Cənubi Koreya Yaxın Şərqdə hərbi iştiraka qoşulmayacaq
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsinin Yaxın Şərqdə İran müharibəsinə cəlb olunmasına səbəb ola biləcək hərbi qüvvə göndərməyəcəyini bildirib.
Reuters-in məlumatına görə, Cənubi Koreya lideri ölkəsinin regionda münaqişəyə birbaşa qoşulmayacağını açıq şəkildə bəyan edib. Bununla yanaşı, Seul kommersiya gəmilərinin, neft daşımalarının və regionda olan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə mümkün dəstəyi nəzərdən keçirir.
Prezident Li Ce Myonq qeyd edib ki, Cənubi Koreya Yaxın Şərqə hərbi qüvvə göndərməklə müharibəyə daxil olmaq niyyətində deyil. Onun sözlərinə görə, ölkə yalnız kommersiya daşımalarının və vətəndaşlarının təhlükəsizliyinin qorunması istiqamətində zəruri tədbirləri qiymətləndirir.
Agentlik bildirir ki, Cənubi Koreya hökuməti daha əvvəl Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində mümkün iştirak məsələsini nəzərdən keçirirdi. Seulun regionda Somalidə dəniz quldurluğuna qarşı əməliyyatda iştirak edən hərbi-dəniz qüvvələri də mövcuddur.
Məlumata görə, Cənubi Koreya ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatları fonunda Vaşinqtonla müttəfiqliyini qoruyur, lakin Seulun regionda birbaşa hərbi iştirakı məsələsi ölkə daxilində də müzakirələrə səbəb olub.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 18 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















