Icma.az
close
up
RU
“Cənab İlham Əliyev ən dəyərli resursumuzdur”

“Cənab İlham Əliyev ən dəyərli resursumuzdur”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tarix kitablarına və siyasi nəzəriyyələrə baxarkən hər bir siyasətçinin özünə verdiyi bir cavab olur ki, sanki o kitabların bütün səhifələrini də, nəzəriyyələrin təcrübəsini də tətbiq edən Azərbaycan xalqının əvəzsiz Lideri cənab İlham Əliyevdir. Xatırladığımız, gözümün önündən film kimi keçən səhnələrin başında isə dayanan yəqin ki, zənnimcə isə elə ən birinci məqam cani Robert Koçaryanla əbədi Liderimiz Heydər Əliyev arasında baş tutan dialoqlardır. Bu gün isə o səhnənin sonunu görürük. Gələcəyi ümidlərlə dolu olan sonunu. “Ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinə xor baxanların baxışlarını yanıldan Müzəffər Liderimiz cənab İlham Əliyev Cənubi Qafqaza heç zaman qismət olmağa icazə verilməyən bir ab-hava gətirir. “Erməni-müsəlman davası” deyə yaddaşlara hopdurulan o kirli süngər süzülür. Tarixin keşməkeşi qədər, həm də xalqımızın zəfər tağlarından keçərək. ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş tavtologiyasız tarixidir. Tavtologiya olmayan, qürur duyula-duyula, üzərinə basıla-basıla təkrar edilməyə layiq, sinəmizi şişirdən başqa bir məqam cənab İlham Əliyev kimi bir resursa sahib olmağımızdır. Bəli, dövlət başçımız resursdur, siyasət dünyasının bütün yeraltı və yerüstü sərvətlərindən daha çox ehtiyac duyduğu Lider resursudur”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq əlavə edib ki, Trampın dəvəti ilə reallaşan bu görüş, dövlət başçımızın, xalqımızın ünvanına səsləndirilən müsbət fikirlərin bir müəllifi var: “Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə realizə edən bu müəllif Azərbaycanı dünyaya tanıdır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafına böyük və fərqli impuls verəcək Strateji Tərəfdaşlıq Xartiyası sadəcə iki ölkə qarşısında deyil, regionumuz qarşısında böyük imkanlar açır. Dövlət başçımızın da bildirdiyi kimi itirilən dörd ili bərpa etmək üçün zaman itirmədən işlərə başlanılmalıdır. Bu istiqamətdə hər iki tərəf siyasi iradə nümayiş etdirir”.

Ş.Həsənovanın sözlərinə görə, bir gün düşünsəydik ki, Azadlığa Dəstək Aktına 907-ci düzəliş ləğv olunacaq, yəqin ki, o da yuxu kimi gələrdi bizə: “Lakin bu da reallıqdır. Bu da məhz Müzəffər Liderimizin yaratdığı reallıqdır. Azərbaycan Prezidenti zamanın fövqündə dayanmağı bilən, praqmatik siyasəti ilə seçilən dünya səviyyəli siyasətçidir. Bu baxımdan deyə bilərik ki, dövlət başçımız çox əvvəl Trampa dəstəyini ifadə etmişdi. Vaxtilə Azərbaycanın əleyhinə işləyən Menendez, Şiff, Pelosi, Şerman, Markey, Kristofer Smit və başqalarının Azərbaycan əleyhinə bütün narrativləri yerlə bir oldu. Tökülən pullar bir gecədə göyə sovruldu. Çünki Ermənistan tərəfi özü bildirir ki, Konstitusiya dəyişikliyi qaçılmazdır. Bütün ermənipərəst təşkilatların da, media resurslarının da üstündən xətt çəkildi. Bu xətti çəkən də Müzəffər Liderimizdir. Beynəlxalq sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) tarixi nailiyyətdir. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Vaşinqtonda imzalanan sənəd Azərbaycanın sülh niyyətini bir daha bütün dünyaya sübut edir. Azərbaycan olmadan Ermənistanın tranzit ola bilməyəcəyi sübut edildiyi kimi. Cənubi Qafqazın xoşbəxt gələcəyinin Müzəffər Liderimiz İlham Əliyevdən başqa müəllifi olmadığı kimi”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Avqust 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri