Icma.az
close
up
RU
AŞPA ATƏT PAnın Azərbaycanla bağlı tutduğu ədalətli mövqeyi sarsıtmağa çalışır RƏY

AŞPA ATƏT PAnın Azərbaycanla bağlı tutduğu ədalətli mövqeyi sarsıtmağa çalışır RƏY

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

AŞPA ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli və obyektiv mövqeyi sarsıtmağa çalışır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev qurumun Maltada keçirilən Büro iclasını şərh edərkən deyib.

Deputat bildirib ki, indiyə qədər heç bir ölkədə keçirilən seçkilər ATƏT PA-nın aidiyyəti strukturlarında iki dəfə müzakirə edilməyib:

“Bildiyiniz kimi, ATƏT PA-nın Skandinaviya və Baltikyanı ölkələrdən - Danimarka, Finlandiya, Norveç, İsveç, İslandiya, Estoniya və Litvadan olan nümayəndə heyətlərinin rəhbərləri qurumun prezidenti Pia Kaumaya rəsmi məktubla müraciət ediblər. Onlar Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələnin Büro iclasının gündəliyinə salınmasını tələb ediblər və ona görə də məsələ müzakirəyə çıxarılıb".

O deyib Azərbaycandakı seçkilərin oktyabrın 2-də Daimi Komitədə müzakirə edilməsinə və seçkilərdən artıq üç ay keçməsinə baxmayaraq, bu məsələ Büro iclasının gündəliyinə daxil edilib. Məktubu imzalayanların bəziləri həm də AŞPA-da təmsil olunduqları üçün onlar ATƏT PA-nı AŞPA-nın çirkin oyunlarına alət etmək istəyirdilər.

O xatırladıb ki, məlumdur ki, cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsinə səs verən AŞPA-nın 26 ölkəsindən olan 76 deputatı haqlı olaraq arzuolunmaz şəxs elan edilib və onların Azərbaycana girişi qadağan olunub.

"Məktubda adları çəkilən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bu şəxslərin Azərbaycanın əleyhinə verdikləri bədnam qərarı əsaslandırmağa çalışırdılar. Onlar ölkəmizin maraqlarını və şərtlərini nəzərə almadan “arzuolunmaz” deputatlarla bağlı qərarın birtərəfli qaydada dəyişdirilməsi üçün ATƏT PA-nın çağırış etməsini və AŞPA ilə həmrəylik nümayiş etdirməsini istəyirdilər. Həmin məktubda onlar hətta Türkiyəni də tənqid etməyi unutmayıblar”, - o qeyd edib.

A.Quliyevin sözlərinə görə, bu, AŞPA-nın ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli və obyektiv mövqeyi sarsıtmağa, özünün yanlış siyasətinə bu qurumu da şərik etməyə yönəlmiş ilk cəhdi deyil:

“Belə ki qərəzli mövqeyinə görə Azərbaycanda bu il keçirilən hər iki seçkilərin müşahidəsinə dəvət edilməyən AŞPA ATƏT PA-nı seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi və onunla həmrəy olması üçün çirkin metodlara, o cümlədən şantaja əl atdı, lakin heç nəyə nail ola bilmədi. Bu dəfə də onların Azərbaycana qarşı “AŞPA oyunu” baş tutmadı və ATƏT PA-nın Bürosu yeddi ölkədən olan nümayəndə heyətinin qaldırdığı məsələni geri çevirdi”.

Komitə sədri bu şəxslərin növbəti iclaslarda Azərbaycan əleyhinə hər hansı yeni təşəbbüs irəli sürəcəklərini tam istisna etməyib:

“ATƏT PA-nın Prezidenti, bir sıra Büro üzvləri və Baş Katibi ilə müvafiq müzakirələr aparıldı. Azərbaycanın haqlı mövqeyi, yəni nümayəndə heyətimizin mandatı təsdiq olunmayana qədər məlum qərarın dəyişməsinin mümkünsüzlüyü qeyd edildi.

Ən əsası, AŞPA-nın yol verdiyi səhvlərə və ikili standartlara ATƏT PA-nın alət edilməsinin yolverilməzliyini həmkarlarımın diqqətinə çatdırdıqdan sonra Büro məktubda qaldırılan məsələyə baxmaqdan imtina etdi. Lakin Büronun növbəti iclaslarında bu məsələnin yenidən qaldırılması istisna deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see225

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see216

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see207

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see156

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see156

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see155

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see143

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see136

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see134

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see133

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri