Çelsi də 7 illik müqavilə
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. London təmsilçisi "Ayaks"dan Jorrel Hato ilə razılaşıb.
"Çelsi" 19 yaşlı sol cinah müdafiəçisi ilə 7 illik müqavilə imzalayacaq.
"Zadəganlar" Hato üçün 40 milyon avro ödəyəcəklər. Bildirilib ki, o, yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Jorrel "Ayaks"ın heyətində 111 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib və 20 sarı vərəqə alıb.
Baxış sayı:57
Bu xəbər 31 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















