Icma.az
close
up
RU
“İkinci Türkiyə” yaranır? Azərbaycan üçün mühüm GƏLİŞMƏ

“İkinci Türkiyə” yaranır? Azərbaycan üçün mühüm GƏLİŞMƏ

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı müzakirələr davam edir. İki ölkə arasında münasibətlərin artıq sadəcə dostluq və qardaşlıq ritorikası ilə məhdudlaşmadığı, siyasi, iqtisadi və strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyduğu bir daha nümayiş olundu.

Daşkənddə keçirilən görüşlər və əldə olunan razılaşmalar fonunda indi daha böyük bir sual gündəmə gəlir: Azərbaycan üçün Özbəkistanın timsalında yeni bir Türkiyə modeli formalaşır?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə Azərbaycan-Özbəkistan münasibətlərinin tarixən xalqlararası dostluq və qardaşlıq xarakterinə sahib olduğunu bildirib.

“Müstəqillik dövründə isə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri strateji mahiyyət qazanmağa başlayıb. Xüsusilə 2022-ci ildən bəri diqqətəlayiq hadisələr yaşanmaqdadır: Qazaxıstanla müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Qırğızıstanla və Özbəkistanla münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması qeyd oluna bilər. Cənab Prezidentin ən son Özbəkistan səfəri isə münasibətlərin siyasi dildə də “Əbədi dostluq” adlandırılmasına səbəb olan tarixi müqavilənin imzalanması ilə nəticələndi. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə münasibətdə dilə gətirdiyi “1 millət 2 dövlət” tezisi cənab Prezident İlham Əliyevin yeni regional siyasəti çərçivəsində genişlənərək Mərkəzi Asiyanın Türk dövlətlərini də əhatə edəcək qədər dərin anlam qazanmaqdadır.

Müttəfiqlik münasibəti xarici təhdid qarşısında qarşılıqlı müdafiəni, iqtisadi inteqrasiyanı, mədəni-siyasi birliyi tərənnüm edən anlayışdır. Aydındır ki, Azərbaycan üçün bu mənada unikal olan Türkiyə modeli indi daha geniş – Türk Birliyi çərçivəsində realizə olunmağa başlanır. Bu, həm dünyanın enerji və nəqliyyat-logistika marşrutlarının təhlükəsizliyi baxımından Orta Dəhlizə artan ehtiyac fonunda təbii olaraq Azərbaycan və Mərkəzi Asiyanı vahid geosiyasi regiona çevirir, həm də türk kimliyi və dövlətlərinin ortaq milli iradəsi əsasında vahid məkanın formalaşmasını sürətləndirir. Beləliklə, Azərbaycan Özbəkistanın timsalında bütün Türk Dünyasını özünün yeni müttəfiqləri, əbədi dostları olaraq dünyaya bəyan edir. Bu, dünya üçün tamamilə yeni regional əməkdaşlıq modeli və müvafiq reallığın ərsəyə gəlməsi deməkdir”, deyə o qeyd edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Avqust 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri