Icma.az
close
up
RU
Cənub Şərqi Asiyada ölkələrində fəlakət: 1200 nəfərdən çox ölən var

Cənub Şərqi Asiyada ölkələrində fəlakət: 1200 nəfərdən çox ölən var

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Cənub-Şərqi Asiya ölkələri güclü yağışların yaratdığı fəlakətlərdə üz-üzə qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İndoneziya, Şri-Lanka, Tayland və Malayziyada təbii fəlakətlər səbəbindən təxminən 1200 nəfər ölüb, yüzlərlə insan itkin düşüb.

Məlumata görə, İndoneziyada ölənlərin sayı 600-ü keçib, 464 nəfərin itkin düşüb: "Bölgədə yollar dağılıb, körpülər dağılıb və bəzi yaşayış məntəqələrinə giriş tamamilə kəsilib. Quru yolu ilə əlçatmaz ərazilərə helikopterlər vasitəsilə humanitar yardım çatdırılır. Ölənlərin sayının daha da artacağı gözlənilir"

Şri-Lankada isə fövqəladə vəziyyət elan edilib: "Şri-Lankada güclü yağışlar bir çox ərazidə torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olub. Bu günə qədər ölkədə 366 nəfər ölüb, 367 nəfər isə itkin düşüb. Fəlakətdən təxminən 1 milyon insanın zərər çəkib. Axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub, daha dörd nəfər yaralanıb".

Taylandın cənubunda güclü yağışların yaratdığı daşqınlarda isə 170 nəfər ölüb: "Ölkənin 12  bölgəsini əhaət edən fəlakətdə 1,4 milyondan çox ev və 3,8 milyondan çox insan ziyan çəkib".

Taylandın Baş naziri Anutin Çarnvirakul Sonqxla əyalətində fövqəladə vəziyyət elan edib. O, zərər çəkənlərə kompensasiya ödəniləcəyini deyib.

Malayziyada isə daşqınlar təxminən 11.000 insan zərər vurub: "Malayziyanın yeddi ştatında güclü yağışların yaratdığı daşqınlardan təxminən 11.000 insan zərər çəkib. Güclü yağışların yaratdığı daşqınlar Kelantan, Penanq, Perlis, Perak, Selangor, Kedah və Terengganu əyalətlərini vurub. Kelantan ən çox zərər çəkən ştat olub. Burada 3022 ailədən 8248 nəfər müvəqqəti yardım mərkəzlərinə yerləşdirilib"

Tahir Şəlvəli 

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Dekabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri