Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Cənub Şərqi Asiyada artan gərginlik və: “Kiçik qalibiyyətli müharibə”

Cənub Şərqi Asiyada artan gərginlik və: “Kiçik qalibiyyətli müharibə”

Icma.az bildirir, Ayna portalına istinadən.

Hər iki tərəfə sərf edən eskalasiya, amma... – Tayland-Kamboca müharibəsinin davam etməsində heç kim maraqlı deyil

Dünyanın əsas diqqət mərkəzindəki məsələlərdən bidi də Tayland və Kamboca arasındakı sərhəd münaqişəsidir. İki Cənub-Şərqi Asiya ölkəsi arasında münasibətlər iyulun 23-də Tayland əsgərlərinin sərhəddə mina vasitəsilə partladılması ilə gərginləşib. Banqkok Phnom Peni vəziyyəti gərginləşdirməkdə, səfirini geri çağırmaqda və sərhədin bütün hissələrini bağlamaqda ittiham edib. Daha sonra iyulun 24-nə keçən gecə ağır artilleriya və aviasiyadan istifadə etməklə Tayland və Kamboca arasında döyüşlər başlayıb. Tank döyüşləri və raketlərdən də istifadə olunub. Tayland Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalarda aralarında mülki şəxslər də daxil olmaqla 10-dan çox insan həlak olub.

İki ölkə arasında münaqişəyə Preah Vihear hindu məbədi ilə bağlı ərazi mübahisəsi və Fransanın müstəmləkə xəritələrinin müxtəlif şərhləri səbəb olub.

Tayland və Kamboca arasında ərazi mübahisəsi Cənub-Şərqi Asiyanın ən güclü sivilizasiyalarından biri olan Kxmer İmperiyası dövründə 9-12-ci əsrlərdə tikilmiş Hindu dini kompleksi Preah Vihear məbədi ilə bağlıdır. Məbəd bir neçə dəfə yenidən qurulub, yeni detallar əlavə edilib və sonra buddistlərə verilib.

1904-cü ildə Tayland o zamanlar Siam kimi tanınan, Fransanın nəzarətində olan Kamboca ilə dəqiq sərhəd çəkəcək bir demarkasiya komissiyası yaratmağa razı olub. Əvvəlcə tərəflər Danqrek silsiləsi boyunca bir xətt çəkməyə razılaşıblar ki, bu da məbədin siamların nəzarətinə keçməsi demək idi. Lakin 1907-ci ildə fransız coğrafiyaşünasları Preah Vihearın Kamboca ərazisi kimi göstərildiyi bir xəritə dərc ediblər.

Bununla belə, Siam uzun müddət məbəd kompleksinin sahibi olub və xəritədəki uyğunsuzluğu yalnız 1930-cu illərdə fərq etdi. Tayland coğrafiyaşünasları öz topoqrafik tədqiqatlarını aparıblar və 1953-cü ildə Fransanın geri çəkilməsindən sonra krallıq öz qoşunlarını göndərib.

1959-cu ildə Kamboca Taylandı Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) verib, məhkəmə 1962-ci ildə məbədin Phnom Penə verilməsi qərarını çıxarıb. Qərar Banqkokun Kambocanın mülkiyyətinə "sakit razılıq" hesab edilən xəritə səhvinə görə "çox gec" başa düşməsi əsasında qəbul edilib.

İki ölkə arasında münasibətlər gərgin olaraq qalır və bir çox Tayland siyasətçiləri məbədin krallığa qaytarılmasını tələb edirlər. 2008-ci ildə sərhəddə 2011-ci ilə qədər davam edən silahlı münaqişə baş verib.

Bu il mayın 28-də Kamboca, Tayland və Laos sərhədində kiçik atışma baş verib və bir əsgər həlak olub. Phnom Pen və Banqkok bir-birlərini vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. İyulun 1-də Taylandın Baş naziri Patonqtan Şinavatra Kambocanın keçmiş Baş naziri, hazırkı hökumət başçısının atası Hun Sen ilə telefon danışığı sızdırılandan sonra vəzifəsindən kənarlaşdırılıb. Həmin söhbətdə o, məbəd ətrafında yaranmış ərazi mübahisəsinə görə öz ordusunun hərəkətlərini tənqid edib.

İyulun 16-da mübahisəli ərazidə minanın partlaması nəticəsində üç Tayland əsgəri yaralanıb. İyulun 23-də mübahisəli ərazidə mina partlaması nəticəsində 5 Tayland əsgəri yaralanıb. Tayland səfirini geri çağırıb və sərhədi bağlayıb. İyulun 24-də iki ölkənin sərhədində artilleriya və aviasiyadan istifadə etməklə silahlı münaqişə baş verib.

Rusiyalı analitik Aleksandr Korolev “Lenta.ru”ya deyib ki, münaqişənin hazırkı gərginləşməsi əslində Taylanddakı daxili siyasi böhranla bağlıdır: “Tayland üçün hazırkı eskalasiya diqqəti daxili sınaqlardan yayındırmaq üçün lazım olan kiçik qalibiyyətli müharibəyə çevrilib!”.

Onun sözlərinə görə, Kamboca hakimiyyəti də belə bir eskalasiyada maraqlı idi: “Ona görə də hər iki tərəf əvvəllər bir-birinə qarşı iqtisadi və sanksiya mübarizəsinə başlayıb. Hər iki tərəf ilkin olaraq bu münaqişəyə rasional olaraq girdilər ki, bu, İsraillə İran və ya İsraillə Fələstin arasındakı münaqişələr kimi genişmiqyaslı qarşıdurmaya çevrilməməlidir. Əgər bəzi bənzətmələr aparsaq, bu, daha çox Hindistan və Pakistan arasında dondurulmuş münaqişəyə bənzəyir. Onun davam etməsində də heç kim maraqlı deyil və bu, heç nə ilə nəticələnməyəcək".

“ABŞ Tayland və Kamboca arasında baş verən sərhəd silahlı münaqişəsinə müdaxilə etməyəcək. Çünki Prezident Donald Tramp administrasiyasının prioritet vəzifəsi Çini cilovlamaqdır. ABŞ-ın bu müharibəyə ayırmağa ümumiyyətlə, vaxtı yoxdur. Onların Hind-Sakit okean regionunda Çini saxlamaqla bağlı öz problemləri var. Çin üçün bu münaqişə də əhəmiyyətli deyil, baxmayaraq ki, hər iki ölkə Pekinin maraq dairəsindədir. Bu baxımdan, ABŞ-ın diqqətini və resurslarını digər silahlı münaqişələrdən yayındıracağını gözləmək lazım deyil. Bu, çox güman ki, ASEAN assosiasiyası çərçivəsində və bu təşkilatın vasitəçiliyi ilə həll olunacaq “yerli böhran”dır”, - deyə analitik qeyd edib.

Son sutkada Kambocanın Poşat sərhəd vilayətinə Tayland ordusunun hücumu nəticəsində azı 13 kambocalı həlak olub, 70-dən çox şəxs yaralanıb. Bu barədə Kamboca Müdafiə Nazirliyi  məlumat yayıb. Yaralananlar arasında 21 əsgər və ən azı 50 mülki şəxs var. Hücum zamanı Tayland ordusu ağır artilleriyadan istifadə edib. Gərginlik davam etməkdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 İyul 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri