Çelyabinskdə güclü leysan fəsadlar törətdi
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində baş verən güclü leysan yağışları nəticəsində fərdi yaşayış evlərini və həyətyanı sahələri su basıb, 40-dan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
XQ xəbər verir ki, Rusiya mediasına istinadən yayılan məlumata görə, bu barədə regionun Ekologiya Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Qeyd olunub ki, son 12 saat ərzində fəlakət bölgəsində 51 mm həcmində yağıntı qeydə alınıb.
"Ufaleyka və Generalka çaylarında suyun səviyyəsinin kəskin qalxması nəticəsində sahil zonasında yerləşən 14 həyətyanı sahə su altında qalıb, avtomobil nəqliyyatının hərəkətində ciddi problemlər yaranıb. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə subasma zonasından 42 nəfər təxliyə edilib. Onların əksəriyyəti qohumlarının və tanışlarının evinə sığınıb, 6 nəfər isə müvəqqəti yerləşdirmə məntəqəsinə yerləşdirilib", – deyə rəsmi məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















