Icma.az
close
up
RU
Cəlilabadda ilin ilk “Bootcamp” proqramına start verilib

Cəlilabadda ilin ilk “Bootcamp” proqramına start verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bu ilin ilk “Bootcamp” proqramı baş tutub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Bootcamp”ın əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaqdır.

“Bootcamp” tədbirində ölkənin 20-yə yaxın ali təhsil müəssisəsi, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzindən 40 startapçı iştirak edir. Proqram çərçivəsində iştirakçılara Akselerasiya və İnkubasiya Mərkəzləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən təqdimatlar keçirilib. Eyni zamanda, Cəlilabad rayonunda yerləşən müasir təsərrüfat və müəssisələrə infoturlar təşkil edilib, proqram iştirakçılarına kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradılıb.

Rəsmi açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Peşə Təhsili Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Biznesin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov qeyd ediblər ki, proqram gənclərin innovativ bacarıqlarını artırmaq, süni intellekt və innovativ texnologiyaları praktiki şəkildə öyrənmək, peşə bacarıqlarını inkişaf etdirmək və kənd təsərrüfatında sahibkarlığın inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

İki gün ərzində davam edən proqram çərçivəsində startapçı gənclər və tələbələr üçün təqdimatlar, fikir mübadiləsi və interaktiv müzakirə sessiyaları təşkil edilib. İştirakçılar, həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, istixana və heyvandarlıq kompleksləri, STEAM Mərkəzinə baş çəkib, mərkəzin təhsil imkanları, praktiki təlim proqramları və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat alıblar.

Proqramın praktik hissəsi çərçivəsində iştirakçılar “Rug Fruit” MMC, “AgroDairy” MMC-nin Cəlilabadda yerləşən təsərrüfatına və fərdi çiyələk sahələrinə baxış keçiriblər. İnfoturlar gənclərə kənd təsərrüfatında süni intellekt və innovativ texnologiyaların real iş şəraitində necə tətbiq olunduğunu izləmək imkanı verib.

Tədbir iştirakçıları martın 17-də Cəlilabad rayonunda keçiriləcək Aqrar Biznes Festivalında da iştirak edəcək və aqrar sahədə innovativ ideyalarla tanış olacaqlar. Festival həm də gənclərin ideyalarını investorlarla birbaşa paylaşmasına və regionlarda aqrar innovasiyaların daha geniş tətbiqinə şərait yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri