Icma.az
close
up
RU
Bakı Pekin münasibətlərində yeni mərhələ: Çindən uzanan etimad körpüsü

Bakı Pekin münasibətlərində yeni mərhələ: Çindən uzanan etimad körpüsü

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin bu gün dünyada həm iqtisadi, həm siyasi, həm də texnoloji sahədə güclü rol oynayır. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin bir çox ölkələrlə geniş ticarət əlaqələri qurub. "Bir kəmər, bir yol" təşəbbüsü ilə o, infrastruktur layihələrinə sərmayələr yatıraraq qlobal nüfuzunu artırır. Texnologiya sahəsində də Çin süni intellekt, 5G və başqa tədqiqatlarda ciddi irəliləyişlər əldə edib. "Huawei", "TikTok" kimi şirkətləri qlobal bazarda güclü mövqeyə sahibdir. Çin həmçinin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq qərarlarda mühüm söz sahibidir. ABŞ ilə olan rəqabəti isə onu qlobal güc balansında əsas oyunçuya çevirib. Bu gün ABŞ də Çinlə münasibətlərini yoluna qoymağa çalışır. Əvvəl Çinə qarşı iqtisadi müharibə elan edən Trampın mövqeyi artıq yumşalıb. Çinin bir vaxtlar Yaponiyaya qarşı istifadə etdiyi nadir torpaq elementləri ilə bağlı qadağası ABŞ-ni geri addım atmağa məcbur edib.

Məlum olduğu kimi, ölkə başçımız İlham Əliyev Çinə rəsmi səfərə gedib. Çin lideri ilə dövlətimizin başçısının görüşü dostluq şəraitində keçib. Çin Xalq Respublikasının sədri Azərbaycan Prezidentini özünün və Çin xalqının böyük dostu adlandırıb.

Bu görüşün mühüm əhəmiyyəti iki ölkə arasında mövcud olan güclü dostluq əlaqələrinin bir daha təsdiqlənməsindəndir. ÇXR sədri Azərbaycanla əlaqələrin strateji tərəfdaşlıq xüsusiyyəti daşıdığını vurğulayıb. Bu tərəfdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində yeni addımların atılması önə çıxıb. Bu gün həmçinin iki ölkə arasında münasibətlərin hərtərəfli tərəfdaşlıq xarakteri daşıdığına dair yeni bəyanat qəbul edilib, bu isə ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf edəcəyini göstərir.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycan və Çin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərirlər. Bu əməkdaşlıq həmçinin, Asiyada Etimadın Qurulması Təsisatı çərçivəsində də gücləndirilir. Görüşdə bu təşkilatda Azərbaycanın mühim rolu və rəhbərliyi də qeyd olunub. Azərbaycanın beynəlxalq aləmdəki bu fəallığı ölkəmizin dünya miqyasında etimad qazandığını və Çinlə olan əlaqələrinin davamlı inkişafını göstərir.

Çin Xalq Respublikasının sədri Azərbaycan Prezidentini bu ilin avqust ayında Şanxay Əməkdaşlıq Təşkilatının tədbirinə dəvət edib. Bundan başqa, bu il Çində faşizm üzərində qələbənin 80 illiyi qeyd edilir və bu yubiley tədbirləri çərçivəsində də Çin prezidenti ölkəmizin başçısını dəvət edib. Bu dəvətlər iki ölkə prezidentləri arasında möhkəm dostluğun və qarşılıqlı etimadın bariz nümunəsidir. Görüş əsnasında Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və nəqliyyat daşımalarının artması istiqamətində atılan addımlar məmnuniyyətlə qeyd olunub. Bu Azərbaycanın beynəlxalq ticarət yollarında mühüm rolunun daha da artırılmasını təmin edəcək.

Orta dəhlizin vacibliyi görüş zamanı xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycanda bu dəhliz üçün lazım olan yollar və infrastruktur yaradılır və bu işlərdə Çin şirkətləri də fəal iştirak edir. Çinlə Avropa arasında yükdaşımalarda Orta dəhlizin, eləcə də Azərbaycanın bu dəhlizdəki rolu bir daha vurğulanıb. Bu yolun inkişafı həm ölkəmizə, həm də bölgəyə böyük fayda verəcək.

Bərpa olunan enerji sahəsində də əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Çin şirkətlərinin Azərbaycanda artan fəaliyyəti xüsusilə qeyd edilib bu şirkətlərin qiymət və keyfiyyət baxımından dünya enerji bazarında yüksək rəqabətlilik nümayiş etdirdiyi vurğulanıb. Çin bərpa olunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb və bu təcrübə Azərbaycanda tətbiq olunur. Bu sahədəki əməkdaşlıq enerji mənbələrinin müxtəlifləşdirilməsinə və ətraf mühitə zərər verməyən təmiz enerjidən daha çox istifadə olunmasına şərait yaradacaq. Bu da həm ölkəmizin enerji təhlükəsizliyi üçün vacibdir, həm də təbiəti qorumağa kömək edəcək.

Görüşdə ölkələrimiz arasında texnoloji, humanitar və mədəni sahələrdəki əməkdaşlıq məsələləri də ön plana çıxıb. Heydər Əliyev Fondunun humanitar sahədəki aktiv fəaliyyətləri diqqətə alınıb, bununla yanaşı, ölkələr arasında mədəni mübadilə və birgə layihələrdə əməkdaşlığın gücləndirilməsi də müzakirə olunub. COP29 çərçivəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər Çin tərəfindən yüksək qiymətləndirilib və Azərbaycanın Qlobal Cənubun səsi olaraq bu cəmiyyətin maraqlarını təmsil etməsi vurğulanıb. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsindəki uğurlu fəaliyyəti və artan nüfuzu da qeyd olunub.

Çin prezidenti Si Cinpin görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurları və inkişaf yolunu yüksək qiymətləndirib. İlham Əliyev də öz növbəsində Si Cinpinin rəhbərliyi altında Çinin dünyada artan nüfuzunu və sürətli inkişafını məmnunluqla qeyd edib. Görüşün sonunda imzalanan birgə bəyanatda Azərbaycan tərəfinin Çinin irəli sürdüyü qlobal təhlükəsizlik, inkişaf və sivilizasiyalarla bağlı təşəbbüslərə dəstək verdiyi qeyd olunub. Bu da göstərir ki, hər iki ölkə dünya səhnəsində bir-birini dəstəkləyir və əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.

Azərbaycan və Çin prezidentlərinin bu görüşü göstərdi ki, iki ölkə arasında dostluq münasibətləri təkcə söz üzərində deyil, real əməkdaşlıqlara əsaslanır. Həm siyasi, həm də iqtisadi sahədə əlaqələr daha da möhkəmlənir, yeni imkanlar yaranır. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan və Çin bir-birinə güvənir və birlikdə gələcəyə addımlayır.

Bəxtiyar Umarlı
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri