Icma.az
close
up
RU
Cenevrədəki ABŞ İran görüşü dalana dirənib KİV

Cenevrədəki ABŞ İran görüşü dalana dirənib KİV

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İran arasında Cenevrədə keçirilən nüvə danışıqları əsas məsələlərdə razılığın əldə olunmaması səbəbindən dalana dirənib.

Bakıvaxtı.az “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən xəbər verir ki, tərəflər arasında mövqelərin yaxınlaşmaması danışıqlar prosesini ciddi çətinliklərlə üz-üzə qoyub.

Mənbələrin verdiyi məlumata görə, Vaşinqton Tehranın Fordo, Nətənz və İsfahandakı əsas nüvə obyektlərini tamamilə ləğv etməsini, həmçinin bütün zənginləşdirilmiş uran ehtiyatlarını Amerika tərəfinə təhvil verməsini tələb edir.

Nəşr yazır ki, ABŞ sazişin müddətsiz olmasını şərt qoyarkən, İran rəsmiləri uranı zənginləşdirmək hüququnda israr edirlər. Belə ki, Tehran uranın zənginləşdirilmə səviyyəsini hazırkı 60%-dən 1,5%-ə endirməyi və ya emal üçün beynəlxalq konsorsiumlara təqdim etməyi təklif etsə də, Vaşinqton bu güzəştləri yetərsiz hesab edir. ABŞ tərəfi İrana yalnız minimal sanksiya güzəştləri təklif edir ki, bu da Tehranın iqtisadi gözləntilərindən xeyli uzaqdır.

Məlumata görə, ABŞ rəsmiləri Cenevrədəki görüşləri vəziyyətin diplomatik həlli üçün “son şans” kimi qiymətləndirib. Lakin Tehranın nüvə proqramının inkişafına daimi məhdudiyyətlər qoymaqdan imtina etməsi və Vaşinqtonun sərt mövqeyi tərəflər arasında fikir ayrılıqlarını dərinləşdirib.

Xatırladaq ki, gərginliyə baxmayaraq, nümayəndə heyətləri dialoqun texniki səviyyədə davam etdirilməsinə razılıq veriblər. Gələn həftə Vyanada keçiriləcək görüşlər nüvə sazişinin gələcəyi üçün həlledici mərhələ hesab olunur./Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see529

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see376

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see342

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see290

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see282

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see242

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see218

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see213

COVID 19 dan sonra beyində gizli zədələnmənin səbəbi tapıldı

31 İyul 2026 21:37see185

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see184

Kartdan karta köçürmələr dəyişir: Yeni limitlər gəlir

01 Avqust 2026 00:40see179

Tez tez ah çəkirsiniz? Alimlər bunun səbəbini açıqladı

01 Avqust 2026 15:37see176

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see173

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see169

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see169

Sabah İngiltərə klubundan futbolçu transfer etdi

01 Avqust 2026 22:07see168

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see166

Olmayan İslam həmrəyliyimizin lakmus kağızı ...

02 Avqust 2026 01:12see163

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see161

Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir

02 Avqust 2026 00:43see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri