Icma.az
close
up
RU
Cenevrədə Azərbaycanın aqrar sahədəki təcrübəsi təqdim edilib

Cenevrədə Azərbaycanın aqrar sahədəki təcrübəsi təqdim edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 aprel, AZƏRTAC

Cenevrədə yerləşən BMT-nin Millətlər Sarayında Avropa və Mərkəzi Asiya üzrə Qida Sistemlərinin Transformasiyası üzrə 4-cü regional görüş keçirilib. Tədbirdə aqrar-qida sistemlərinin transformasiyası üzrə milli yol xəritələrinin icrasını sürətləndirmək, əldə olunan nəticələri qiymətləndirmək və region üzrə mövcud çağırışlara qarşı praktik həllər müzakirə olunub. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Leyla Cabbarlı-Mitova çıxışında ölkəmizin aqrar sahədə transformasiya yanaşmasını təqdim edib. Bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sektoru ənənəvi modeldən müasir, innovativ və məlumat əsaslı aqrar-qida sisteminə keçid mərhələsindədir. Bu transformasiya aqrar xidmətlərin geniş miqyasda rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi ilə dəstəklənir və sektorun idarə olunmasında effektivliyi artırır.

Qeyd olunub ki, ölkədə həyata keçirilən aqrar siyasətin əsasını fermer mərkəzli yanaşma təşkil edir. Dövlət proqramları, maliyyə dəstəyi alətləri və digər mexanizmlər fermerlərin ehtiyaclarına uyğunlaşdırılaraq onların risklərinin azaldılmasına, məhsuldarlığın artırılmasına və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Bu çərçivədə qadınların və gənclərin aqrar sektorda rolunun gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Çıxışda iqlim dəyişikliklərinin təsirlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, hazırda ölkədə həyata keçirilən dövlət proqramları və dəstək mexanizmləri fermerlərin iqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinə uyğunlaşmasına yönəlib. Bu istiqamətdə suvarma sistemlərinin modernləşdirilməsi, torpaq resurslarından səmərəli istifadə, torpaqların şoranlaşması və deqradasiyası kimi problemlərin aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilir.

Eyni zamanda, qeyd olunub ki, rəqəmsal məsləhət xidmətləri və erkən xəbərdarlıq sistemlərinin tətbiqi fermerlərə riskləri daha effektiv idarə etməyə imkan verir. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracının şaxələndirilməsi iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından mühüm istiqamət kimi qiymətləndirilir. Ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişafı da dayanıqlı ərzaq təminatı və təbii resurslardan səmərəli istifadə strategiyasının tərkib hissəsi kimi ön plana çəkilir.

Tədbir çərçivəsində ölkələrin təcrübə mübadiləsi, aqrar maliyyələşmə üzrə tematik sessiyalar və elm, innovasiya və məlumat əsaslı siyasətlərin formalaşdırılmasına həsr olunmuş dəyirmi masalar keçirilib. Həmçinin breakout sessiyalarda iqlim dayanıqlığı və regional ticarət məsələləri üzrə praktiki yanaşmalar müzakirə edilib.

Qeyd edək ki, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf üzrə Regional Forumu çərçivəsində təşkil olunan tədbir dövlət qurumları, BMT agentlikləri, beynəlxalq maliyyə institutları, elmi-tədqiqat mərkəzləri, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrini bir araya gətirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri