Icma.az
close
up
RU
Cənubi Koreya prezidenti şübhəli şəxs elan edildi

Cənubi Koreya prezidenti şübhəli şəxs elan edildi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreya prokurorluğu hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu dövlətə xəyanətdə şübhəli şəxs elan edib. SİA xəbər verir ki, bu barədə hərbi vəziyyət məsələsinə görə yaradılmış xüsusi istintaq komissiyasının rəhbəri Park Se Hyun açıqlama verib. O, məsələ ilə əlaqədar bir neçə şikayət qeydə alındığını, prokurorluğun Prezident Yun Sok Yola qarşı irəli sürülən xəyanət və səlahiyyətlərdən sui-istifadə ittihamlarını araşdırdığını deyib.

Dekabrın 7-də daxili işlər naziri Li Sanq Minin də istefa ərizəsini təqdim etdiyinə dair məlumat yayılıb.

Artıq hərbi vəziyyət məsələsinə görə sabiq müdafiə naziri Kim Yonq-Hyun saxlanılıb. Hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə nazirinin təklif etdiyi güman olunur. Kim Yonq-Hyun hərbi vəziyyət rejimində iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək dekabrın 5-də istefa verib. Artıq onun ofisində və evində axtarış aparılıb. Sabiq nazirin hərbi vəziyyət saatlarında ölkənin nüfuzlu siyasətçilərinin həbs olunmasına göstəriş verdiyi iddia edilir. Hərbi vəziyyətin tətbiqində yol verilmiş zorakılıq hallarına görə 3 general vəzifəsindən azad edilib. Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən yüksək rütbəli 10hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Hakim Xalqın Gücü Partiyasının rəhbəri Han Donq Hun jurnalistlərə açıqlamasında siyasi xaosu minimuma endirmək üçün Prezidentin nizamlı gedişinə çalışacaqlarını, prosesi proqnozlaşdırılan və şəffaf şəkildə davam etdirmək üçün əsas müxalifət olan Demokratiya Partiyası ilə məsləhətləşəcəyini söyləyib. "Yoon istefa edənə qədər faktiki olaraq vəzifə səlahiyyətlərindən uzaqlaşdırılacaq və Baş nazir partiya ilə məsləhətləşərək dövlət işləri ilə məşğul olacaq", - deyə partiya lideri bildirib. O, bu fikirləri dekabrın 6-da axşam saatlarında parlamentdə baş tutmayan prezidentin impiçmenti cəhdindən sonra bildirib.

Hakim partiyanın boykotu səbəbindən baş tutmayan impiçment cəhdindən sonra əsas müxalifət qüvvə olan Demokratiya Partiyası isə Prezident Yun Sok Yolun dərhal həbs olunmasına və araşdırılmasına çağırış edib. Əsas müxalifət hakim partiyanın baş nazirin dövlət işlərinə rəhbərlik etmək planını qətiyyətlə rədd edib. Müxalifətdən olan deputat Kim Min Seok prezidentin vəzifəsindən kənarlaşdırılmasının konstitusiyaya uyğun yeganə proses olduğunu deyib. Müxalifət prezidentin vəzifədən kənarlaşdırılacağına qədər hər həftə impiçment məsələsini parlamentdə müzakirəyə çıxaracağını bəyan edib.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş anti-dövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub. Bu səbəbdən ordu və təhlükəsiz qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq hakim partiyanın deputatlarının iştirak etmədiyi gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Amma Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Dekabrın 7-də parlamentin xüsusi iclasında hakim partiyanın deputatlarının çox hissəsinin iştirak etməməsi ilə əlaqədar yetərsay olmadığı üçün impiçment reallaşmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri