Icma.az
close
up
RU
Cənab “ucuz neft” TƏHLİL

Cənab “ucuz neft” TƏHLİL

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xatırladım ki, Tramp hələ birinci prezidentliyi dövründə də Səudiyyə Ərəbistanını neftin qiymətini yuxarı saxlamaqda ittiham edirdi. Ona görə ki, adı çəkilən ölkə qurumda əsas söz sahibi sayılır. Tramp o vaxt da bəyan etmişdi ki, neft 50 ABŞ dollarının aşağı olmalıdır.
Qiymətlərin 50 dollardan aşağı düşəcəyi haqda danışmaq hələ tezdir. Amma neft hazırda keçən ilin dekabrından sonra ən aşağı qiymət səviyyəsidir. Əlbəttə, bunda digər səbəblər də var: ABŞ-nin Kanada, Meksika və Çinə qarşı yeni rüsumlar tətbiq etməyi və sair. Amma bütün hallarda, neftin bundan sonra mərhələli ucuzlaşacağı qaçılmazdır. Biz isə dövlət büdcəmizdə neftin 1 barrelini 70 dollardan hesablamışıq.
Dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacaq və buna uyğun olaraq logistik xərclərin nisbətən azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiq etmələri səbəbindən ciddi bahalaşma təhlükəsi gözlənilir. Bizdə isə inflyasiya hələ yenicə səngimiş sayılırdı...
Bir sözlə, neftin ucuzlaşacağı və qiymətlərin bahalaşacağı, yəni kəskin inflyasiya dalğalanmaları haqda gözləntilər ölkəmiz üçün müəyyən təhdidlər formalaşır. Özü də bu, elə bir vaxta düşür ki, həm dövlət büdcəmizin xərcləri artıb, həm də qeyri-neft-qaz sektoru əvvəlkindən daha çox dəstək gözləyir.
Yeri gəlmişkən, cari ilin başlanğıc ayı ərzində iqtisadi artım üzrə göstəricimiz də zəif (0,9%) olmaqla bərabər, inflyasiya nisbətən yüksək (5,4%) idi. Doğrudur, ÜDM istehsalında azalmanın müvəqqəti xarakter daşıdığını və vəziyyətin dəyişəcəyini yazmışam. Lakin əlavə etmişdim ki, ölkədə neft hasilatında enmə var və neftin qiyməti əvvəlki səviyyədə olmayacaq. Qazla bağlı vəziyyət stabil xarakter daşımır. Azərbaycanda isə ÜDM-in həcmi bunlara bağlı olduğundan, qiymətin enməyə başlaması ciddi narahatlıq doğurur.
Xatırladım ki, ölkədə bu il ÜDM-in real ifadədə 3,5% artaraq 129,2 milyard manat olacağı gözlənilir. Bu zaman qeyri-neft-qaz sektorunun real ifadədə 4,9% artaraq 92,2 milyard manat təşkil etməklə ÜDM-in tərkibində 71,3%-ə çatacağı, neft-qaz sektorunun isə 0,5% artacağı proqnoz edilib.
Orta illik inflyasiya göstəricisi 4,6% proqnozlaşdırılıb. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə, 2025-ci ildə sözügedən göstəricisi 4,6% təşkil etməklə 2026-2028-ci illərdə 3,9% səviyyəsində olmalıdır.
Ancaq bəri başdan qeyd edim ki, inflyasiya, çox güman, 10%-ə yaxın olacaq. Bunu həm daxili, həm də xarici təsirlər şərtləndirəcək. Daxili təsirlərin sırasında cari il ərzində əhalinin gəlirlərinin artması kimi cəhətlər dolayı yer ala bilər. Yerli istehsalı genişləndirmək cəhdlərinin də müəyyən rol oynayacağı mümkündür. Çünki, qeyri-neft-qaz sektorunun inkişafı həmişə qiymətləri "oyadan” faktor rolunda çıxış edib.
Yanvarda ÜDM-in enməsi fonunda inflyasiyanın 5,4%-ə yüksəlməsi ciddi fakrtordur. Yəni iqtisadi artım azalıb, inflyasiya yüksəlib. Demək, istehlak qiymətləri indeksində xarici təsirlərin, başqa sözlə desəm, idxal inflyasiyasının mühüm payı var. Problem də məhz bundadır.
Vəziyyətdən çıxmaq üçün daxili istehsal getdikcə daha çox xarici kompenentlərdən qorunmalı, sırf daxili xammal ehtiyatlarının hesabına təşkil olunmalıdır. Bunun üçünsə tədarükçü-istehsalçı əlaqələri inkişaf etdirməli, yeni texnologiyalar tətbiq olunmalıdır. Yerli istehsal xarici istehsal elementlərindən birdəfəlik yaxa qurtarmalıdır.
Yerli istehsal niyə baha başa gəlir? Çünki idxal komponentləri olmadan keçinmək mümkün deyil. Odur ki, ilk növbədə bunun qarşısı alınmalı, idxalda şəffaflığı təmin etmək üçün inhisarçılıq tamamilə aradan qaldırılmalıdır. Daxili bazarda azad rəqabət olmalıdır ki, yerli istehsal inkişaf edə bilsin.
Neftin qiyməti ucuzlaşacağı təqdirdə daxili bazarda qiymətlərə təzyiqlər istər-istəməz daha çox artacaq. Yəni, idxal inflyasiyasının təsiri genişlənəcək. Odur ki, ilin ortasında neftin dövlət büdcəmizdə fiksə olunan qiyməti aşağı salınmalıdır.
Digər zəruri addımlar qeyri-neft-qaz sektorunun inkişafına dəstəyi artırmaqdır. Bəlkə biz də Donald Trampın siyasətinə uyğun olaraq müəyyən sahələrdə idxalı məhdudlaşdırmalıyıq ki, yerli istehsal inkişaf etsin.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Mart 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see358

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see284

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see258

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see221

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see199

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see199

Operativ məlumat: Sahələrdən 2 milyon taxıl yığılıb

09 İyul 2026 15:40see199

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see171

Məktəbli formalarının qiyməti bahalaşacaq? Açıqlama

09 İyul 2026 13:46see159

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see158

Qadın dietik kola vasitəsilə mədəsindəki şişdən xilas olub

09 İyul 2026 14:32see157

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see155

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see154

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see154

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see153

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see153

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see151

Boynunuz daha tez yaşlanır gənc və elastik dərini necə qorumaq olar?

09 İyul 2026 15:30see151

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see150

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri