Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin SABAH qrupları üzrə kompüter elmləri ixtisasının III kurs tələbəsi Qurbanəli Qurbanəliyev “IT SkillSprint” layihəsi çərçivəsində təşkil olunan intensiv beynəlxalq təhsil proqramında iştirak hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, həmçinin “Ironhack” qlobal təlim şirkətinin iştirakı ilə həyata keçirilir.
Tədris kibertəhlükəsizlik, veb-proqramlaşdırma, data və süni intellekt, həmçinin DevOps sahələrini əhatə edir. “Bootcamp” formatında təşkil olunan proqram iştirakçılara real layihələr üzərində işləmək, peşəkar portfel formalaşdırmaq və hakatonlar, karyera sərgiləri, şəbəkələşmə tədbirləri vasitəsilə əmək bazarına daha sürətli inteqrasiya imkanı yaradır.
Layihənin əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə peşəkar bacarıqlarını inkişaf etdirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet–sənaye əməkdaşlığını gücləndirməkdir.
Proqramı uğurla başa vuranlar beynəlxalq səviyyədə tanınan sertifikat əldə edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















