Çelsi 22 yaşlı oyunçu üçün 50 milyon təklif edib
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin "Çelsi" klubu hücumameyilli yarımmüdafiəçi Fermin Lopesi transfer etmək üçün "Barselona"ya (İspaniya) rəsmi müraciət göndərib.
"Ölkə.az" xəbər verir ki, "zadəganlar" 22 yaşlı oyunçu üçün 50 milyon avro təklif edib.
Sözügedən məbləğin yüksək olduğunu düşünən kataloniyalılar Lopesi satmaq variantını nəzərdən keçirir. Futbolçunun özünün hansı qərarı qəbul edəcəyi bilinmir.
Qeyd edək ki, Fermin Lopes ötən mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

