Cəmi 10 dəqiqə: Yuxunu yaxşılaşdıran gizli üsul
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Həkim Markos Vaskes bildirib ki, yuxusuzluq problemi olan insanlar yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün bir vərdişə yiyələnməlidirlər.
Ölkə.az xəbər verir ki, onun tövsiyəsi "Men’s Health" nəşrində yer alıb.
Həkim yuxusuzluq zamanı hər gün yatmazdan əvvəl 10 dəqiqə kitab oxumağı məsləhət görüb. O qeyd edib ki, bu vərdiş sayəsində melatonin, maqnezium və digər əlavələrə ehtiyac qalmaya bilər.
“Oxuyarkən sinir sistemi sakitləşir, ürək döyüntüləri azalır, nəfəs daha dərin olur və əzələlər boşalır. Kitab oxumaq beynin oyanıq vəziyyətdən istirahət rejiminə keçməsinə kömək edir”, - deyə mütəxəssis izah edib.
O əlavə edib ki, araşdırmalara görə həm kağız, həm də elektron kitab oxumaq mümkündür.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















