Icma.az
close
up
RU
Yaxın şərqdə baş verən proseslərin Cənubi Koreyaya təsiri

Yaxın şərqdə baş verən proseslərin Cənubi Koreyaya təsiri

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın sonuncu günü başlayan İsrail­­-ABŞ-İran muharibəsi Yaxın Şərqlə (Orta Şərq) iqtisadi əlaqələri olan ölkələr kimi Cənubi Koreyada da təşvişə səbəb oldu. Bu narahatlıq Cənubi Koreya prezidenti Li Che-Myung həmin gün keçirdiyi brifinqdə aydın hiss olunurdu. Brifinqdə o, öncə İranda və İsraildə olan Cənubi Koreya vətəndaşları ilə bağlı narahatlığını dilə gətirdi və dərhal sözügedən ölkələrdən 660 dan çox Koreya vətəndaşının Misir vasitəsi ilə təxliyəsinə göstəriş verdi.

Martın ilk günlərində strateji əməkdaşlıq məsələlərini gücləndirmək məqsədi ilə Cənubi Koreya prezidenti Sinqapur və Flippinə 4 günlük dövlət səfərinə getdi. Səfərə getməmişdən öncə Yaxın Şərqlə bağlı Baş nazirə son tapşırıqlarını verdi. Elə həmin gün baş nazir Kim Min Suk Seul Hökumət Kompleksində nazirlər kabnetinin görüşünü keçirdi. Bu görüşdə Yaxın Şərq regionunda yaşayan və ya səyahətdə olan Cənubi Koreya vətəndaşlarının həyatı və təhlükəsizlik məslələri ön planda oldu.  Müzakirələr zamanı ölkəyə xam neftin təxminən 70%-nin və təbii qazının 30%-nin Yaxın Şərqdən idxal edildiyi qeyd olunaraq, xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) tələb və təklif məsələlərinin nəzərdən keçirilməsi və tədarükün fasiləsiz təmin edilməsi üçün tədbirlər planı hazırlamağın zəruriliyi vurğulandı. Həmçinin bildirildi ki, neft qiymətləri, valyuta məzənnələri və fond bazarının monitorinq sistemi daha da aktivləşdirilməli və bazarın sabitləşdirilməsi tədbirləri, maliyyə siyasəti alətləri nəzərdən keçilməlidir.

Cənubi Koreya Prezidenti Sinqapur və Filippinə dövlət səfərləri çərçivəsində süni intellekt, nüvə enerjisi və əqli mülkiyyət məsələləri daxil olmaqla bir sıra sahələri əhatə edən anlaşma memorandumları imzalandı. Mətbuata açıqlamasında Li Che-Myung Yaxın Şərqdə artan gərginlik fonunda vəziyyətin qlobal təhlükəsizliyə, enerji təchizatı zəncirinə və qlobal iqtisadiyyata təsirinin qiymətləndirdiyini bildirdi və Yaxın Şərqdə sabitliyin və sülhün bərpa olunacağına ümid etdiyini dedi.

Sinqapura və Flippinə dövlət səfərini başa vurduqdan sonra martın 4-ü ölkəyə qayıdan prizident Li Che Myung dərhal Yaxın Şərq böhranı ilə bağlı fövqəladə kabinetin iclasını çağırdı. Prezident iclasda  Yaxın Şərq müharibəsi ilə bağlı  qlobal qeyri-sabitliyə baxmayaraq,  həddindən artıq ictimai narahatlığa ehtiyac olmadığını və Baş nazir Kim Min Suk da daxil olmaqla Nazirlər Kabinetinin bütün sektorlarında hərtərəfli hazırlıqlara başlandığını bəyan etdi. Artıq martın 4-ündən etibarən Yaxın Şərdəki gərginlik Cənubi Koreyanın əsas fond bazarı olan KOSPİ- yə , Seuldakı yanacaq qiymətlərinə və Cənubi Koreyanın valyuta məzənnəsinə böyük şəkildə təsir etdi. Beləki KOSPİ səhmləri 12% ucuzlaşdı, Seulda yanacaq qiymətləri bir litrə görə 1800 vonu üstələdi. Ölkənin milli valyutası devalivasiyaya uğrayaraq 1 dollar 1500 von səviyyəsinə qalxdı.

Prizident Li Che Myung martın 5-i bu böhrana təcili reaksiya olaraq 100 trilyon von ( 68 milyard ABŞ dollar) dəyərində bazar sabitləşdirmə proqramının icrasına göstəriş verdi. Həmin gün KOSPİ səhm bazarında 9,63 % artım qeydə alındı. Hökumət Yaxın Şərqdə böhranın uzun müddətli olacağını proqnozlaşdıraraq kiçik və orta sahibkarlıq subyektlərinin (KOBİ) ixrac imkanlarını stumullaşdırmaq  üçün yeni logistika vauçer proqramı yaratmağa başladı. 6 mart tarixində Seuldan benzin qiyməti bir qədər də bahalaşaraq 1 litrə görə 1900 vonu keçdi. Ölkədə neft sabitləşdirilməsi çərçivəsində həmin gün Baş qərargah rəhbəri Kang Hun Sik BƏƏ-dən 6 milyon bareldən çox xam neftin təcili idxalı proqramını təstiqlədi. Belə ki, Hörmüz boğazından keçmədən BƏƏ-dəki alternativ limandan Cənubi Koreyanın neft tankerləri vasitəsilə 4 milyona yaxın barel nefti gətirmək 2 milyon barel neftin isə Koreyanın istədiyi vaxt ala biləcəyini açıqladı. Prezident Li Che-Myung yanacaq bazarındakı süni qiymət artımlarına qarşı “sıfır dözümlülük” siyasəti elan edərək sərt inzibati tədbirlərə başladı. Onun göstərişi ilə yaradılan xüsusi monitorinq qrupları ölkə boyu reydlər keçirərək, böhranı bəhanə edib yanacağı gizlədən və ya qiyməti əsassız qaldıran müəssisələrə qarşı ağır cərimələr tətbiq etdi.

​Hökumətin tətbiq etdiyi yanacaq vergisi endirimlərinin birbaşa xalqa yansımasını tələb edən Prezident, bu güzəştdən sui-istifadə edən şirkətləri lisenziyalarının ləğvi ilə hədələdi. Eyni zamanda, neft ehtiyatlarının bir hissəsinin bazara çıxarılması və qiymət manipulyasiyası edənlərin ictimaiyyətə ifşa olunması nəticəsində bazarda sabitlik yarandı. Bu qətiyyətli addımlar sayəsində Seulda benzin qiymətləri 1900 von səviyyəsindən enərək 1845 von həddində stabilləşdi.
Yaxın Şərq regionunda böhranın güclənməsilə əlaqədar ölkənin  Xarici İşlər Nazirliyi vətəndaşlara Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, İordaniyaya, Azərbaycan və Türkiyənin cənub-şərqindəki bəzi bölgələrinə səfər etməməyi xahiş etdi.

Xarici İşlər Naziri Ço Hyun 10 mart tarixində Vyetnam və Hindistanın Xarici İşlər Nazirləri ilə Yaxın Şərqdəki vəziyyəti və digər məsələləri müzakirə etmək üçün ardıcıl telefon danışıqları apardı. Belə ki, nazir Yaxın Şərqdəki son vəziyyətlə bağlı narahatlıqlarını bölüşdü və artan xarici qeyri-müəyyənlik vəziyyəti nəzərə alınmaqla bir-birinin əsas üç ticarət tərəfdaşı kimi ticarət və investisiyaları artırmaq və təchizat zəncirlərini sabitləşdirmək üçün əməkdaşlığı daha da genişləndirməyin vacibliyini vurğuladı.

Yaxın Şərqdə alovlanan bu genişmiqyaslı münaqişə təkcə iqtisadi göstəricilərə deyil, həm də regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərməyə başladı. Martın ortalarına doğru Cənubi Koreyanın strateji diqqəti iqtisadi sabitlikdən daha çox hərbi hazırlıq və Şimali Koreya faktoruna yönəldi.

Şimali Koreya faktoru və təhlükəsizlik riskləri Yaxın Şərqdə ABŞ-nin hərbi resurslarının cəmləşməsi Seulda “strateji vakuum” qorxusunu artırdı. Pxenyanın bu vəziyyətdən istifadə edərək Koreya yarımadasında təxribatlara əl ata biləcəyi ehtimalı martın 12-də keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında əsas müzakirə mövzusu oldu. Prezident Li Che-Myung çıxışında qeyd etdi ki, “Yaxın Şərqdəki yanğın uzaqda görünsə də, onun qığılcımları yarımadadakı sülhə birbaşa təhdiddir”.

Bu məqsədlə, Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəd bölgələrində döyüş hazırlığı səviyyəsini “High Alert” (Yüksək Həyəcan) vəziyyətinə qaldırdı.
Martın sonuna yaxınlaşdıqca, Cənubi Koreya iqtisadiyyatı tətbiq edilən 100 trilyon vonluq paket sayəsində müəyyən dərəcədə stabilləşsə də, inflyasiya təzyiqi hələ də yüksək olaraq qalmaqdadır. KOSPİ indeksi  itirdiyi dəyərin bir hissəsini geri qazansa da, investorlar Yaxın Şərqdən gələn hər bir xəbərə həssas reaksiya verməyə davam edirlər.

Hazırda rəsmi Seul həm Yaxın Şərqdəki atəşkəs cəhdlərini dəstəkləyir, həm də öz “Enerji Müstəqilliyi” doktrinasını yenidən formalaşdırır. Koreya regionu üçün Yaxın Şərq artıq sadəcə uzaq bir bazar deyil, milli təhlükəsizliyin ayrılmaz bir hissəsinə çevrilib.

Fikrət Mahmudov, BDU-nun 4 kurs tələbəsi.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri