Icma.az
close
up
RU
Cəlaloğlu: Türk Dövlətləri Təşkilatı məsələsində tələsmək lazımdır

Cəlaloğlu: Türk Dövlətləri Təşkilatı məsələsində tələsmək lazımdır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Müsir dünyada dövlət siyasəti çoxvektorlu olmalıdır. Eyni zamanda hansısa ittifaq və birliklərin üzvü olan dövlətlər suverenliklərinin bir hissəsini saxlamalı, tamamilə dövlətüstü quruma tabe olmamalıdırlar. Bu baxımdan türk dövlətlərinin hər birinin spesifik problemləri var. Məsələn, erməni məsələsi bizim, terror məsələsi qardaş Türkiyənin problemidir. Eləcə də Tacikistan və Qırğızıstan arasında münaqişə bu ölkələrin problemidir. Bu kimi hallar təbiidir. Amma bütün türk dövlətlərinin ortaq maraqlarını təmin edən məsələlərdə bir araya gələrək əməkdaşlıq etmək, birgə addımlar atmaq ümumi işimizə dəstəkdir. Odur ki, hadisələrə həm də kollektiv baxışımız olmalıdır. Yəni, faktiki olaraq türk dövlətləri bu məsələlərdə vahid mövqedən çıxış etməlidir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, vahid mövqelərin formalaşmasında Azərbaycan aktivlik nümayiş etdirir, ciddi iş aparır, qardaş ölkələrlə yüksəksəviyyəli əlaqələr qura bilir.
S. Cəlaloğlunun fikrincə, elə məqamlar var ki, burada dövlətlərin maraqları bir-birinə uyğun gəlməyə bilər, amma bu, Türk Dövlətləri Təşkilatının (TDT) zəifləməsi, ziddiyyətlərin olması kimi təqdim edilə bilməz: “Məsələn, Orta Asiyadakı bəzi qardaş dövlətlər Yunan Kiprində səfirlik açıb. Eynilə Azərbaycanın müttəfiqi İsraillə geniş əlaqələri var və sabah bunu Türkiyəyə qarşı hərəkət kimi təqdim etmək məsuliyyətsizlik olardı. Bu baxımdan qeyd edirik ki, siyasət çoxvektorlu olmalıdır.
Bəli, türkdilli ölkələr müxtəlif qurumların üzvləridir. Ancaq aydındır ki, bu qurumların hamısına birmənalı üstünlük verilə bilməz. Daha çox üstünlük TDT-yə verilməlidir. Niyə? Çünki ümumi dil, tarixi kök, mədəniyyət məsələləri var. Eyni zamanda TDT-nin dünyada gedən ümumi proseslərə vahid münasibəti formalaşdırılmalıdır. Və bu, çox vacib məsələdir”.
Partiya sədri düşünür ki, TDT məsələsində tələsmək lazımdır, gecikməyə əsasımız yoxdur:
“Hazırda dünyada qlobal proseslər gedir, ticarət savaşları müşahidə olunur. DTT-nin vahid mövqeyinin olması bu proseslərdə tərəf kimi çıxış etməsini şərtləndirə bilər. Bəli, bir tərəfdən ittifaqın qərarı olmalıdır, digər tərəfdən dövlətlər müstəqil şəkildə hansısa məsələyə münasibətini ifadə edə bilər. Hətta bunun fərqli də olması mümkündür. Lakin bu, ümumi maraqlarımızı gündəmdən çıxarmır”.
S. Cəlaloğli qeyd edib ki, Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin inkişafı, münasibətlərin gücləndirilməsi xüsusilə son illər diqqəti cəlb edib:
“Azərbaycan öz imkanları və resursları sayəsində TDT-nın inkişaf etdirilməsini, gücləndirilməsini vacib sayır, bunun üçün əlindən gələni edir. Eynilə digər qardaş dövlətlər də bu məsələdə aktiv olmalıdır. Bir daha qeyd edirəm ki, TDT-nın dünyada gedən proseslərlə bağlı vahid mövqeyi olmalı, bu proseslərdə tərəf kimi iştirak etməlidir. Belə olarsa, uğur qazanarıq”.

Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri