Cənubi Afrikadan Trampa cavab: Bu il öldürülən 6 fermerdən 5 i qaradərili idi
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Trampın ağdərili fermerləri “soyqırım”da ittiham etdiyi Cənubi Afrikada 2025-ci ildə ferma hücumlarında həyatını itirən 6 nəfərdən 5-nin qaradərili olduğu bildirilib.
Turkustan.az xəbər verir ki, Cənubi Afrikanın Polis Naziri Senzo Mchunu Trampın iddiaları ilə bağlı açıqlamasında deyib: "Son bir neçə gün ərzində Cənubi Afrikada cinayətlə bağlı söhbətin və narahatlığın tamamilə fərqli bir istiqamət aldığını gördük. "Soyqırım" ifadəsi yad və qəribə bir şəkildə, açıq-aşkar və zorla şəkilə daxil edilib".
Mchunu, prinsipcə insanları irqə görə təsnif etmədiklərini, ancaq ağlara qarşı soyqırım iddiaları kontekstində qiymətləndirildikdə, 2025-ci ildə ferma hücumlarında həyatını itirən 6 nəfərdən 5-nin qaradərili Cənubi Afrikalı olduğunu söylədi.
"Həqiqət budur ki, daha çox qaradərili Cənubi Afrikalılar həmişə təsərrüfat cinayətlərində həyatını itiriblər" deyən Mchunu ölkədəki ferma qətllərinin tarixinin həmişə təhrif edilmiş və balanssız olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 May 2025 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















