Icma.az
close
up
RU
Cəmiyyət sertifikasiya imtahanını dəstəkləməlidir EKSPERT

Cəmiyyət sertifikasiya imtahanını dəstəkləməlidir EKSPERT

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Adı müəllim olan hər bir şəxs öz ixtisası üzrə 50 faizdən aşağı nəticə göstərməməlidir

“Bu imtahan illərlə bizim balalarımıza dərs keçən müəllimlərin savad səviyyəsini ortaya qoydu”

Müəllimlərin sertifikatlaşdırma prosesi geniş müzakirələrə səbəb olub. Xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında yaranan narazılıqlar ictimaiyyətin diqqət mərkəzindədir. Elm və təhsil naziri Emin Əmrullayev məsələyə münasibət bildirərək, sertifikatlaşdırma nəticələrinin təhlili və apellyasiya müraciətlərinin ədalətli şəkildə qiymətləndirilməsi barədə açıqlama verib. Nazir imtahanlarda sual çətinliyi və testlərin obyektivliyinə dair məsələlərə aydınlıq gətirərək, nazirliyin müəllimlərin yanında olduğunu vurğulayıb, sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib: "Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik”.

Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir: “Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik”.

Emin Əmrullayev bildirib ki, hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır: “Mənim yanaşmam belədir ki, bu, nazirlik üçün yüklü, amma müsbət və vacib bir prosesdir. Məqsəd kiminsə nəticəsini dəyişmək və ya əlavə bal yazmaq deyil. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqlərinin olduğu müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər”.


İxtisasının filologiya (Azərbaycan dili və ədəbiyyatı) olduğunu vurğulayan təhsil eksperti Ramin Nurəliyev isə Sherg.az-a açıqlamasında deyib ki, sertifikasiya imtahanını  cəmiyyətin bütün üzvləri dəstəkləməlidir: 


“Bu imtahan illərlə bizim balalarımıza dərs keçən müəllimlərin savad səviyyəsini ortaya qoydu. Adı müəllim olan hər bir şəxs öz ixtisası üzrə 50 faizdən aşağı nəticə göstərməməlidir. Göstərirsə, bu onun müəllim kimi formalaşmadığını ortaya qoyur. Təkrar üzərində işləməli və MİQ imtahanında özünü sübut etməlidir.  Bildiyiniz kimi, hər bir fənn üzrə sertifikasiya imtahanından sonra bir qisim müəllimlərin suallara və imtahanı təşkil edənlərə açıq mübarizəsi əks olunur. Filoloqların imtahanından sonra da eyni etiraz dalğası hökm sürdü. Ümumi vəziyyəti analiz etmək üçün konkret fikir bildirmədim. Ani qərar verməyin doğru olmadığını düşündüm. Analiz etdim və müşahidələrimə əsasən filoloqların imtahanında mətn sayının çoxluğu və buna verilən vaxtın yetərsiz olduğu qənaətinə gəldim. Bununla yanaşı, sertifikasiya imtahanında fənlərin birinin digərinə nisbətdə çətin, yaxud da asan olması qəbuledilməzdir. Düşünürəm və təklif edirəm ki, filoloqların sertifikasiya imtahanı təkrar keçirilsin, yaxud da, bəzi suallar ləğv olunaraq iştirakçılara həmin sualların balı əlavə olunsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyun 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri