Icma.az
close
up
RU
Cəmiyyətin gücü: yeni dövlətçilər zümrəsi

Cəmiyyətin gücü: yeni dövlətçilər zümrəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

I MƏQALƏ

Prezidentin töhfələri

2003-cü ildən başlayaraq Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev 23 ildir ki, geosiyasi, siyasi, ideoloji, iqtisadi, mədəni hüdudları dəqiq müəyyən edilmiş sistemli və davamlı strateji inkişaf kursunu həyata keçirir. Bu prosesin konkret nəticələri cəmiyyəti sevindirir, dost və qardaş ölkələrə qürur verir, bir sıra dairələri isə etirafa məcbur edir. Bizi burada maraqlandıran başlıca məqamlar isə dövlət başçısının siyasi kursunun vahid dinamik proses kimi cəmiyyəti yeniləşdirmək fəlsəfəsi ilə bağlıdır.

Bu cəhət kifayət qədər məsuliyyətli və elmi kriteriyalar baxımından adekvat yanaşma tələb edir. Bu, Prezident İlham Əliyevin reallaşdırdığı proqramlar sayəsində cəmiyyətimizin ən dərin qatlarında müşahidə edilən yeniləşmənin substantiv və funksional aspektlərinin dinamik vəhdətindən qaynaqlanır. Burada prosesin üç özəlliyini nəzərə almaq gərəkdir.

Birincisi, Azərbaycan Prezidentinin 23 il müddətində dövlətçilik və cəmiyyət üçün verdiyi töhfələri dünyanın siyasi və analitik dairələri öyrənməkdədirlər. Onlar əsasən Azərbaycan cəmiyyətinin gücünü nəzəri-konseptual və praktiki aspektlərdə dərk etməyə çalışırlar.

İkincisi, xaricilərin məsələyə marağı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük qələbədən sonra daha da intensivləşmişdir. Çünki Vətən müharibəsi avtomatik olaraq Azərbaycan cəmiyyətinin latent (maddi və rəqəmsal ifadə edilməyən faktorların gizli qalması) parametrləri hərb və informasiya meydanında aparılan ağır mübarizədə aydınlaşdı (aşkar olmaq mənasında).

Üçüncüsü, Azərbaycan cəmiyyətinin özünə dövlət başçısının həyata keçirdiyi strateji kurs sayəsində cəmiyyətə verdiyi töhfələri daha geniş, elmi əsaslı və dərindən təşviq etmək daha kəskin surətdə qarşıda dayanır. Yəni toplumun özünün öz gücünü dərk etməsi məsələsi daha aktual hala gəlmişdir.

Bu tezisin iki aspektdən mənası vardır. Birinci aspekt lider-xalq birliyinin inklüziv legitimlik hüdudlarının daha da genişlənməsi ilə bağlıdır. İkinci aspekt isə toplumun öz gücünü adekvat dərketməsi sayəsində birlik, həmrəylik və kollektiv fəaliyyət imkanlarını yeni səviyyəyə yüksəltməsi ehtiyacı ilə əlaqəlidir.

Prezident İlham Əliyevin dövlətçiliyə və cəmiyyətin yeniləşərək güclənməsinə verdiyi töhfələrin vurğulanan kontekstdə kollektiv özünüdərkin aktual məsələsinə çevrilməsi qənaətinin səbəbləri vardır.

Daha güclü birlik

Cəmiyyətin sosial, siyasi, mənəvi, psixoloji və mədəni yeniləşməsi elə bir prosesdir ki, hər vacib anında standartla-“qeyri-standartlığın”, normalarla-“anormallığın” qarşıdurması ilə müşayiət olunur. Bu zaman adekvat müəyyənetmə kriteriyaları və prosesləri vahid ümumi baxış bucağı altında dərk etməyəndə qeyri-standartlar və anormallar mütləq mənada neqativ müstəvidə qəbul edilir ki, yeniliyin real pozitiv anlamı kölgədə qalır. Azərbaycanla bağlı nümunələrə baxaq.

İndi sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyi və cəmiyyətdəki proseslərlə bağlı çoxlu sayda müzakirələr yer almaqdadır. Müsbət haldır ki, müzakirələr toplumun, demək olar, bütün kəsimlərini və çox müxtəlif sosial-mədəni sferalarda baş verən dəyişiklikləri əhatə edir. Bu onu göstərir ki, Azərbaycan cəmiyyəti öz taleyinə laqeyd deyildir, əksinə böyük həssaslıqla aktual hesab etdiyi məsələlərə çevik reaksiya verir.

Bu sırada bəzən müzakirə predmetinin mahiyyətinə varmadan kimlərsə, öz subyektiv və emosional reaksiyasını bütövlükdə toplumun adı altında təqdim etməyə çalışır.

Məsələn, hər hansı Azərbaycan mütəfəkkiri, siyasi və ya mədəniyyət xadimi haqqında səthi emosional münasibəti mütləq həqiqət kimi, sanki sənədə “möhür vurma əməliyyatı formasında” təşviq etməyə cəhd göstərir. Bəzi hallarda hansısa hadisəni proses səviyyəsində ümumiləşdirib, hətərən-pətərən nəticələrini cəmiyyətə ötürürlər. Son zamanlarda özünü musiqiçi sayan biri ünvan, ad, məzmun göstərmədən kimlərinsə yüngüllüyündən, özlərini milli mentalitetə uyğun aparmamalarından yazmışdı.

Bir sıra hallarda Nizami Gəncəvi, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və digər çox qiymətli fikir sahiblərimizlə, yəni mənəvi xəzinəmizlə əlaqədar “yeni baxış” adı altında qəbuledilməz rəylər yaymağa çalışırlar.

Nə gizlədək, müəyyən məqamlarda bəziləri özünün xırda etnik, məzhəbçi, bölgəsəl emosiyasını ümum-Azərbaycan dəyəri kimi sırımaq xülyasına düşür. Biz bunlara “kiçik sosial, informasiya, təbliğ fluktuasiyaları” deyirik (“fluktuasiya” normadan, ümumi mühitdən anormal, zərərli kənara çıxma anlamındadır), lakin müəyyən həssas məqamlarda toplumun kollektiv sinerjisini zəiflədə bilər.

Bu mənzərənin fonunda kənardan xüsusi professionallıqla təşkil edilmiş pozucu informasiya və dezinformasiya həmlələri daha təhlükəli görünür. Müasir informasiya-kommunikasiya texnologiyaları və süni intellektin verdiyi nüfuzetmə imkanları vasitəsilə yalanı həqiqət kimi cəmiyyətin mənəvi və şüuri aləminə yeritməyə çalışırlar. Buna ümumi halda “manipulyasiya” deyirlər, ancaq konkret təzahür formaları səviyyəsində kifayət qədər mürəkkəb xarakterə malik təsir üsuludur.

Onu nəzərə almaq vacibdir ki, bu cür təsiretmə texnologiyalarının təməlində illərlə elmi olaraq işlənmiş yanaşmalar, nəzəriyyələr, doktrinalar durur. Bu zaman mürəkkəblik paradiqması, qeyri-səlis məntiq, “forma” məntiqi, aktor-şəbəkə nəzəriyyəsi, sinergetika, refleksiv idarəetmə təlimi və digər müasir yanaşmalara baş vururlar.

Belə alınır ki, bu iki təsirlər sisteminin qarşılıqlı əlaqədə cəmiyyətə nüfuzu onun birliyinə ciddi neqativ təsir edə bilər. O halda müasir mərhələdə sosial-mədəni birlik məsələsi daha çox elmi problem kimi təsəvvür edilməlidir. Buraya ən müasir rəqəmsal və informasiya texnologiyalarını da əlavə etsək, kifayət qədər mürəkkəb bir mənzərə yaranır.

Şübhə yoxdur ki, bu dərəcədə dolaşıq situasiyada cəmiyyətin biliyini Prezidentin həyata keçirdiyi strateji inkişaf kursunun geosiyasi, siyasi, ideoloji, mədəni və təhlükəsizlik hüdudları daxilində milli maraqlar, müstəqilliyin, suverenliyin tam təmini şərti ilə təmin etmək çalışqanlıq və yaradıcılıq tələb edir.

Bu bağlılıqda həm problemə sistemli yanaşma, həm də konkret hansı komponentlərə üstünlük vermə məsələsi ciddi əhəmiyyət kəsb edir. Söhbət cəmiyyətdən gedirsə, ilk növbədə, “cəmiyyətin gücü” dedikdə nəyin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır.

Cəmiyyətin iradəsi

Burada “cəmiyyətin gücü”nə semantikası məhdud və yalnız bir istiqamət üzrə baxılır. O, Prezident İlham Əliyevin həyata keçirdiyi və toplumun birliyinin, mənəvi-əxlaqi, sosial, siyasi, ideoloji və maddi imkanlarının inkişafına yönəlmiş məqamlarının kollektiv şüur tərəfindən dərk edilməsi ilə bağlıdır. O halda cəmiyyətin gücünü daxili toparlanma dinamikasını və kənar neqativ təsirlərə müqavimət dərəcəsini uyğunlaşdırmaq əsasında birliyini yeni səviyyəyə yüksəltməsi kimi qəbul etmək olar.

Burada əsas şərt ondan ibarətdir ki, ictimai şüur birliyə inamı özünün daxili canatması əsasında inkişaf etdirsin. Onun üçün isə ölkə başçısının həyata keçirdiyi siyasi kursun məzmunu ilə strateji hədəflərini qarşılıqlı əlaqədə adekvat anlamalıdır. Buradan təbliğlə təşviqin sintezi məsələsinin aktuallığı bir daha qarşıya çıxır.

Deməli, cəmiyyətin gücü bizim baxdığımız kontekstdə toplumun birgəyaşam imkanlarını birliyi daha dərin və geniş təmin etmək istiqamətində özünütəşkilinin başlıca stimulverici faktorudur. Onun müəyyənedici və istiqamətverici amili dövlət başçısının reallaşdırdığı strateji inkişaf kursudur. Çox mühüm rolu bu prosesdə cəmiyyətin özünün daxili tələbatı qismində birliyi qəbul etməsi oynayır. Buna nail olmaq isə xüsusi fəaliyyət texnologiyası tələb edir.

Maraqlıdır, bu gedişatda aktiv rolu toplumun hansı kəsimi, təbəqəsi, zümrəsi oynaya bilər? Burada bir neçə məqamın qarşılıqlı münasibətləri xüsusi nəzərə alınmalıdır.

3 şərt

Birincisi, yeni birləşdirici güc mütləq müstəqil və demokratik dövlətçi dünyagörüşünə sahib olmalıdır. Burada “dövlətçi dünyagörüşü” ifadəsi ümumi fəlsəfi kontekstdə deyil, mövcud mərhələdə praktiki səmərəsi olan konkret məzmuna malikdir. Yəni onun nüvəsində Azərbaycan Prezidentinin dövlətçiliyə verdiyi töhfələrin müstəqillik və suverenlik kontekstində ümumiləşdirilmiş tezisləri olmalıdır. Aydın olur ki, vurğulanan yanaşma çərçivəsində “yeni dövlətçilər zümrəsi” ifadəsinin ayrıca izahına ehtiyac vardır.

İkincisi, indiki mərhələdə dövlətçilik dünyagörüşünün təməlində “türk dövlətçi dünyagörüşü” anlamı dayanmalıdır. Çünki dövlətçilik aspektində hər bir yenilənmə ənənə ilə müasirliyin vəhdətində özünü doğruldur. Azərbaycanda qədimdən dövlətçilikdə türk dövlətçilik faktoru əsas dünyagörüşü rolunu oynadığından onu yeni şərtlərə uyğun inkişaf etdirmək gərəkdir. Bu məqamı “yeni dövlətçilər zümrəsi”nin əsas keyfiyyətlərindən biri kimi qəbul etmək gərəkdir.

Üçüncüsü, cəmiyyətdə formalaşan yeni dövlətçilər zümrəsi “bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” tezisini mayak kimi qəbul etməlidir. Bu, XXI əsrin çağırışları və tələbləri prizmasında müstəqil dövlətçiliyi davamlı (qalıcı) inkişaf etdirməyin yeganə düzgün və strateji hədəfi konkret olan mövqedir. O anlamda “türk ailəsi” məsələsi Azərbaycan dövlətçiliyinin dərin qatlarına qədər ideoloji faktor kimi hopdurulmalıdır.

Yeni dövlətçilər zümrəsi

Azərbaycanın siyasi-ideoloji təcrübəsi bunun üçün geniş və dərin idarəetmə, mənəvi-mədəni və dövləti tərbiyə bazasına malikdir! Yeganə ümumi şərt Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu xəttindən kənara çıxmamaqdan ibarətdir! Bunu yeni dövlətçilər zümrəsinin əsas “qırmızı xətləri”ndən biri kimi qəbul etmək seçim deyildir, zərurətdir!

Bu məqamların ümumi semantikasında dövlətçilər zümrəsi kontekstində incə bir məna naxışı mövcuddur. İndiki mərhələdə Azərbaycanda Prezident İlham Əliyevin 23 ildir həyata keçirdiyi strateji kurs artıq cəmiyyətdə özünün praktiki bəhrələrini verməkdədir. Məhz onun əlamətlərindən biri kimi, hazırda cəmiyyətdə dövlət başçısının siyasi-ideoloji və dövlətqurucu xəttinin formalaşdırdığı və minlərlə çox qiymətli kadr ordusunu əhatə edən “yeni dövlətçi zümrə”ni göstərmək lazımdır. Bu məqamda iki mühüm xüsusiyyəti vurğulamağa ehtiyac vardır.

Birincisi, yeni dövlətçi zümrənin (kəsimin, təbəqənin) mövcudluğunu dərk etmək bir sıra dairələrin illərdir Azərbaycan cəmiyyətində apardığı pozucu informasiya və ideologiya cəhdlərinin iflasa uğradığına inam yaradır. İndi də bəziləri Azərbaycan cəmiyyətini az qala xaosda çabalayan perspektivsiz bir mühit kimi qələmə verməyə çalışırlar. Ancaq özünü reklam etməyən yeni dövlətçi zümrə praktiki fəaliyyəti ilə (yəni Prezident İlham Əliyevin müəyyən etdiyi kurs üzrə) uğurlara imza atır.

Bunun konkret nümunəsi olaraq cəmiyyətin bütün sferalarında əvvəllər müşahidə edilməyən proseslərin mövcudluğunu göstərə bilərik. Məsələn, indi hər bir vətəndaş öz fikrini sərbəst ifadə edir, ümumi sosial problemlər və məsələlər haqqında mövqeyini bildirir. Bəzən bu mövqe bütövlükdə cəmiyyətin qiymətləndirməsinə tərs gəlsə də, mane olan yoxdur. Ancaq məhz bu kimi sürətlə açılan toplumsal mühitdə əvvəllər latent (gizli), hazırda isə açıq özünü göstərən iki prosesi mühaşidə edə bilirik.

Birincisi, cəmiyyət, xüsusilə gənc nəsil radikal və antimilli bolşevik psixologiyasından qurtulur. İndi gənclər “rus və ya ingilis belə deyir” düşüncəsinin deyil, “Azərbaycan üçün faydalı olan nədir” tezis-fikrinin məhvərində dünyagörüşünü formalaşdırır. Bu, çox çətin və uzun sürən məsələdir, lakin Azərbaycan Prezidentinin yaratdığı daxili sosial-psixoloji mühitin mahiyyəti müxtəlif kəsimləri, təbəqələri, zümrələri “yad təsirlərdən özünütəmizləmək” kimi empatiyaya cəlb edə bilir.

İkincisi, bunun fonunda bir tərəfdən kənardan anti-Azərbaycan təbliğatı isterikası artır, digər tərəfdən isə “türk ailəsi” anlamı yeni dərin qatlara doğru irəliləyir!

“Yeni dövlətçilər zümrəsi” ifadəsinə bu iki prosesin qarşılıqlı təsiri prizmasında anlam vermək lazımdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri