Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Çempionluq yarışında olacağıq, hədəfimiz titul qazanmaqdır”

“Çempionluq yarışında olacağıq, hədəfimiz titul qazanmaqdır”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Peak Eye” şirkəti ilə əməkdaşlıq müqaviləsi tədbirində jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, funksionerin brifinqdə bunları dedi:

– Azərbaycan futbolu üçün çox əlamətdar hadisədir. Deməli, ölkəmizdə idman inkişaf edir. Əvvəl şirkətləri cəlb etməkdə çətinlik çəkirdik. İndi maliyyə sahəsində dəstəklərimiz də artır. Sponsorluq məbləğinin gizli qalmağını istəmədik. Bu, digər klublar üçün də stimul olacaq.

– “Turan Tovuz” niyə yeni mövsüm üçün cəmi iki transferlə kifayətlənib? 
– Planlarımız, danışıqlar apardığımız oyunçular var idi. Məlum hadisəyə görə, vəziyyət dəyişdi. Avrokuboklarda iştirak futbolçular üçün əlavə motivasiyadır. Baş tutmadığı üçün transfer planlarını dəyişməli olduq. Ən azı daha iki transfer həyata keçiriləcək.

– “Məlum hadisə”dən danışardınız.
– Bu gün keçmişdən deyil, xoş məqamlardan danışaq. İrəli baxmalıyıq. Tədbirin əsas məqsədlərindən biri də göstərməkdir ki, həvəsdən düşməmişik. Bunu açıq şəkildə bəyan edirəm: çempionluq yarışında iştirak edəcəyik, hədəfimiz titul qazanmaqdır. Ötən illə müqayisədə daha keyfiyyətli komanda formalaşdıracağıq.

– “Sabah” və “Qarabağ”la bacaracaqsınız?
– Əgər belə düşünməsəydik, burada olmazdıq.

– “Fənərbağça” ilə oyun harada və nə zaman keçiriləcək?
– Bu haqda danışıqlarımız oldu. “Fənərbağça”nın İdarə Heyəti də Azərbaycanda yoxlama oyununun keçirilməsini qəbul edib. Çox istərdik ki, qarşılaşma Tovuzda olsun, amma arenamız balacadır. Müzakirələr apardıq ki, görüş bəlkə də Bakıda keçirilsin. Matç sentyabrın 20-si ilə oktyabrın 10-u arasında baş tutacaq. Çalışacağıq ki, Şəhidlərin Anım Gününə təsadüf etsin. Əldə olunacaq gəlir isə xeyriyyə məqsədlərinə sərf olunacaq.

– Oyun Bakı Olimpiya Stadionunda keçirilə  bilər?
– Xeyr, arena hələ hazır deyil.

– “Fənərbağça” ilə əməkdaşlıq bir oyunla kifayətlənəcək?
– Xeyr, oyunçu mübadiləsi, akademiyanın inkişafı, “Fenerium” mağazalar şəbəkəsinin təcrübələrindən faydalanmaq, bərabər addım atmaq kimi planlarımız var. Azərbaycanı beynəlxalq arenada təmsil etmiş “Turan” ilk oyununu məhz bu komandaya qarşı keçirib. Buna görə də əməkdaşlığın xüsusi önəmi var.

– Azərbaycan futboluna gələn sponsorlar əsas söz sahibi olmaq istəyir. Belə iddialar səslənib?
– Xeyr.

– Klublara sponsor gələndə diqqət  adətən əsas komandaya yönəlir. Sizdə necə olacaq?
– Paralel şəkildə olacaq. Akademiyaya ayırdığınız vəsaitə görə Azərbaycanda ilk sıralardayıq. Dövlət proqramında nəzərdə tutulan məbləğdən 4-5 dəfə çox vəsait xərcləyirik. İşləri nəzarətə götürüb, daha səmərəli təşkili üçün müzakirələr aparacağıq. Məqsədimiz kəmiyyətə yox, keyfiyyətə üstünlük verməkdir. Bu gün oyunçu yetişdirib, satmaqdan çox bölgədə futbolun populyarlaşmasını da düşünürük.

– Ötən mövsüm demişdiniz ki, legioner limitinin ləğvi akademiyaya təsir edir.
– Bəli, hazırda da çox ciddi təsir edir. O qədər yaş qrupunu saxlamaq, dublu qorumaq asan məsələ deyil. Limitin ləğvi klub futbolu üçün faydalıdır. Futbolumuzda ciddi problemlər var. Amma tədricən inkişaf da müşahidə olunur və bunu görməliyik. Nəzərə almasaydıq, burda olmazdıq. Bura sponsor kimi gəlmişəm, bu istiqamətdə axtarışlarımız davam edir. 100-dən çox qapı döymüşəm, sponsor axtarmışam. Zaman lazımdır, ümid edirəm ki, əvvəlcə klub futbolu böyüyəcək, 3-5 il sonra isə akademiyalara daha çox diqqət ayrılacaq.

– İdeologiyanız nədir?
– Biz idman klubuyuq. Belə fikir var ki, Tovuzda “Turan” adı ilə hətta Amerika futbolu komandası yaradılsa belə, yenə də böyük azarkeş kütləsi toplaya. Bizim ənənəmiz var. Klub 35 il əvvəl “Turan” adıyla yaranıb və belə də davam edir.

– “Məlum hadisələr” sizin düşüncələrinizə təsir edib?
– Açıq danışacağam, belə fikir olub. Bu barədə çox düşündüm. Tovuz futbolunun ziyalıları, AFFA rəhbərliyi ilə görüşlər keçirdik. AFFA prezidenti Rövşən Nəcəfə də təşəkkür edirəm, hər zaman yanımızda oldu. Sonda qərara gəldik ki, təslim olmayaq və davam edək.

– “Sabahın Ulduzları” turniri keçirilir, amma siyahıda “Turan Tovuz”un komandası yoxdur.
– Yarışı Bakı Futbol Federasiyası keçirir. Bölgələri də əhatə etsəydi, iştirak edərdik.

– Yeni mövsümdə Premyer Liqada hakimliklə bağlı müsbətə doğru dəyişiklik olacaq?
– Ümidimiz var.  AFFA-dan istəyimiz odur ki, hakim təyinatları avtomatik həyata keçirilsin. Proqram yaradılsın, hakimlər müxtəlif matçlara təyin olunsun. Əgər bir hakim beş dəfə mənim oyunum üçün təyinat alırsa, bəs digər referinin problemi nədir?

– İlham Rəhimov “Turan Tovuz” klubuna dəstək olur?
– Xeyr.

– “Fənərbağça” ilə oyun Gəncədə keçirilə bilər?
– Müzakirələr gedir. Bunun üçün bəzi addımların atılmasına ehtiyac var. 20-30 min azarkeş tutumuna sahib stadionda oynamağı düşünürük.

– Narazılıq var ki, “Fənərbağça” ehtiyat oyunçularla gələcək.
– Belə böyük komanda Avropa turnirlərində çıxış edir. Onlar da oynamaq üçün ancaq fasilə vaxtına razı oldu.

– Berdıyevlə anlaşmanın detalları necədir?
– Müqavilə iki illik artırılıb. Onunla davam edəcəyik, qarşıda mühüm hədəflərimiz var. Heyətdə ciddi dəyişikliklər etməyi düşünmürük. Çalışacağıq ki, hərtərəfli işlər görək.

– Əliyar Ağayev yenidən oyunlarınıza təyinat alsa, necə qarşılayacaqsınız?
– Normal. Azərbaycanlı hakimdir. Klublar hakimləri seçməməlidir.

– Azarkeşlərə sözünüz nədir?
– Azarkeşlərimizə inanıb, yola çıxmışıq. Hədəfimiz sona qədər çempionluq üçün mübarizə aparmaqdır.

– Klubun “Turan” adı ilə davam etməsini arzulayırdınız. Ehtimal nə qədərdir?
– Çox az. Ehtiyat edirik, artıq suyu da içəndə diqqətli oluruq.

– Avrokuboklardan kənarlaşdırma qərarı neçə müddətlikdir?
– Bir illik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Sentyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri