İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Siyasi şərhçi Oqtay Qasımov İranın Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışdığını bildirib.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, onun sözlərinə görə, bu cür fəaliyyətlər ölkənin milli təhlükəsizliyi və dövlət suverenliyi baxımından diqqətlə araşdırılmalıdır.
Şərhçi qeyd edib ki, illər ərzində bəzi təhsil müəssisələrində milli dəyərlərə, dövlət rəmzlərinə və bayrağa münasibətlə bağlı narahatedici hallar müşahidə olunub.
Oqtay Qasımovun fikrincə, İranın bölgədə proksi qüvvələr və təsir qrupları yaratmaq siyasəti Azərbaycanın da təhlükəsizliyi üçün risklər yarada bilər.
"Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi üçün ciddi bir təhlükə var. Biz cəmiyyət olaraq bu gerçəklərin gözünə dik baxmalıyıq və bundan çıxış yolları axtarmalıyıq", - deyə siyasi şərhçi vurğulayıb.
O.Qasımov hesab edir ki, bu cür risklərin qarşısının alınması üçün təhsil və maarifləndirmə gücləndirilməli, müvafiq qurumlar fəaliyyətlərini əlaqələndirməlidir.
O, dövlətə qarşı qanunazid fəaliyyətlərin isə hüquqi müstəvidə araşdırılmasının vacibliyini qeyd edib. Şərhçinin sözlərinə görə, dini təhsil müəssisələrində Azərbaycan dövlətinə bağlı, milli dəyərlərə hörmət edən və xarici təsirlərdən asılı olmayan din xadimlərinin yetişdirilməsi də mühüm əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 12 Oktyabr 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















