Icma.az
close
up
RU
Yaxın Şərqdə gərginlik pik həddə: Savaş Cənubi Asiyaya sıçraya bilər

Yaxın Şərqdə gərginlik pik həddə: Savaş Cənubi Asiyaya sıçraya bilər

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran ətrafında hərbi gərginliyin artması eskalasiyanın əhatə dairəsini genişləndirə bilər.

Artıq dörd gündür ki, ABŞ-nin və İsrailin İrana hava zərbələrinə rəsmi Tehranın əks hücumlarla cavab verir. Əgər hərbi əməliyyatların ilk iki günü qarşıdurma daha çox İran ərazisində və Fars körfəzində müşahidə olunurdusa, hazırda eskalasiyanın digər dövlətlərə yayıldığını görmək olar.

Bu baxımdan, münaqişənin digər regionlara və ölkələra keçmək ehtimalı artır. Eskalasiyanın keçə biləcəyi əraziləri bir neçə risq qrupuna aid etmək olar. Birinci qrupa İsrail və İranla həmsərhəd və qonşu ərazilərdə yerləşən ərəb ölkələri daxildir. 

İsrail ərazisi, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, İordaniya  və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazaları İran tərəfindən hər gün raket və dron hücumlarına məruz qalır. 

Eyni zamanda, ABŞ-nin və İsrailin həmin dövlətlərdəki səfirlikləri də atəş hədəfi ola bilər. Həmçinin, İsrail Livan ərazisində “Hizbullah”a qarşı hərbi əməliyyatlara başlayıb. Paralel olaraq, ABŞ və İsrail silahlı qüvvələri İraq ərazisində İrana bağlı “Həşti-Şaabi” qruplaşmasının mövqelərini bombalayıb.

İraq şiə müqavimət qrupu olan “Səraya Əuliya əl-Dam” isə İrana endirilən zərbələrə cavab olaraq, ABŞ-nin Bağdad hava limanı ərazisindəki “Viktoriya” hərbi bazasına hücum edib. Martın 2-3-də İran tərəfi Səudiyyə Ərəbistanına raket hücumları edib.

ABŞ hərbi bazası ilə yanaşı, “Saudi Aramco” neft kompleksi və Səudiyyə Ərəbistanını Bəhreynlə birləşdirən “Kral Fəth” körüpüsünə zərbələr endirilib. 

Göründüyü kimi, münaqişə artıq Yaxın Şərqə, o cümlədən Ərəbistan yarımadasını əhatə edib. Müharibədə tərəflərin bir-birinə qarşı daha çox raketlərdən, döyüş təyyarələrindən və dronlardan istifadə etdyini nəzərə alsaq, hazırda fəaliyyətini dayandırmış Hörmüz boğazı ilə yanaşı, Ərəbistan yarımadasının qərbində yerləşən Bab əl-Məndəb boğazının da atəş altına düşməsinə gətirib çıxara bilər. Bu halda dünya bazarlarında neft böhranının xeyli dərinləşməsinə gətirib çıxaracaq. 

Digər tərəfdən, müharibənin davamlı xarakter alması Livan, İraq, Bəhreyn, Yəmən, Pakistan və Hindistanda yaşayan şiə icmaların kütləvi etirazlara başlamasına, iğtişaşlara gətirib çıxara bilər. 

Eskalasiyanın yayılacağı ikinci risq qrupuna İran raketlərinin çata biləcəyi Avropa ölkələrini aid etmək olar. Artıq İranın Kiprdəki ABŞ hərbi bazasına raket atması buna sübutdur. Yunanıstanın isə İrana cavab olaraq Kipr Respublikasına hava hücumundan müdafiə sistemləri göndərməsi eskalasiyanın miqyasının daha da genişlənməsindən xəbər verir.

Böyük Britaniyanın İrana qarşı əməliyyatların ilk günündə iştirak etməsi, həmçinin Almaniyanın da ABŞ-yə və İsrailə hərbi dəstək vermək planını nəzərdən keçirməsi barədə xəbərlər Avropa İttifaqı ərazisinin də münaqişəli risq zonasına daxil olduğunu göstərir.

Qonşu dövlətlərdən Cənubi Qafqaz ölkələri və Türkiyə neytral mövqe tutmaqla Hindistandan Qərbi Avropaya qədər müşahidə olunan eskalasiya təhlükəsindən kənarda qalmağı bacarıb. 
Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: İranda gərginlik ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri