Icma.az
close
up
RU
“Cənab Prezident Ermənistana mühüm mesajlar çatdırdı”

“Cənab Prezident Ermənistana mühüm mesajlar çatdırdı”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Cənab Prezident müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyini qeyd etdi və vurğuladı ki, Zəngəzur dəhlizi açılmalıdır. Artıq bu, Ermənistan tərəfinə də bir siqnaldır və düşünürük ki, Ermənistan bu məsələlər barəsində çox diqqətlə düşünməlidir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat diqqətə çatdırıb ki, digər məsələ Ermənistanın indiki situasiyada sülh müqaviləsinin imzalanması yolundakı göstərdiyi qeyri-adekvat siyasətidir: “Ermənistan hakimiyyəti bu məsələdə də çox qətiyyətli addımlar atmalıdır. Azərbaycan sülh istəyir, lakin Ermənistan sülh istəmirsə, o zaman o sülh bizə də lazım deyil. Biz müstəqilliyimizi bərpa etmişik. Bu gün biz qürurlu xalqıq, sürətlə inkişaf edirik. Cənab Prezident qətiyyətlə vurğuladı ki, Ermənistanın belə qeyri-adekvat münasibətlərinə bizim səbrimizin çox olmadığını onlar yaxşı bilir. Erməni cəmiyyəti bunu artıq çox ciddi siqnal kimi qəbul edir. Cənab Prezidentin bir fikri də hazırda hələ də erməni teleqram kanallarında sürətlə yayılmaqdadır və ermənilər bunun kimin tərəfindən edildiyinin fərqindədirlər. Cənab Prezident qeyd etdi ki, Ermənistanda faşizmin kökü kəsilməli, məhv edilməlidir və bunu Ermənistan özü etməlidir. Ermənistan bunu etməsə, biz edəcəyik. Yəni bu da bugünkü Ermənistan siyasi hakimiyyətinə bir sinqaldır. Radikal, faşist ideologiya daşıyıcıları mütləq məhv edilməlidir. XXI əsrdə bu ideologiyanı daşıyanlara yer olmamalıdır. Bu məsələdə də Prezidentimiz Ermənistana mühüm mesajlar çatdırdı”.

V.İskəndərov Prezidentin müsahibəsindəki bütün məqamların Azərbayacanın dünəni, bu günü və gələcəyi üçün əhəmiyyətli olduğunu vurğulayaraq əlavə edib ki, müsahibədə söylənilən çox vacib məsələlər həm ölkəmizdə, həm qlobal anlamda böyük rezonans doğurub və həmin fikirlər həm də hər birimiz üçün yol xəritəsi kimi qeyd edilməlidir.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri