Icma.az
close
up
RU
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var

Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Bu gün dünyanın ayrı-ayrı bölgələrində, məsələn, Hindistan-Pakistan, İran-İsrail, Ukrayna-Rusiya münaqişələrinin başlıca səbəbi qlobal iqtisadi böhranın dərinləşməsi və bunun siyasi böhranla nəticələnməsidir. Mümkündür ki, daha bir neçə ölkə arasında münaqişə yaransın”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu İranın hədəf seçilməsinin səbəblərindən də söz açıb:
“İndiki halda İranın İsrail tərəfindən hədəf seçilməsinin səbəbi İranın İsraili özünə düşmən seçməsi, atom silahı əldə etmək planı, proksi qüvvələri vasitəsilə İsrailə qarşı mübarizə aparması, İsrail sərhədlərini özünün təsir sahəsi görməsidir. Yəni İranın vurulmasının birinci səbəbi budur.
Sözsüz ki, bəhanə atom silahının hazırlanmasıdır. Amma atom silahı hazırlayan ölkəni vurmaq legitim hədəfdirsə, o zaman İsraili hamı vurmalıdır, çünki çoxlu atom başlıqları var. Demək istəyirəm ki, burada nüvə, atom silahı kimi məsələlərdən sadəcə bəhanə kimi istifadə edirlər.
İkinci vacib səbəb İranın Rusiya ilə sıx əməkdaşlığı, Ukraynaya qarşı Moskvaya raketlər və “Şahed” dronlarının verilməsidir. Bu hal Ukraynanı dəstəkləyən ölkələrə ciddi təsir edir. Güman edirəm ki, İran bir tərəfdən özünün əməllərinə, digər tərəfdən isə Rusiyaya yaxından dəstək verdiyinə görə cəzalandırılır”.
ADP sədri xatırladıb ki, ABŞ Rusiyaya dəstək verən qüvvələri cəzalandıracağını əvvəlcədən elan edib:
“İran Rusiya ilə hərbi müttəfiqlik müqaviləsi bağlayıb, Rusiyaya dron, raket və s. verir. Odur ki, indi İranın vurulmasının konkret iki səbəbi var - Yaxın Şərqdə özünə təsir dairəsi yaratmaq cəhdi və Rusiyanı Ukraynaya qarşı dəstəkləməsi.
Nəzərə almaq lazımdır ki, keçmiş tarixdə Ukrayna özü yəhudi dininin geniş yayıldığı ərazilərdən olub. Yəni bir çox səbəblərdən yəhudilər Ukraynanın intiqamını alır, eyni zamanda öz təhlükəsizlik məsələlərini təmin edirlər”.
S. Cəlaloğlu məsələlərə açıq baxmağın tərəfdarıdır:
“İranın İsrailə cavab vermək imkanı yoxdur. Məsələn, məlumata görə, dünən İran İsrail istiqamətində yüzlərlə dron göndərib və onların hamısı məhv edilib. İsrail İrandan uzaq məsafədədir. İsrailin müasir texnika ilə təchiz olunan ordusu var, istənilən məsafədən İranı vura bilir. İran isə uzun illər sanksiya altında olduğundan müasir - V nəsl müharibəsi aparmaq üçün silahları yoxdur. Yalnız müəyyən dron resursu var, bu da uzaq məsafə qət etdiyi üçün İsrail tərəfindən neytrallaşdırılır. Eyni zamanda indi məlum olub ki, İsrail İranı təkcə kənardan deyil, həm də İran daxilində müəyyən hazırlıq görərək vurub”.
Siyasətçi sonda bildirib ki, bu münaqişə davam edəcəyi təqdirdə ciddi problemlər yaranacaq. Ancaq o, inanmır ki, bu, uzunmüddətli müharibəyə çevrilsin: “İran çalışacaq ki, İsrailin hansısa mövqelərini vursun, amma bu, bizim düşündüyümüz kimi, uzunmüddətli müharibə olmayacaq. Nə İran, nə də İsrail bunu istəyir. İsrailin əsas hədəfi Yxın Şərqdir - Suriya, Livan və s. Odur ki, İranla genişçaplı və tükəndirici müharibə aparmaq imkanına malik deyil. İran da açıq savaşa girib qüvvələrini məhv etmək istəməz. Odur ki, simasını qorumaq üçün kosmetik əməliyyat aparacaq, amma ciddi iş görə bilməyəcək və sonda tərəflər sakitləşəcək”.

Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 İyun 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri