Icma.az
close
up
RU
Əlvida, cənab Prezident!

Əlvida, cənab Prezident!

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Öz dövrünün “memarı”na vida sözü

Məqalə “Azerbaijan İnternational” jurnalının 2003-cü il sayında ingilis dilində dərc edilmişdir və ilk dəfə “Xalq qəzeti”ndə Azərbaycan dilində işıq üzü görür. Müəllif Betti Bleyerdir

Prezident Heydər Əliyevdən aldığım bütün müsahibələr içərisində mənim ən çox yaddaşımda qalan 1997-ci ilin avqustundakı müsahibə oldu. Bu müsahibə Heydər Əliyevin ABŞ-ın 4 şəhərinə – Nyu-York, Vaşinqton, Hyuston və Çikaqo şəhərlərinə 10 günlük səfəri zamanı axırıncı günə – Hyustondan Çikaqoya uçuşuna təsadüf etdi. Müşavirlər, Nazirlər Kabineti və Parlamentin müvafiq nümayəndələri, təhlükəsizlik heyətinin təxminən 30-a yaxın əməkdaşı, fotoqraflar, mətbuat və televiziya nümayəndələri və yeganə əcnəbi olan mən də daxil olmaqla heyətin ümumi sayı 60 nəfər idi.

O, “Azerbaijan İnternational” jurnalına müsahibə verməyə söz vermişdi. Vaxt yetişəndə məni təyyarənin Prezident üçün ayrılmış bölməsinə ötürdülər. Səyahət məsələlərində təcrübəli olduğumdan, həmişə bütün uçuş boyu təhlükəsizlik kəmərini bağlayıram. Amma bu dəfə Prezident kəməri bağlamadığından mən də kəmərimi bağlamadım və onunla üzbəüz kresloya əyləşdim.

Tanrının hökmü ilə, çox keçmədi ki, elə bil təyyarə qəsdən tufanlı havaya düşdü və silkələnməyə başladı. Müsahibəni diktafona yazdığımdan, onun diqqətini yayındırmaq istəmədim və kor-koranə əllərimlə təhlükəsizlik kəmərinin qollarını axtarmağa başladım. Əlbəttə ki bu, Prezidentin diqqətini çəkdi. O, danışığına fasilə verdi, gülümsədi və ona xas qəribə bir yumorla dedi: “Narahat olma, qoymaram təyyarəmizə bir şey olsun!” İkimiz də güldük. Amma mən kəməri bağladım.

Bu xüsusiyyət yalnız ona məxsus idi – yalnız Heydər Əliyev belə bir şeyi özünəməxsus yumorla və məqamında söyləyə bilərdi.

Mənə elə gəlir ki, bu günlərdə, Heydər Əliyevin dəfn mərasimində (15 dekabr, 2003-cü il), milyonlarla azərbaycanlının Prezidentə qarşı hisslərini və rəğbətini bu cür kütləvi şəkildə ifadə etmələrinin kökünü onun etdiyi həmin zarafatda axtarmaq lazımdır: “Narahat olma, qoymaram təyyarəmizə bir şey olsun!”.

Görünür, Azərbaycan xalqının əksəriyyəti də - nə qədər ki, Heydər Əliyev hakimiyyətdədir, xalqa zaval yoxdur – deyə düşünmüşlər. Xalqı onu ağıllı, təcrübəli, hədsiz etibarlı siyasətçi kimi qəbul edirdi… Hər şeydən öncə o, 11 saatlıq uçuş ərazisini əhatə edən sərhədsiz Sovet Ittifaqının ən nüfuzlu siyasətçiləri arasında Siyasi Büroda barmaqla sayılan şəxslər sırasında olmuşdur.

Azərbaycanın Sovet İttifaqında ən kiçik respublikalardan biri olmasına baxmayaraq, Heydər Əliyev həmişə özünü tanıyan və kökünə bələd olan bir insan təəssüratı bağışlayırdı. Hətta onun rəqibləri belə, Sovet Ittifaqının dağılmasından sonrakı ilk illərdə (1993-1997) hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin və Qarabağ uğrunda gedən müharibənin xalqı parçalamasına imkan verməməsində onun xidmətini etiraf edir. Çoxları üçün müstəqilliyin ilk çətin illərində Əliyev əmin-amanlıq simvolu idi.

Əliyevin son dərəcə gərgin iş regimi var idi. Heç kim onu “9-dan 6-ya qədər işləyən prezident” adlandıra bilməz. Saatın neçə olmasının onun üçün əhəmiyyəti yox idi. O, həmişə iş başında idi –həmişə Prezident idi.

Xatirimdədir, ilk müsahibəmiz 1994-cü ildə olmuşdu. Onda Əliyevin 71 yaşı var idi. Biz onun qəbuluna düşəndə çox gec idi. Müsahibə isə gecə saat ikiyə qədər çəkdi və gec olduğunu onun nəzərinə çatdırdım. Cavab verdi ki, son 50 ildə həyatı bu cür keçir – səhər saat 10-11- də işə gəlir, yalnız axşam saat 7 ərəfəsində nahar fasiləsi götürür və yenidən gecə saat ikiyə - üçə qədər işləyir.

Yəqin ki, mən Azərbaycan müstəqillik qazanandan sonra ondan ən çox müsahibə götürən Qərb – əcnəbi jurnalistiyəm. Onunla dəfələrlə görüşmüş, ən azından yeddi dəfə müsahibə almışdım. Axırıncı müsahibə zamanı isə o, mənə dedi: “Elə fikirləşmə ki, mən hamıya belə tez-tez müsahibə verirəm”.

İlk müsahibəmizdən başlayaraq biz nadir hallarda mətbuatın daim maraqlandığı neft, iqtisadiyyat və müharibə mövzusunda söhbət edərdik. Və sovet müxbirlərindən fərqli olaraq, mən şəxsi suallar verməyə cürət etdim. O, dil haqqında və Azərbaycan dilinin rolunun möhkəmləndirməsi yolunda atdığı addımlardan məmnuniyyətlə söhbət açdı. Eyni zamanda o, 1980-ci ildə “Time” jurnalının təhlillərində çıxardıqları “Heydər Əliyev rus dilində rusların çoxundan yaxşı danışır” nəticəsi ilə fəxr edirdi.

Tarixdən, xüsusilə son illərdə ozünün yaratdığı müasir tarixdən məmnunluqla danışırdı. O, musiqini incəsənəti, yaraşıqlı binaları və istedadlı, ağıllı insanları çox sevirdi. İnsanda elə fikir yaranırdı ki, o, vaxtının çoxunu ürəkdən bəyəndiyi şeyləri etməyə sərf edirdi, O, bürokratiyanın onu bu əməlindən çəkindirməsinə imkan verməmişdi. Protokol qaydalarınından kənara çıxıb qeyri – adi hərəkət etmək ona yad deyildi. Heydər Əliyevin adi jestləri – əl sıxması, başıyla işarə eləməsi, təbəssümü, səmimi görüşü belə onun qüdrətindən xəbər verirdi.

Mənim yaddaşımda qalan digər müsahibəmiz isə 1999-cu ildə oldu. Həmin dövrdə prezidentin ürəyində yenidən cərahiyyə əməliyyatı aparılmışdı və onu əvəz edəcək heç kim olmadığından əhali narahat idi. Mən onun gələcək liderlərə xarici siyasətlə bağlı məsləhəti ilə maraqlandım.

O, cavab verdi ki, onlar onun kursunu davam etdirməlidirlər. Onun sözlərinin mənasının əcnəbilər üçün aydın olmayacağını bildiyimdən və onun sözünü kəsmək istəmədiyimdən xahiş etdim ki, fikrini açıqlasın.

Qəfildən Əliyev yumruğunu stola vurdu – onun bu hərəkəti ilə heç vaxt rastlaşmamışdım – və dedi: “Bu o deməkdir ki, əksər ölkələrdən fərqli olaraq, biz bəzi ölkələrlə dost, digərləri ilə isə düşmən ola bilmərik. Hər bir ölkənin öz marağını nəzərə almaq lazımdır. Azərbaycan heç bir dövlətlə düşmən olmaq istəmir. Eyni zamanda, biz hər hansı bir ölkənin siyasətinin də qurbanı ola bilmərik. Bizim öz müstəqil siyasətimiz var. Həmçinin, hal - hazırda biz Avropa və Amerika ilə sıx əlaqələr qururuq, öz milli dəyərlərimizi və kökümüzü yaşatmaqla, onların təcrübəsindən faydalanmağa çalışırıq. Gələcək liderlər mən qoyduğum yolu davam etdirməlidirlər. Əgər bunu etsələr, müvəffəqiyyət qazanacaqlar. Yox, edə bilməsələr, Azərbaycan böyük faciə ilə üzləşəcək”. Müsahibə bu fikirlə sona çatmışdı.

Təbii olaraq, o da tənqiddən xali deyildi, lakin əksər hallarda, bu tənqidlər haqsız idi. Ümumilikdə, insanlar onu “həyatın özünə sığmayan bir insan” və böyük siyasətin ustası kimi qəbul edirlər. Şübhəsiz, Heydər Əliyev 1970-ci ildən 2003-cü ilə qədər otuz illik bir dövrün – öz dövrünün MEMARI kimi yaddaşlarda yaşayacaq…

İndi növbə gənclərindir, onun xalqına bəxş etdiyi üstünlüklərdən bəhrələnərək, yorulmadan bu yolda can qoyaraq güclü, saf, sağlam və tərəqqipərvər millət yaratsınlar.

İngilis dilindən çevirəni
Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri