Icma.az
close
up
RU
Prezidentin Vaşinqton səfəri: ABŞ Azərbaycan münasibətlərində yeni mərhələ

Prezidentin Vaşinqton səfəri: ABŞ Azərbaycan münasibətlərində yeni mərhələ

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Donald Trampın yenidən prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Uzun illərdir ki, iki ölkə arasında enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində uğurlu əməkdaşlıq mövcuddur. Təəssüflər olsun ki, bundan öncə Co Baydem administrasiyası dövründə ikitərəfli münasibətlər heç də uğurlu olmadı və nəticədə ABŞ-ın bölgədəki maraqlarına ciddi xələl gəldi. Lakin Co Bayden administrasiyasından fərqli olaraq Donald Tramp administrasiyası onun birinci prezidentliyi dövründə olduğu kimi, indi də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, Prezident Donald Trampla cənab Prezident İlham Əliyev arasında qarşılıqlı hörmətə əsaslanan anlaşma mövcuddur. Bu da təbii olaraq iki ölkə arasında strateji tərəfdaşlıq üçün  geniş imkanlar yaradır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin ABŞ-da nəzərdə tutulan görüşü və orada keçiriləcək görüşlər Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşməsinə öz töhfəsini verəcək və yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxaracaq.

“Prezident Donald Trampın rəsmi dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a reallaşan səfəri çox böyük siyasi tarixi əhəmiyyət kəsb edir.  Bu səfər təkcə ikitərəfli münasibətlər baxımdan deyil, Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, sıx regional əməkdaşlıq münasibətlərinin qurulması, qlobal təhlükəsizlik kontekstində mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.

O əlavə edib ki, səfərin böyük əhəmiyyət kəsb etməsini şərtləndirən digər mühüm məsələ Ağ Evdə keçiriləcək görüşlərdə Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması istiqamətdə səylərin artırılmasının müzakirə olunmasıdır: “İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıran Azərbaycan hazırda bölgədə dayanıqlı sülh gündəliyini müəyyən edən əsas aktor olaraq beynəlxalq hüququn prinsiplərinə əsaslanan dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində ciddi səylər göstərməkdədir. Artıq Azərbaycanın bölgədə dayanıqlı sülhün əldə olunması istiqamətindəki səyləri öz bəhrəsini verməkdədir. Belə ki, yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycan və Ermənistan 2024-cü ilin mart ayında sülh sazişi üzrə ilkin razılıq əldə ediblər. Lakin Azərbaycan sülh sazişinin imzalanması üçün iki məsələsinin həll edilməsini istəyir. Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğv edilməsi və bir də Naxçıvanla maneəsiz birbaşa əlaqənin yaradılmasıdır. Bu məsələ Azərbaycan və Ermənistan liderlərinin görüş iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən sonuncu görüşündə müzakirə edilib. Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib və nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. İnanıram ki, ABŞ-da aparılacaq müzakirələr Cənubi Qafqazda dayanıqlı sülhə xidmət edəcək nəticələrlə yekunlaşacaq. Cənab Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda  Donald Tramp haqqında səsləndirdiyi “o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq” ifadəsi dediklərimizə əminlik yaradır.

Azərbaycan sülhün tərəfdarıdır və buna hazırdır. İndi hər şey Ermənistan asılıdır. Sülhün əldə olunması isə ən çox Ermənistana lazımdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan sülh prosesin qarşısını almaqda davam etsələr özlərini düşdükləri nəqliyyat və siyasi təcriddə qalmaqda davam edəcəklər ki, bundan da itirən tərəf onlar olacaq. Ermənistan tərəfi anlamalıdır ki, artıq həlqə daralmaqdadır, sülh sazişini imzalamaqdan yayınmaq İrəvanı ancaq fəlakətə sürükləyir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Avqust 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri