Çelsi də uduzdu, Mançester Yunayted də, Tottenhem də
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 5 görüş keçirilib.
“Mançester Yunayted” evdə “Vest Hem”ə, “Tottenhem” “Kristal Pelas”a, “Çelsi” səfərdə “Nyukasl”a uduzub. “Nottingem Forest” – “Lester Siti” və “Liverpul” – “Arsenal” oyunlarında isə məhsuldar heç-heçə qeydə alınıb.
11 may
"Nyukasl" – "Çelsi" - 2:0
Qollar: Tonali, 2. B.Gimaraynş, 90.
"Mançester Yunayted" – "Vest Hem" - 0:2
Qollar: Souçek, 26. Bouen, 57.
"Nottingem Forest" – "Lester Siti" - 2:2
Qollar: Gibbs-Uayt, 25. K.Vud, 56 – Koadi, 16. Buananotte, 81.
"Tottenhem" – "Kristal Pelas" - 0:2
Qollar: Eze, 45; 48.
"Liverpul" – "Arsenal" - 2:2
Qollar: Qakpo, 20. L.Dias, 21 – Martinelli, 47. Merino, 70.
Hazırda 83 xalı olan “Liverpul” vahid liderdir və çempionluğu təmin edib. “Arsenal” 68, “Nyukasl” 66, “Mançester Siti” 65, “Çelsi” və “Aston Villa” 63, “Nottingem Forest” 62 xalla növbəti yerlərdə qərarlaşıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 May 2025 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















