Icma.az
close
up
RU
Cənab Prezidentin Çinə səfəri Bakı Pekin münasibətlərində yeni bir mərhələ olacaq

Cənab Prezidentin Çinə səfəri Bakı Pekin münasibətlərində yeni bir mərhələ olacaq

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Azərbaycanla Çin arasında əlaqələr tarixi köklərə bağlıdır. Böyük İpək yolu üzərində yerləşən Azərbaycanla Çini təkcə siyasi deyil, eləcə də iqtisadi-ticari əlaqələr birləşdirir. Sevindirici hal ondan ibarətdir ki, bu əlaqələr ildən-ilə yüksələn xətlə inkişaf edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Bakı-Pekin münasibətlərində yeni bir mərhələnin əsasını qoyacaq".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, bu gün bir sıra beynəlxalq təşkilatlıarda uğurla əməkdaşlıq edən Azərbaycanla Çin bir-biri ilə həm də vacib ticarət tərəfdaşıdır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibədə də bu məqama diqqət çəkərək bildirib ki, Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşıdır. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb".
Millət vəkili onu da qeyd edib ki, Bakı ilə Pekin iqtisadi-ticari sahədə əlaqələri daha da genişləndirə bilər:
"Çünki bunun üçün hər iki ölkədə böyük potensial və siyasi iradə mövcuddur. Düşünürəm ki, Cənab Prezidentin Çinə səfəri məhz bu baxımdan xüsusi əhəmiyyətli olacaq. Təsadüfi deyil ki, dövlət başçısı sözügedən müsahibədə də xüsusi olaraq qeyd edib. Cənab Prezidenti deyib ki, İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Dövlət başçısının da qeyd etdiyi kimi iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir".
Millət vəkili onu da qeyd edib ki, Bakı ilə Pekin xüsusilə qeyri-neft sektoru, alternatiiv enerji, yüksək texnologiyalara və innovasiyalar sahəsində əməkdaşlığı inkişaf etdirə bilər.

Süleyman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see217

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see205

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see200

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see189

Hər şey niyə bahalaşır?

25 Oktyabr 2025 13:00see181

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see161

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see157

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see145

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see134

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see133

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see132

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see131

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see129

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see129

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see127

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri