Icma.az
close
up
RU
Cənab Prezidentin bolşeviklərin işğalı nəticəsində Azərbaycanla Türkiyənin bir birindən ayrı düşməsi barədə mövqeyi mühüm nəticələr doğuracaq RƏY

Cənab Prezidentin bolşeviklərin işğalı nəticəsində Azərbaycanla Türkiyənin bir birindən ayrı düşməsi barədə mövqeyi mühüm nəticələr doğuracaq RƏY

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan və Türkiyə arasında olan münasibətlər qardaşlıq, müttəfiqlik münasibətləridir. Cənab Prezident İlham Əliyevin İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etməsi və burada söylənilən fikirlər çox qiymətlidir, çünki münasibətlərimizdə mühüm mərhələ təşkil edir. Qaz kəmərinin açılışı ilə Naxçıvanın enerji təhlükəsizliyi də möhkəmlənir. Bu, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Cənab Prezident açılış mərasimində çıxışı zamanı bolşeviklərin işğalı nəticəsində Azərbaycanla Türkiyənin bir-birindən ayrı düşməsi mövzusuna da toxundu. Bu, nəinki siyasi proseslərə, eyni zamanda tarix kontekstində də təsir edəcək, mühüm nəticələr doğuracaq bir mövqedir. Çünki tarix unudulmur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, böyük tarixi dövrü geridə qoysaq da, Azərbaycan-Türkiyə dostluğunun nüvəsində türk dünyasının birləşdirilməsi dayanır:

“Cənab Prezident İlham Əliyev də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da türk dünyasının daha sıx inteqrasiya olunmasının tərəfdarıdırlar. Bunu öz əməli-praktiki fəaliyyətlərində həyata keçirirlər. Zəngəzur dəhlizinin açılması türk dünyasının birləşdirilməsinə töhfə verməklə yanaşı, həm də tarixi ədalətin bərpa olunması anlamını verəcək. Cənab Prezidentin toxunmaq istədiyi, vurğuladığı məsələ budur ki, tarixi ədalətsizlik - Azərbaycan torpaqlarının Ermənistana verilməsi nəticəsində Azərbaycanla Türkiyə bir-birindən aralı düşmüşdü, lakin bu gün güclü Azərbaycan və güclü Türkiyə bir tərəfdən tarixi ədalətin bərpası üzərində fəaliyyət həyata keçirir, digər tərəfdən gələcək nəsillərin də problemlərinin olmaması üçün əlindən gələni edir. Ümid edirəm, Bakı və Ankaranın sülh, təhlükəsizlik və əməkdaşlıq yönündə səyləri nəticə verəcək və türk dünyası daha sıx birləşəcək, dəhlizin açılması dövlətlərimizin və xalqlarımızın rifah halına da mühüm töhfə verəcək”.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

08 İyun 2025 07:31see111

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri