Icma.az
close
up
RU
Cəmiyyətin tənqid hədəfinə çevrilmiş məmur obrazını Adil Əliyev… Murad Köhnəqalanın yazısı

Cəmiyyətin tənqid hədəfinə çevrilmiş məmur obrazını Adil Əliyev… Murad Köhnəqalanın yazısı

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Murad Köhnəqala


Səhv etmirəmsə, 2018-ci il idi, məşhur teleaparıcı Elçin Əlibəyli "El bizim, sirr bizim" verilişində yazarlara dəstək məqsədilə yeni çapdan çıxmış kitablar haqda da söz açır, həmin kitabları görüntülü olaraq reklam edirdi. Teleaparıcının bu təşəbbüsü həmin vaxtlarda ədəbi ictimaiyyət üçün böyük mənəvi dəstək, ümid işığı idi. Mənim “Yuxularım” adlı sürreal hekayələr kitabım da Elçin bəyin təbliğ etdiyi ədəbiyyat siyahısında yer almışdı. Kitabların tanıdılması, onların öz oxucularına çatırılması qələm adamları üçün həm mənəvi, həm də maddi dəstək idi. Yazarlar və kitabsevərlər teleaparıcının bu təşəbbüsünü ədəbiyyat yolunda atılmış önəmli bir addım kimi qiymətləndirirdi.


Əlbəttə, kitaba marağın zəiflədiyi, oxucu kütləsinin getdikcə daraldığı bir dövrdə bu cür kampaniyalar yazıçılar üçün müsbət hadisə idi. Məhdud sayda çap olunmuş “Yuxularım” kitabımın həmin reklamından sonra oxucular mənə zəng edib kitab istəyirdilər. Həmin zənglərin ən yaddaqalanlarından biri də millət vəkili Adil Əliyevin zəngi idi. Adil müəllim mənimlə telefonda hal-əhval tutduqdan sonra kitablarımdan əldə etmək istədiyini bildirdi. Mən onun köməkçisi ilə ofisə gəldim. Həmin görüşdə Adil Əliyev “Yuxularım”ın onun marağını çəkdiyini dedi və kitabdan xeyli nüsxə aldı. Söhbət əsnasında bu kitablardan iş yoldaşlarına və idmançı dostlarına hədiyyə edəcəyini bildirdi.

Sonralar mənim mənzil problemimin həlli üçün bir qrup ziyalı və millət vəkilinin imzası ilə Prezident İlham Əliyevə müraciət ünvanlanan zaman imza üçün Adil Əliyevə də zəng etmişdik. Hazırlanmış müraciəti oxuduqdan sonra Adil müəllim tərəddüd etmədən imzasını verərək: “Bir yazıçının, yaxud ziyalının probleminin həlli üçün olan müraciətə mənim imzamı lap birinci yerdə də yaza bilərsiniz!” demişdi.

Adil Əliyevlə bir neçə dəfə görüşmüşəm. Hər dəfə onu bir az da yaxından tanımaq fürsətim olub. Gördüyüm, tanıdığım Adil müəllim — dövlətinə və xalqına bağlı, prinsipial, vəzifəsinə ciddi yanaşan şəxsiyyətdir. O, insanlarla ünsiyyətə açıq, səmimi, milli dəyərlərə sadiq bir dövlət adamıdır.

Adil Əliyev millət vəkili olduğu müddətdə yalnız öz seçki dairəsinin deyil, ona müraciət edən hər bir vətəndaşın səsinə səs verib, qapısı böyükdən-kiçiyə hər kəsin üzünə açıq olub.

Onun müharibə və postmüharibə dövründə hərbçilərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına həssas münasibəti biz jurnalistlərin daim şahidi olduğumuz məqamlardandır.

Uzun illərdir cəmiyyətin tənqid hədəfinə çevrilmiş məmur obrazını Adil Əliyev özünün mərd xarakteri və dövlətçiliyə sədaqəti ilə dəyişməyi bacarıb.

Prezident İlham Əliyevin Adil Əliyevə göstərdiyi yüksək etimad, onun məsuliyyətli və bacarıqlı dövlət qulluqçusu olmasından əlavə, həm də bir insan kimi nəcib xarakterinə, yüksək mənəvi keyfiyyətlərinə görədir.

Adil müəllim Suraxanı rayonuna icra başçısı təyin edildiyi gündən rayonun abadlaşması, problemlərin həlli istiqamətində xeyli işlər görüb və görməkdədir. İndi isə onu sakinlərlə daimi ünsiyyətdə olan, insanların dərd-sərini şəxsən dinləyən, xalq içində olan bir icra başçısı kimi tanıyırıq.

Təəssüflər olsun ki, dövlətimizi, ölkənin dəyərli şəxsiyyətlərini zaman-zaman hədəfə alan xain qüvvələr Adil Əliyevə qarşı da vaxtaşırı qarayaxma kampaniyası aparırlar. Deməliyəm ki, bu cür çirkin kampaniyalar Adil Əliyevin ictimai nüfuzundan və cəmiyyətimizin ona olan rəğbətindən bir misqal belə qopara bilməyib, bilməyəcək də!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri