Icma.az
close
up
RU
Ekspert: Yol qaydalarını pozan məşhurlar cəmiyyət üçün pis nümunədir

Ekspert: Yol qaydalarını pozan məşhurlar cəmiyyət üçün pis nümunədir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmışlar qanunlardan üstün ola bilməzlər

Sosial şəbəkədə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə məxsus xidməti avtomobilin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb. Görüntünün paylaşılması “səfirlik, diplomatik korpus avtomobillərinə əlahiddə güzəştmi var”, sualını gündəmə gətirib. Bəzən belə hallar müşahidə edilir. Nəinki səfirlik və ya diplomatik korpuslara məxsus avtomobillərin, “zerkalnı”, “bərkgedən” nömrə nişanlı yerli avtomobilləri idarə edənlər də özlərini küçənin, yolun “ağası” hesab edir. Harda gəldi dayanır, dayanma-durma qaydalarına əməl etmir, lazım oldu, olmadı səs siqnallarından istifadə edir, yolun hərəkət hissəsində qəza təhlükəsi yaradırlar. DİN Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib. DİN-in Mətbuat xidmətinin məlumatında bildirilir ki, yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur. Məlumata görə, qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg,az-a açıqlamasında qeyd etdi ki, vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq hər bir sürücü, sükan arxasında əyləşən hər bir vətəndaş yol-hərəkəti qaydalarına əməl etməlidir:

- Yol-hərəkəti qaydaları hamı üçün eynidir. Və bu qaydaların pozulması növündən və təhlükə miqyasından, baş verən qəzanın ağırlıq dərəcəsinə bağlı ya inzibati, ya da cinayət məsuliyyəti yaradır. Yol-hərəkəti qaydalarının pozulmasına bəzən zərurət yarana bilər. Buna yol polisi əməkdaşları icazə verirlər. Məsələn, bəzən görürük, avtomobillərin intensiv hərəkət etdiyi yolda işıqfora artıq məhəl qoyulmur, yol polisi əməkdaşı özü avtomobillərin hərəkətini tənzimləyir. Axın böyük olan istiqamətdə avtomobillərin fasiləsiz hərəkətinə imkan yaradılır ki, tıxac yaranmasın. Yol hərəkətində üstünlüyə malik olan nəqliyyat vasitələrinin sürücülərinə zərurət yarandıqda yol hərəkəti qaydalarını pozmağa icazə verilir. Bəzən yol polisi avtomobilləri qaydaların ziddinə ikinci cərgədə saxlayır, halbuki adi vaxtda bu, qadağandır. Zərurət yarandıqda avtomobillər bəzən qadağan olunmuş ərazilərdə də maşını saxlayır. Deyək ki, hansısa genişmiqyaslı tədbir zamanı yolun hərəkət hissəsi bağlanırsa, avtomobillərə əks istiqamətdə hərəkət etməyə icazə verilir. Belə zəruri hallar yarana bilər və bu, yol polisinin iştirakı və nəzarəti altında baş verirsə, qayda pozuntusu hesab edilmir və buna görə sürücü cərimə edilmir. Lakin zərurət olmadan, bilərəkdən, yaxud da yol-hərəkəti qaydalarını bilmədən (sürücü bunları bilməlidir) pozuntulara yol vermək qanun pozuntusudur və buna görə cərimələr tətbiq edilir.

Ekspert bildirdi ki, heç kəs əlahiddə statusa malik deyil:

- Tanınmış, populyar şəxslər var, sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmir, avtomobili qaydalara uyğun idarə etmir, üstəlik, bunu da çəkib sosial mediada paylaşırlar. Birincisi, təhlükəsizlik kəməri avtomobildə hərəkət edən hər kəsi həyata bağlayan bağdır. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alırlar və məhz təhlükəsizlik kəmərini bağladıqları üçün sağ qalırlar. Qaydaları pozan şəxslər bununla cəmiyyətə pis nümunə göstərirlər. Vəzifəsindən, qulluq mövqeyindən, sosial statusundan asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Yol iştirakçısı kim olursa-olsun, qaydalara ciddi riayət etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri