdirir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri