Icma.az
close
up
RU
Çempionlar Liqasında format dəyişikliyi ilə bağlı gizli görüşlər

Çempionlar Liqasında format dəyişikliyi ilə bağlı gizli görüşlər

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Superliqasının təşəbbüskarı olan "A22 Sports Management" UEFA ilə Çempionlar Liqasının yeni formatının yaradılmasına dair danışıqlar apardığını təsdiqləyib. 

QOL.az Fransanın "L' Equipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi AFP-yə məlumat verib. Lakin o, layihənin həyata keçirilməsi üçün hələ heç bir razılaşmanın əldə olunmadığını da bildirib. Bu açıqlama "Real"la yanaşı Superliqa layihəsinin əsas tərəfdarlarından olan "Barselona" klubunun prezidenti Joan Laportanın “UEFA ilə Avropa futbolunun sakitləşdirilməsi üçün razılıq əldə olunmalıdır” fikirlərindən sonra verilib.

A22-nin sözçüsü son aylarda bu istiqamətdə müntəzəm görüşlərin keçirildiyini deyib. Xüsusilə 2024-cü ilin mayında İspaniyada verilmiş məhkəmə qərarına əsaslanan Superliqa təşəbbüskarları hesab edirlər ki, onlar yeni bir yarış yaratmaq hüququna malikdirlər və UEFA buna mane ola bilməz.

Avropa Ədalət Məhkəməsinin qərarında qeyd olunur ki, FİFA və UEFA öz dominant mövqeyindən sui-istifadə edib, azad rəqabəti məhdudlaşdırıb. Eyni zamanda məhkəmə Superliqa layihəsini dəstəkləmir və ya təsdiqləmir. Qərar yalnız rəqabət hüquqi ilə bağlıdır. 

UEFA isə öz tərəfindən təsdiq edib ki, qurumun baş katibi Theodor Theodoridis “Real" Madrid prezidentinə yaxın olan Anas Laqrari ilə bir neçə dəfə görüşüb, lakin bu görüşlərdən heç bir razılaşma əldə olunmayıb. “Biz açıq şəkildə bildiririk ki, Çempionlar Liqasının formatını dəyişdirmək niyyətimiz yoxdur,” – deyə UEFA-dan bildirib.

Superliqa təşəbbüskarlarının ÇL-ə təklif etdiyi format dəyişikliyinə əsasən, Çempionlar Liqasında indi olduğu kimi 36 komanda yarışır. Lakin onlar hər birində 18 olmaqla 2 fərqli qrupa bölünür. Əsas qrupda reytinqi yüksək olan 18 komanda birbaşa 1/8 final üçün yarışır, ikinci qrupdakı digər 18 komanda isə pley-off uğrunda mübarizə aparır. İlk 8 yeri tutanlar 1/8 finala vəsiqə qazanır. 

"Mundo Deportivo"nun məlumatına görə isə danışıqlar bir neçə ay ciddi gizlilik şəraitində aparılıb. Bildirilir ki, 2024-cü ilin dekabr ayından bəri tərəflər arasında ən azı yeddi görüş keçirilib. Bu görüşlərdə Çempionlar Liqasının inkişaf planı müzakirə olunub. Həmin plan 2027-ci ildə, televiziya yayım hüquqlarının növbəti satış dövrü başladığı zaman qüvvəyə minə bilər.

“Bu innovativ təklif hazırda masadadır. Əgər UEFA onu qəbul etməsə, onun öz səbəbləri olacaq. Amma biz daim hüquqi qərarları nəzərə almamaq yolunu tuta bilmərik” - deyə Superliqa təşəbbüskarı bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri