“Çelsi”nin baş məşqçi postuna namizədlər açıqlandı “talkSPORT”
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Bornmut”un baş məşqçisi Andoni İraola “Çelsi”dən istefaya göndərilən Liam Rosenyorun yerinə əsas namizəddir.
Yeniavaz.com xəbır verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Məlumata görə, potensial namizədlər arasında ”Nyukasl”dan Eddi Hau, “Portu”dan Françesko Farioli, həmçinin, Filipe Luis və Edin Terziç var.
Lakin İraola bu yay daimi təyinat üçün üstünlük verilən seçimdir. Bask məşqçisi artıq mövsümün sonunda hazırkı klubundan ayrılacağını rəsmən açıqlayıb.
İraola əvvəllər Oliver Qlasnerin varisi hesab edilən “Kristal Pelas”ın təklifini rədd etmişdi.
Kalum MakFarleyn cari mövsümün sonuna qədər “Çelsi”nin müvəqqəti baş məşqçisi vəzifəsini icra edəcək. O, Liam Rosenyorun istefasından dərhal sonra müvəqqəti baş məşqçi vəzifəsini icra etməyə başlayıb.
Klub yay mövsümü hazırlığının əvvəlinə qədər yeni məşqçini təsdiqləmək üçün hərtərəfli seçim prosesi aparmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:İtaliyalı mütəxəssis Çelsi nin baş məşqçi postuna əsas namizəddir
02 Yanvar 2026 00:10
“Çelsi”nin baş məşqçisi açıqlandı rəsmi
30 May 2026 19:21
Çelsi nin daha bir baş məşqçi namizədi
03 Yanvar 2026 13:31
Çelsi baş məşqçi axtarışında NAMİZƏDLƏR BƏLLİ OLDU
23 Aprel 2026 17:19
Çelsi nin boş qalan baş məşqçisi postuna yeni namizəd
23 Aprel 2026 08:20
Baxış sayı:114
Bu xəbər 23 Aprel 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















