Çempionlar Liqası: Qalatasaray Liverpul a qarşı
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tur start götürəcək.
"Unikal" xəbər verir ki, ilk oyun günündə 9 matç keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqiblərindən "Çelsi" "Benfika" ilə, "Ayntraxt" "Atletiko" ilə, "Ayaks" "Marsel"lə qarşılaşacaq.
Türkiyə "Qalatasaray"ı öz meydanında Ağdam təmsilçisinin digər bir rəqibi "Liverpul"u qonaq edəcək.
Tarixində ilk dəfə ÇL-də mübarizə aparan "Kayrat" isə "Real"ı qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ" sabah evdə "Kopenhagen"lə üz-üzə gələcək.
Çempionlar Liqası, Liqa mərhələsi, 2-ci tur
30 sentyabr
20:45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika)
20:45. "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya)
23:00. "İnter" (İtaliya) - "Slaviya" (Çexiya)
23:00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya)
23:00. "Atletiko" (İspaniya) - "Ayntraxt" (Almaniya)
23:00. "Budo-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland)
23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
23:00. "Pafos" (Kipr) - "Bavariya" (Almaniya)

