Qadınların cəmiyyətdə rolu yüksəlir
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitənin və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransında çıxışı zamanı səsləndirib.
A.Sofiyeva çıxışında bildirib ki, cəmiyyətin davamlı inkişafı insan kapitalının gücləndirilməsindən, hər kəs üçün bərabər imkanların yaradılmasından birbaşa asılıdır: “Bu baxımdan qadın və kişilərin bərabər hüquq və imkanlarının təmin edilməsi, qadınların cəmiyyətin bütün sahələrində öz potensialını reallaşdırmasına şərait yaradan institusional və sosial mühitin formalaşdırılması dövlətimizin prioritet istiqamətlərindəndir”. Sədr müavini qeyd edib ki, qızların keyfiyyətli təhsilə, məşğulluğa və inkişaf imkanlarına çıxışının genişləndirilməsi, eləcə də onların bu imkanlardan səmərəli istifadə etməsinə dəstək göstərilməsi xüsusi əhəmiyyət daşıyır: “Qadınların fərdi uğurları yalnız onların şəxsi inkişafına deyil, bütövlükdə, cəmiyyətin sosial, iqtisadi və mədəni tərəqqisinə xidmət edir, daha inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşmasına zəmin yaradır”.
A.Sofiyeva Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə məlumatlarına diqqət çəkərək nəzərə çatdırıb ki, elmi işçilərin 60, ali təhsil müəssisələrinin rəhbərlərinin isə 50 faizdən çoxunu qadınlar təşkil edir. Məşğul əhali arasında qadınların xüsusi çəkisi 48,1 faizdir.
XQ
Baxış sayı:113
Bu xəbər 03 Noyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















