Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ermənistan və Türkiyə qarşılıqlı ticarətin birbaşa gömrük rəsmiləşdirilməsinə rəsmən start verib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bura qədər iki ölkə arasında ticarət əməliyyatları texniki olaraq üçüncü dövlətlər üzərindən rəsmiləşdirilirdi.
Lakin malların fiziki daşınması hələ də əsasən Gürcüstan marşrutu ilə həyata keçirilir.
İrəvan və Ankara arasındakı təmasları "aktiv və məhsuldar" adlandıran Mirzoyan tərəflərin təhsil, tarixi abidələrin bərpası və biznes sahələrində əməkdaşlığı genişləndirdiyini diqqətə çatdırıb.
O, növbəti Ermənistan-Türkiyə biznes forumunun 2027-ci ilin əvvəlində Ermənistanda təşkil oluna biləcəyini qeyd edib.
Sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası məsələsinə də toxunan Ermənistan XİN rəhbəri prosesin artıq icra mərhələsinə çatdığını vurğulayıb:
"İstənilən an sərhədin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində addım ata bilərik"./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 05 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















