Cənnətin anası: Ağrılarına görə bütün günü ağlayır, təcili əməliyyat olunmalıdır
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səkkiz yaşlı Cənnətin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Zəminə Məlikova məlumat verib.
O bildirib ki, övladı təcili əməliyyat olunmalıdır:
"Cənnətin səkkiz yaşı var. O, qarnındakı yırtığa görə təcili əməliyyat olunmalıdır. Bunun üçün isə bizim 1 500 manata ehtiyacımız var. Həmin məbləğin 200 manatını özüm, 650 manatını isə sizin saytın izləyicilərinin dəstəyi ilə toplaya bilmişik. Hazırda əməliyyat üçün 650 manatımız çatmır".
Gənc ana övladına dəstək olmaları üçün yardımsevər şəxslərə səslənib:
"Cənnətin günü-gündən vəziyyəti ağırlaşır, ağrılarına dözə bilmir. Hazırda elektrik enerjisinin pulunu ödəyə bilmədiyimiz üçün işığımı kəsiblər. İki gündür uşaq qaranlıq, soyuq evdə qalır. Bir ana kimi çox çarəsiz vəziyyətdə qalmışam. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 345-17-61.
Kapital Bank: 4169 7388 0823 9754.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 25 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















