Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Çempionatın səviyyəsi qalxıb Maqsud Adıgözəlov

Çempionatın səviyyəsi qalxıb Maqsud Adıgözəlov

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qış fasiləsinə lider yollanan “Sabah”ın prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov komandanın uğurunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, klub funksioneri “Futbolpress.az”a müsahibəsində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Adıgözəlov ilk olaraq “Qarabağ”la təxirə salınmış oyundakı nəticə barədə təəssüratını belə bölüşüb: 

“Qarabağ”la oyun yaxşı alındı. Həm də yaxşı hakimlik oldu. Yəni oyun hər dəqiqə dayanmırdı, komandalar futbol oynayırdı. Azarkeş amili də çox vacibdir. Başa düşdük ki, stadionları doldurmalıyıq. Bunu necə edə bilərik? Yalnız yaxşı oyun, yaxşı mübarizə, yaxşı şəraitlə. Soyuq havada, hardasa 6 minə yaxın azarkeş var idi. Stadion dolu görünürdü, atmosfer fantastik idi. Yaxşı oynadıq. “Qarabağ”ın gücünə bələdik. Komandada eyforiya yoxdur. Nə məşqçilər heyətində, nə futbolçularda. Məşqçilər korpusu ilə də danışdıq. Çiynimizə çox yük qoymuşuq. Gözləntilər böyükdür. Yenə deyirəm, nəsə demək çox tezdir. Hələ çempionatın ortasıdır. Pozitiv məqam odur ki, ciddi oyun görürük. Komanda məşqçiyə inanır. Məşqçi futbolçulardan nə istədiyini bilir, rahat izah edir. Bizi sevindirən odur ki, futbolçular bunu qəbul edir. Məşqçilərlə futbolçular arasında kimya önəmlidir və bunu tapmışıq. Skautinq departamenti də bu günə qədər işini müsbət görüb".

Klub prezidenti baş məşqçi Valdas Dambrauskasun qarşısına qoyulan hədəfi açıqlayıb: 

"Biz Valdası çoxdan istəyirdik. Murad Musayev gedəndən sonra Valdas Bakıda olmuşdu. Lakin danışıqlar baş tutmadı və “Omoniya”ya getdi. Sonra Krunoslav Renduliç gəldi, onunla da yaxşı işlər görüldü. Nəticələrimizi yaxşılaşdırdıq, avrokuboklara vəsiqə qazandıq. Renduliç də gedəndən sonra yenə Valdasla danışdıq, yenə alınmadı, klubu buraxmadı. Valdasla uzun müddət əlaqədə olmuşuq. Bir-birimizi tanıyırdıq. Onunla danışanda qarşısına hansısa konkret məqsəd qoymadıq. Çünki vəziyyəti bilirdi, “Sabah” mütləq avrokuboklarda olmalıdır. Yəni bunu edə bilməsəydik, faciə olardı. İndi də deyirəm, avrokuboklara gedə bilməsək, faciə sayılacaq. Valdasla görüşəndə başa düşürdü ki, əsas hədəf avrokuboklara düşmək, birinci yerlə fərqi azaltmaqdır. Məqsəd bu idi. Yaxşı, dinamik oyunu bütün məşqçilərin qarşısına tələb kimi qoyuruq. Müdafiə futbolu oynamaq istəmirik. Biz ilk növbədə daim yaxşı, maraqlı futbola üstünlük vermişik. Muradla da belə idi. Valdasla da bunu alındıra bilmişik".

"Sabah"ın rəhbəri oyunu ilə diqqət çəkən Aaron Maludanın "bayquşlar"a gəlişi haqda məlumat verib:

"Cavan oyunçular haqda çox danışmaq istəmirəm. Onlar özlərini sübut etməlidirlər. Maludanı icarə əsasında götürmüşük. Bizim onu transfer etmək hüquqlarımız var. Özü də bizdə qalmaq istəyir, burda xoşbəxtdir. Qərar üçün hələ kifayət qədər vaxt var. Yenə də özünü göstərməlidir. Konkret nəsə demək çox tezdir. Onun gəlişini də skautların uğurlu işinə bağlayıram. Digər oyunçular kimi, çox videogörüntüləri yox idi, sırf skautinq təcrübəsinə əsaslanaraq götürdüyümüz oyunçudur. Gələndə bilirdik ki, Mikelsin mövqeyində oynayır. İndi elə şərait yaradıldı ki, Mikels hücumçu kimi oynadı, Maluda da cinahda özünü göstərməyə şans qazandı".

Adıgözəlov legioner limitinin ləğvi barədə fikirlərini bildirib: 

"Subyektiv fikrimdir, məncə, çempionatın səviyyəsi nisbətən qalxdı. Mənə elə gəlir ki, “İmişli”, “Karvan-Yevlax”, “Şamaxı”, “Kəpəz” kimi komandalar da güclənib. Hər komanda bir-birindən xal ala bilər. Özümüz haqda deyə bilərəm ki, artıq başa düşürük, Xəyal, Rəhman, Xaybullayev, Aleksey meydana çıxırsa, rəqabəti udub çıxırlar, limit hesabına yox. Bu, mənə çox xoşdur. Əlbəttə, istəyirik ki, onlar oynasın. Başa düşürlər ki, onların arxasındayıq. İstəyirik ki, rəqabət aparsınlar, arxayınlaşmasınlar.
Limitin ləğvi milliyə oyunçu yetişdirməyə problem yarada bilər? Ola bilər. Bu risk mövcuddur, etiraf etməliyik. Lakin mövcud vəziyyətdə biz real nəticələr qazanmaq üçün klub futboluna yönəlik qərarlarla daha tez effekt ala bilərik. Əgər kifayət qədər keyfiyyətli yerli futbolçu bazası yoxdursa, limit etik və effektiv olmaz. Əksər yerli futbolçular limitə görə “lazım olduğunu” bilirdi və bu, onlarda rahatlıq yaradırdı, inkişaf etmək istəmirdilər. Limitin olmasını onda müzakirə etmək olar ki, hər klubun yaxşı akademiyası olar, kifayət qədər futbolçu yetişər. Heç kim demir ki, limit birdəfəlik ləğv olunub. Sadəcə, əvvəlcə yerli futbolçu məsələsində səviyyəni qaldırmalıyıq. Mən 2017-ci ildə futbola gələndən limit var idi, əvvəlcə 6+5, sonra 7+4 oldu. Sizcə, milli komanda həmin vaxt indikindən üstün idi? Yəni, məsələ budur. Limitin dəyişməsi milliyə hansısa böyük təsir göstərməyib. Limitin ləğvinin üstünlüyü var ki, hansısa klublar daha da güclənsin. Məsələn, “Qarabağ” Çempionlar Liqasında çıxış edir. Orda Nəriman, Elvin oynayır. Amma məqsəd budur ki, bu cür ənənə “Sabah “Neftçi”, “Zirə” və s. komandalarımızda yaransın. İndi “Qarabağ” dünyada tanınır. “Qarabağ”a qalib gələndən sonra oyunçulara diqqət artır, onların qiyməti qalxır. Beləliklə yerli oyunçularımız də Avropaya çıxa bilər. Hardansa başlamaq və industriya yaratmaq lazımdır. 
Başqa klublar haqda danışmaq istəmirəm. Pozitiv məqamlara fokuslanmaq istərdim. “İmişli” əcnəbi məşqçi gətirəndə çox tənqid olundu, amma görürük ki, nəticələri pis deyil. Məqsədlərini bilmirəm, hazırkı amma vəziyyət budur. Hər şey niyyətdən, görülən işin peşəkarlığından asılıdır. Limitin ləğvinin müəllifi tək mən deyiləm. Yeni format haqda məlumatlı olanlar bilir ki, çox legioner oynadan klublardan alınan rüsumlar yerli futbolçulara üstünlük verən klublara yönəldiləcək. İstəyirdim ki, yerli oyunçular oynadan klublar maliyyə dəstəyi görsün. Səhv etmirəmsə, artıq 3 milyona yaxın rüsum yığılıb, bu məbləğin hamısının klublara getməsini istərdik. Çünki belədə məbləğ az olur və əksəriyyətin legionerə meyl etdiyi vaxtda yerli futbolçuya üstünlük verən klub bu riskin qarşılığında az maliyyə alır. Onda həmin klubun stimulu nə olacaq? Hansısa komanda çətinlikdən danışırsa, onlara yardımlar da olmalıdır. Tahir Süleymanov bir proqramda bildirmişdi ki, heyətdə komandanın öz yetirməsi mütləq olmalıdır. Bu, yaxşı təklifdir. Belə olacağı halda, klublar akademiyalara daha çox diqqət artacaq. Bu cür qərarlarla keyfiyyətli yerli futbolçular yetişdirə bilərik".

O, “Sabah”ın akademiyasının fəaliyyətinə də toxunub:

"Bəzi uşaqlar var, hansı ki, artıq onları izləyirik. Əlimizdən gələni edirik, islahatlar aparırıq, dəstək veririk ki, akademiya yüksək səviyyəki yerli futbolçu yetişdirı bilsin. Oyunlara, məşqlərə gedirəm, izləyirəm, məşqçilərlə söhbətlərimiz olur. Bizim klub olaraq missiyamız budur, bunun üzərində işlər görürük – uşaq futboluna yatırım edəcəyik. “Qarabağ”, “Neftçi”, “Qəbələ” və s. iki-üç akademiya ilə rəqabət olmayacaq. Futbolçu rəqabət mühitində yetişər, amma bizim aşağı yaş liqalarında ciddi rəqabət yoxdur. Uşaqlar daim turnirlərdə olmalıdır. Bilirik, çox çətindir. Klubları qınamıram, maliyyə tələbləri var. Amma turnirlərdə iştirak vacibdir. Məsələn, 14-15 yaşa kimi perspektivli 100 uşaq olursa, bundan sonrakı illərdə 50 və daha az uşaq qalır. Bunun da ciddi səbəbləri var. Yığmalar zəifdir deyirik, amma düşünək, kimdən, hansı akademiyalardan heyəti seçirik? Ən yaxşı halda 30-40 futbolçu arasında seçim olur. Halbuki biz 500 perspektivli futbolçudan seçim etməliyik".

Yığmanın son tsikldəki çıxışını dəyərləndirən Adıgözəlov müsbət dəyişikliyin olduğunu deyib: 

"Belə deyək, Ayxan gedən qatara qoşuldu. Sağ olsun, çətin dönəmdə məsuliyyətin altına girdi. Müsbət dəyərləndiririk. Gözləntilər çoxdur, amma başa düşməliyik ki, nə istəyirik? Əvvəlki illərlə müqayisə etsək, indi daha istəkli komanda görürük. Müsbət dəyişikliklər var. Sadəcə, vaxt lazımdır…
Abbasovun AFFA İcraiyyə Komitəsinə dəvət olunduğu son iclasda onunla çox danışıq olmadı. Əsas odur, məsuliyyəti götürdü və qısa zamanda komandanı toparladı. Ciddi heç nə dəyişməyib və qısa müddətdə bu, memkün də deyil. Konkret hədəfləri müəyyənləşdirməliyik. Ayxan müəllim, faktiki olaraq böhran halında gəldi, komandanı toparladı. Uşaqların istəyindən başa düşürsən ki, alınır. Niyə də yox? Alınmalıdır. Subyektiv fikrimdir, faktiki olaraq, Ayxanın komandası mənim üçün subyektiv daha istəklidir.
İcraiyyə Komitəsinin üzvü kimi görülən işlər barədə nə deyə bilərəm? Komitədə cari işlərə qarışmırıq. Belə deyə bilərəm, çoxlu problemlər artıq tərpədilib. Uşaq futbolunda bəzi dəyişikliklər var, reqlamentlə, hakimliklə bağlı işlər görülüb. Başqa istiqamətlərdə də bu proseslər başlayıb. Gec olub? Bəli, amma düşünürəm ki, zaman keçdikcə yaxşı olacaq. Azarkeşlər, futbol ictimaiyyəti hər şeyin tez olmasını istəyir. Çox şeylər prosesdədir. Mənə elə gəlir ki, bu haqda gələn il sizinlə müsahibədə detallı danışa bilərik. Hərəkətlilik var, amma necə olacaq, bilmirik. Yaxşıya doğru dəyişmək istəyirik. Güman edirəm ki, yaxşıya doğru olacaq. Bilirsiniz ki, 2027-ci ildə Bakıda dünya çempionatı keçiriləcək. O da futbolumuzun inkişafı, infrastruktur üçün təkan olacaq. Proseslər gedir… Tezmi gedir – yox. Daha tez getməlidir? Bəli. Gedişatdan xoşbəxtəm deyə bilmərəm, amma başa düşürəm ki, proseslər gedir. Heç kim yerində oturmayıb".

Fanat.Az

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 Dekabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri