Icma.az
close
up
RU
Niyə məhz indi? İranın vurulmasının arxasındakı SİRR

Niyə məhz indi? İranın vurulmasının arxasındakı SİRR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

13 iyun 2025-ci ildə İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları ilə bağlı “Əl Cəzirə” maraqlı təhlil yayıb. 

“Cebheinfo.az” yazını təqdim edir:

Tramp administrasiyası bu günə qədər İranın nüvə proqramı ilə bağlı təxminən beş danışıqlar raundunda iştirak edib. Lakin bu proses gözlənilmədən dramatik şəkildə başa çatdı: 

bəzi amerikalıların bölgədən təxliyəsindən sonra İsrail İranın daxilinə hava hücumları həyata keçirdi. Ekspertlərin fikrincə, bu hücumlar ABŞ-İran münasibətlərində növbəti dönüş nöqtəsinə çevrilə bilər. Əslində, bu münasibətlərdə əsas dönüş nöqtəsi ötən əsrdə İran İslam İnqilabının baş verdiyi 1979-cu ilə təsadüf edir. İkinci Dünya müharibəsindən sonra ABŞ İran şahını Yaxın Şərqdə mühüm strateji tərəfdaş kimi görürdü. 

Hətta Vaşinqton bölgədəki maraqlarını qorumaq üçün nə hərbi donanma, nə də qoşun göndərməyə ehtiyac duyurdu, bu işi faktiki olaraq İran şahı görürdü. Ancaq 1979-cu il İslam İnqilabı və onun gətirdiyi köklü dəyişikliklər ABŞ-İran münasibətlərində ciddi gərginliklərə səbəb oldu. Maraqlıdır ki, İranın nüvə enerjisi proqramı da məhz şahın dövründə ABŞ-nin müəyyən dəstəyi ilə gündəmə gəlmişdi. 

Son 20 ildə isə Tehran bu proqramı əsasən dinc məqsədlərlə genişləndirməyə çalışır. Lakin bildirilir ki, əgər siyasi iradə olsa, İran bu texnologiyanı hərbi məqsədlər yəni nüvə silahı istehsalı üçün də istifadə edə bilər. Məhz buna görə də İranın nüvə proqramı uzun illərdir ABŞ-nin Yaxın Şərq siyasətində əsas gündəm mövzularından biri olaraq qalır.
Amma nə üçün ABŞ Prezidenti Tramp Birləşmiş Ştatlarla İran arasında keçirilmiş son danışıqlara baxmayaraq, məhz indi İsrailin İrana hücum etməsinə şərait yaratdı? Trampın xarici siyasəti və İranın nüvə problemi ABŞ Prezidenti Tramp ikinci dəfə Ağ Evə gəldikdən sonra onun əsas siyasi məqsədlərindən biri İranın nüvə silahına sahib olmasının qarşısını almaq idi. O, bu hədəfə ABŞ hərbi gücündən istifadə etmədən, danışıqlar və siyasi razılaşma yolu ilə çatmaq istəyirdi. 

Prezident Tramp Barak Obamanın prezidentliyi dövründə imzalanmış nüvə sazişini ləğv etdi. O, həmin razılaşmanı “çox pis saziş” adlandıraraq bildirmişdi ki, bu sənəd İrana milyardlarla dollar qazandırıb və nəticədə bu ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalar xeyli yumşaldılıb. Məhz bu səbəbdən Tramp hələ birinci prezidentlik dövründə ABŞ-ni həmin sazişdən çıxarmağa çalışdı və eyni zamanda İrana qarşı sərt iqtisadi sanksiyalar tətbiq etdi. 

Qeyd etmək lazımdır ki, Trampdan sonra prezident olan Co Bayden bu məsələ ilə bağlı yeni nüvə sazişi bağlaya bilmədi. Bu da ABŞ ilə İran arasındakı münasibətlərin gərgin qalmasına səbəb olub. Tramp bu ilin əvvəlində ikinci dəfə prezident seçilərək yenidən Ağ Evə qayıtdı, özü ilə İrana qarşı təşviq və təzyiq strategiyasına əsaslanan yeni xarici siyasət yanaşması gətirdi. 

O, administrasiyasının məqsədinin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək yeni bir razılaşma imzalamaq olduğunu, bunun müqabilində isə İrana qarşı tətbiq edilən son sanksiyaların xüsusilə neft sənayesinə, ixracata, bank və maliyyə əməliyyatlarına yönəlmiş məhdudiyyətlərin ləğv ediləcəyini bildirdi. 

Prezident Tramp hesab edirdi ki, ABŞ və İran arasında siyasi və iqtisadi yaxınlaşma baş versəydi, bu iqtisadi güzəştlər bəzi Amerika şirkətləri üçün ciddi iqtisadi fayda gətirə bilərdi. Lakin İsrailin İran obyektlərinə etdiyi hücumlar fonunda bu perspektiv artıq real görünmür. 

Trampın İranla razılaşma cəhdi

Tramp İranla yeni razılaşma əldə etməyə çalışır, amma bu danışıqlarda çox sərt və maksimal tələblər irəli sürür. Məsələn, istəyir ki, İran uranı zənginləşdirməyi tamamilə dayandırsın. İran isə bu şərti qəbul etmir. Çünki AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) qaydalarına əsaslanaraq, uranı aşağı səviyyədə və dinc məqsədlə zənginləşdirməyi öz suveren haqqı sayır. Tramp digər bir məsələdə də İranla razılaşa bilmir. 

O, sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını təklif edir, İran isə bu sanksiyaların dərhal və tam şəkildə ləğvini istəyir. Məhz bu fikir ayrılığı, yəni İranın nüvə proqramında bəzi fəaliyyətlərini saxlamaq istəyi yeni razılaşmanın qarşısını aldı. Bu arada Oman və Səudiyyə Ərəbistanı kimi ölkələr ABŞ ilə İran arasında vasitəçilik etməyə çalışır. 

Onlar istəyirlər ki, bu məsələ dinc yolla həll olunsun və regionda yeni müharibə baş verməsin. Tramp ehtiyat plan olaraq, İsrailin hərbi gücünü arxa planda saxlayırdı. O düşünürdü ki, əgər danışıqlar baş tutmasa və İran zənginləşdirməni davam etdirsə, İsrail bu məsələyə müdaxilə edə bilər. Həm ABŞ, həm də İsrail İranın nüvə silahına yaxınlaşmasını ciddi təhlükə hesab edir. Çünki beynəlxalq hesabatlara görə, İran artıq yüksək səviyyədə uran zənginləşdirməyə başlayıb. 

Bütün bunlara baxmayaraq, Tramp ümid edir ki, İsrailin hücumlarından sonra vəziyyət böyüməyəcək və İran sakit reaksiya verəcək. O, HƏMAS lideri İsmayıl Haniyyə Tehranda öldürüləndə İranın verdiyi təmkinli cavab kimi oxşar davranış gözləyir. Tramp düşünürdü ki, əgər İranın nüvə proqramı zəifləsə, Tehran danışıqlara qayıda bilər. 

Yaxın Şərqdə böyük müharibə təhlükəsi 

Amma görünür, Tramp İsraillə İran arasında yaranmış qarşıdurmanın nə qədər təhlükəli ola biləcəyini tam nəzərə almır. Əgər vəziyyət nəzarətdən çıxsa, ABŞ özünü Yaxın Şərqdə yeni bir müharibənin içində tapa bilər. İsrailin mövqeyi İsrail son hücumları ilə bölgədə güc nümayiş etdirməyə çalışır. 

Hazırda eyni anda bir neçə cəbhədə Qəzzada, Yəməndə və İrana qarşı müharibə aparır. Amma bu dəfə on il əvvəl Barak Obamanın prezidentliyi dövründəki kimi, yəni İranla nüvə danışıqları zamanı olduğu qədər güclü görünmür. 

İsrailin Baş naziri Benyamin Netanyahu illərdir ki, siyasi nüfuzunu Trampı İrana hücum etməyə razı salmaq üçün istifadə edir. Amma Tramp bu cür hücumların birbaşa İsrailin özü tərəfindən həyata keçirilməsini istəyir və bu əməliyyatların ABŞ ilə  razılaşdırılmadığını açıq şəkildə vurğulayır. Xüsusən də onun güclü kəşfiyyat imkanlarını nəzərə alsaq, İsrail bu hücumlarla müəyyən strateji məqsədlərə nail ola bilərdi. 

Məsələn, bu imkanlar sayəsində müəyyən iranlı hərbi liderlər dəqiq şəkildə hədəfə alına bilər. Lakin məsələ bundadır ki, uzunmüddətli müharibəyə İsrailin gücü çatmaz. Çünki İran artıq Qəzzada müharibə aparır, husilərdən raket alır və beynəlxalq təzyiqlərə rəğmən hələ də regionda ciddi aktivlik göstərir. Tramp İsrailə hərbi dəstək verə bilər, amma bu müharibənin uzanması ABŞ-nin özü üçün də təhlükəli nəticələr doğura bilər. 

Üstəlik, belə bir vəziyyət Rusiya və Çinə Yaxın Şərqdə nüfuzlarını artırmaq fürsəti verər. Netanyahu isə bu hərbi fəallığı, ordunun hərəkətdə qalmasını həm öz hakimiyyətinin, həm də koalisiyadakı partiyaların birliyinin qorunması üçün vacib sayır. O, ölkə daxilində mövcud siyasi parçalanmanı ordu ətrafında birləşməklə aradan qaldırmağa çalışır. 

Amma bölgədə alov getdikcə böyüyür. İsrail əvvəlki müharibələrlə müqayisədə indi daha həssas, daha açıq hədəf halına gəlib. Təhlükəsizlik baxımından ciddi sınaq dövründən keçir. İranın mövqeyi və gözlənilən cavab İranın nüvə strategiyası son 30 ildə baş verən hadisələrdən çıxardığı dərslərə əsaslanır. İran Şimali Koreya, İraq və Liviyada baş verənləri diqqətlə analiz edib. İraq nümunəsində Səddam Hüseyn hətta prezident saraylarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə açdı, geniş güzəştlər etdi. Amma bu, ABŞ-nin İraqa müharibə etməsinə mane olmadı. 

Liviya nümunəsində isə Müəmmər Qəddafi nüvə proqramından tam imtina etdi, Qərbə təzminatlar ödəyərək embarqoların qaldırılmasına nail oldu. Amma “ərəb baharı” zamanı onun rejimi devrildi. Şimali Koreya isə nüvə silahı əldə etdi və bu səbəbdən beynəlxalq təzyiqlərə daha az məruz qalır. İran bu modeli daha uyğun hesab edir. 

Çünki təhlükəsizlik baxımından nüvə gücü hələ də ciddi çəkidir. Ancaq İranın regiondakı vəziyyəti Şimali Koreyadan fərqlidir. O, artıq müəyyən təsir imkanlarını itirib. Məsələn, Suriyada Əsədin zəifləməsi, Livanda “Hizbullah”ın nüfuzunun azalması Tehran üçün geriləmədir. Buna baxmayaraq, İran uranın zənginləşdirilməsini dayandırmayacaq. Bu, onun üçün yalnız hərbi məsələ deyil, həm də siyasi və strateji təhlükəsizlik təminatıdır. 

Tramp administrasiyası hər nə qədər bu proqramı dayandırmaq istəsə də, İranın bundan geri çəkilməsi real görünmür. İsrailin son hücumları da bu qərarı dəyişməyəcək. Əksinə, İranı daha da sərtləşdirə bilər. Çünki Tehran üçün bu proqram Şimali Koreyada olduğu kimi rejimin yaşaması deməkdir. 

Əgər İsrail hücumları davam etdirsə, İran da cavabsız qalmayacaq. Sürətli və sərt cavablar verəcək, uzunmüddətli müharibəyə hazırlıqlı olduğunu göstərəcək. Üstəlik, bu sahədə İranın daha təcrübəli və çevik olduğu da istisna deyil. Tramp İsrailə yaşıl işıq yandıra bilər, amma bu müharibəni vaxtında dayandıracaq qırmızı işığı yandırmaq onun əlində olmaya bilər. 
Tərcümə edən: 

Səbinə Uğur
“Cebheinfo.az”

 

Açar sözlər: İran İsrail İran vuruldu “Əl Cəzirə”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see237

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see168

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see143

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see137

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see133

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see133

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see132

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see128

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see128

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see126

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see125

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see123

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see119

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see119

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see118

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri