Cenevrədə Azərbaycanın milli musiqiləri zövq oxşayıb
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçrənin Cenevrə şəhərində keçirilən Milad yarmarkasında “Səfər. Araz boyunca…ruhlar səyahət edir” adlı tamaşa nümayiş olunub. Tamaşanın xoreoqrafiyasının və səhnə quruluşunun müəllifi Azərbaycan əsilli Mariya Xan-Xoyskaya və ispan əsilli Kristina Farauladır.
Tamaşada Azərbaycanın milli rəqsi “Nəlbəki” alqışlarla qarşılanıb. Rəqs Mariya Xan-Xoyskayanın, Kristina Faraulanın və onun isveçrəli tələbəsi Pema Qiyonun ifasında təqdim olunub. Bununla yanaşı, “Lalələr” və “Ay Laçın” kimi xalq mahnılarımızın müşayiəti ilə edilən rəqslər də izləyicilərin zövqünü oxşayıb.
Tamaşada, həmçinin iranlı musiqiçi Sara Axavanın setar və qopuzda ifaları, Azərbaycan və fars dillərində oxuduğu mahnılar böyük maraqla izlənib.
Tədbir Cenevrə Bələdiyyəsinin xəbər portalında, “My Switzerland”, “Switzerland Tourism”, “Geneva Tourism”, “Les Genevois”, “Guidle.com”, “Rouge FM” kimi yerli media orqanlarında işıqlandırılıb.
XQ
Baxış sayı:61
Bu xəbər 10 Dekabr 2025 01:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















