Icma.az
close
up
RU
Qurban Qurbanov: Cənab Prezident Azərbaycanın “Qarabağ”ını burada görmək istəyirdi MÜSAHİBƏ VİDEO

Qurban Qurbanov: Cənab Prezident Azərbaycanın “Qarabağ”ını burada görmək istəyirdi MÜSAHİBƏ VİDEO

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə şükürlər olsun, Çempionlar Liqasının Liqa mərhələsinə düşə bildilər. Yenidən böyük oyunlarda iştirak edəcəkləri üçün onları təbrik edirəm".

İdman.biz Futbolpress.az-a istinadən xəbər verir ki, bunu Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

- Cənab Prezident də bizi təbrik edib. Mən də təbrik etmək istəyirəm, neçə ildir bizim kimi o da Azərbaycanın “Qarabağ”ını burada görmək istəyirdi. Başda cənab prezident olmaqla bütün ailəsini təbrik edirəm. Bir daha göstərdi ki, gözü üzərimizdədir.

Məsuliyyətimiz bir daha artdı. Oyuna gəlincə, gərgin matç keçdi. Bu gün stadion sanki tam başqa idi. Bəlkə də, çoxdan bu atmosferi görmürdük. Biz nə qədər gərgin idiksə, onlar da elə idi. Bu nəticəni ən çox haqq edənlərdən biri də onlardır. Hər kəsə təşəkkür edirəm. Yaxşı yazılarla yanımızda oldunuz, kollektivin bir üzvüsünüz.

- Futbolçulara nə dediyinizi adətən açıqlamırsınız. Mümkünsə, burda açıqlayardınız, oyundan əvvəl futbolçulara nə demişdiniz?

- Kartlarım həmişə açıqdır. Soyuqqanlı olmağımızı demişdim. Rəqibin qıcıqlandırıcı açıqlamalarına fikir vermək lazım deyil. Bunu düşünüb, iş görsək, alınmaz. Belə böyük oyunlar soyuqqanlı olmaq tələb edir. İstək çox olsa, futbolçular “yana” bilər. Nə demişəmsə, bu mövzu ətrafında olub. Daha çox cəsarət, ağıl tələb etmişəm. Başlıcası da, cəsarətli və ağıllı olmaq vacibdir. İstənilən nəticədə oyundan qopmamalı olduğumuzu demişdim.

- Liqa mərhələsində hansı arenada oynamaq fikriniz var?

- Düzü, hələ qərar verilməyib. Məni aşan məsələdir. Bu məsələdə hamı iştirak etməlidir. Çempionlar Liqasının ciddi tələbləri var. Ot örtüyü, əlavə detallar. Olimpiya Stadionundakı durumu bilmirəm. Çünki son vaxtlar orda tədbirlər olub. Federasiya və digər qurumlar tərəfindən belə təklif olarsa, oynamağa hazırıq.

- Tarixində ikinci dəfə ən şirin məğlubiyyəti aldınız. 8 ildən sonra nələr dəyişdi?

- İldən-ilə hamımız dəyişirik, yaşam dəyişir. O cümlədən sevimli peşəmiz futbol dəyişir. Sadəcə 8 ildən sonra o turnirə qatılmaq… Futbolun dəyişən tərəflərini xırdalasam, böyük problemlər ola bilər (gülür). Bəzən xarakter, bəzən birlik böyük uğura gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə də onlar olur.

- Qələbəyə bərabər məğlubiyyət oldu. Bu məğlubiyyət ardıcıl 5 qələbədən sonra görünürdü? Bu haqda futbolçularla danışacaqsınız?

- Xeyr. Bəzən oyunlar olub, bu matçlarda məğlub olmuşuq, amma şərəfli uduzmuşuq. “Ferentsvaroş” bərk komanda idi, bugünkü qələbəyə layiq idilər. Klubun strukturuna baxsanız, ÇL-də oynamalıdırlar. Bu günsə ümumi hesabda biz üstün olduq. Futbolçularıma irad bildirməyəcəm. Çünki son üç gündə onların yanında oldum, hansı hissləri keçirdiklərini bilirdim. Matç yaxınlaşdıqca gərginlik artırdır. Özümdə də gərginlik var idi və futbolçular bunu hiss edirdi. Özümü soyuqqanlı apara bilmirdim.

- 2017-ci ildə əsas mərhələ yüksələndə, ardıcıl transferlər oldu. Bu dəfə də kimlərinsə icarəyə götürülməsi məsələsi nə dərəcə realdır?

- Hansı variant olsa, etmək istəyirik. Futbolçuların sayını artırmaq istəyirik. İnanın, son vaxtlar hər gün bəlkə də işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Gördünüz, tələsmədik. Ola bilər ki, bəzi istədiklərimiz alınmazsa, icarə variantları haqda düşünə bilərik. Geniş heyətə ehtiyac var. Çünki sıx qrafik olacaq. Bu gün yorğunluq hiss olundu.

- Növbəti dəfə sevinc göz yaşınızı görmək üçün hansı uğura imza atmalısınız?

- Hardan gördünüz? Gizlədirdim axı (gülür). Təki belə sevinc göz yaşları olsun. Bunlar emosiyalardan irəli gələn şeydir. Çalışmalıyıq ki, dayanmayaq, daha yeni uğurlar axtaraq. Çox iş görmək lazım olacaq. Vacib odur ki, yorulmamışıq, gücümüz var. Özüm istəmirəm ki, göz yaşlarım olsun, lakin qaçılmazdır. Dünya futbol praktikasında da maraqlı hadisələrdəndir. Görək də…

- Addai sanki oyunun zəiflərindən idi…

- Gəlin, bu gün heç bir futbolçunu müzakirə etməyək. Mənə sərbəstlik verin. Addai oyuna pis qoşulmadı, gərginlik yaratdı. Çəkisi də normaldır. Belə matçlarda sonradan oyuna qoşulmaq asan deyil. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm. Onların hər birinin bu uğurlarda böyük payı var.

- Son dəqiqələrdə əvəzetmələrin düşər-düşməzi olur. Bu hisslər var idi?

- Bunlar həmişə olur. Nəyisə düz görürüksə, etməliyik. Lazım olduğu üçün addımlar atırıq. Gedişatda düz görürüksə, mütləq həyata keçirməyə çəkinməməliyik.

- Zəfəri necə qeyd edəcəksiniz?

- Rayondan qardaşlarım gəlib, məni gözləyirlər. Çıxan kimi ora gedəcəyəm. Musa aşağı düşdü, burda xodları yaxşı bilir. Görüşdü, məni təbrik etdi.

- Sizinlə bərabər U-19 komandanız da Çempionlar Liqasında iştirak edəcək. Onlarla hansısa müzakirələr olacaq?

- Hansısa dialoqa ehtiyac olsa, fikir bildirərəm. Belə oyunlarda sərbəstlik böyük rol oynayır. Nə lazım olsa, yanlarında olmağa çalışacağıq.

- ÇL-də konkret hədəf nə olacaq?

- Hədəf Liqa mərhələsinə yüksəlmək idi. Sonrasına baxacağıq. Belə nailiyyətlər ölkə futbolunu sevdirir, futbolçuları böyüdür. Hər futbolçunun arzusu belə turnirlərdə iştirak etməkdir. Edəcəklərsə, böyük təcrübə qazanacaqlar. Digər tərəfdən görək, hansı klublar düşür. Fanatlar böyük klubları Bakıda görəcək. Rəhbərlik tərəfindən də futbola diqqət, maraq artacaq. Böyük klubları, futbolçuları canlı görəndə fərqli emosiyalar yaranır.

- Bir neçə ay əvvəl düşərgəsində olduğunuz, azarkeşlik etdiyiniz “Barselona” ilə qarışlaşmanı necə düşünürsünüz?

- Hər şey ola bilər. “Barselona” ilə oynamaq mənimçün böyük təhlükə ola bilər. Amma azarkeşlər üçün daha maraqlı alınar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Avqust 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see126

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see124

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see123

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see119

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri