Icma.az
close
up
RU
Cənab prezident də çoxdandır bunu gözləyirdi Qurban Qurbanov

Cənab prezident də çoxdandır bunu gözləyirdi Qurban Qurbanov

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunun sonunda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bildilər.

Tribunainfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstan “Ferentsvaroş”una 2:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis Prezident İlham Əliyevə təşəkkür edib:

“Cənab prezidentə təbrik etdiyi üçün təşəkkür edirəm. O da bizim kimi çoxdandır bunu gözləyirdi. Həm onu, həm də ailəsini təbrik edirəm. Prezident bir daha göstərdi ki, gözü hər zaman bizim üzərimizdədir”.

O, azarkeşlərin performansını bəyəndiyini deyib:

“Bu gün sanki stadionumuz tam başqa idi. Çoxdandır kı, belə bir atmosfer görmürdüm. Azarkeşlərimizə təşəkkür edirəm”.

Qurbanov belə oyunlarda soyuqqanlı olmağın vacibliyini qeyd edib:

“Həddindən artıq istək planları poza da bilər. Ağıllı və cəsarətli olmaq ən vacibidir. Futbolçularıma qorxmamalı olduqlarını bildirdim”.

O, rəqibin ən azı bir oyunda qələbəyə layiq olduğunu bildirib:

“Bəzi oyunlar olub ki, şərəflə məğlub olmuşuq. “Ferentsvaroş” da qələbəyə layiq idik. Gördük ki, çox bərk komandadılar. Ən azından bir matçda qələbə qazanmaq onların haqqı idi. Məğlubiyyətə görə futbolçulara irad bildirməyəcəm. Son günlər onların nələr yaşadığını görürdüm. Onlardan soyuqqanlıq tələb edirdim, amma özüm də həyəcanlanırdım”.

Qurbanov “Qarabağ”ın yeni transferlər edəcəklərini istisna etməyib: “Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Transfer xətrinə oyunçu almaq da istəmirik. Hazırda bunun üzərində çox ciddi işləyirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri