Icma.az
close
up
RU
Cənubi Koreyada nələr baş verir? Ölkəni qarışdıran qüvvə...

Cənubi Koreyada nələr baş verir? Ölkəni qarışdıran qüvvə...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Cənubi Koreyada vəziyyət gərginləşir. Ölkə Prezidenti Yun Sok Yol müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edərək ölkədə hərbi vəziyyət elan edib və ordunu paytaxt Seula yeridib. Koreyanın şimalında sərt rejim fəaliyyət göstərsə də, cənubda siyasi vəziyyət normal deyil”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Cənubi Koreyada baş verən son prosesləri şərh edərkən deyib.

O bildirib ki, sözügedən ölkənin az qala bütün keçmiş prezidentlərinə qarşı müxtəlif ittihamlarla cinayət işi açılıb:

“Məsələn, 2018-ci ildə ölkə prezidenti Park Geun-hye vəzifəsindən uzaqlaşdırıldı. Xanım prezidentə səlahiyyətini sona qədər icra etməyə imkan verilmədi və 24 il müddətinə həbs edildi. Elə həmin il, 2018-ci ildə Koreya məhkəməsi Geun-hyenin sələfi  Li Myong-Bakı həbs edərək 17 illik həbsə məhkum etdi.

2022-ci ildən bəri hakimiyyətdə olan Sok-Yola qarşı ölkədə çox ciddi narazılıq var. Qeyd edim ki, Park Geun-Hyeni vəzifədən uzaqlaşdırılmasının təşəbbüskarı məhz indiki prezident  Yun Sok-Yol olub. Sok-Yol o zaman ölkənin Baş Prokuroru vəzifəsində çalışırdı. Xalqın Gücü Bloku növbəti seçkidə onu namizəd kimi göstərdi və qalmaqallı seçkidə Sok-Yol ölkə prezidenti seçildi. O, ölkənin tanınmış siyasətçilərindən olan Demokrat Partiyanın Lee Jae-myungu zorla məğlub etdi. Belə ki, rəsmi nəticələrə görə, hər iki namizədin arasında cəmi 0,73 faizlik fərq var idi”.

Zeynal Əmrəliyev

Ekspert deyib ki, Koreya tarixində ilk dəfə olaraq şəxslər 99,50 faiz sayılmamış kimin qalib gəldiyini müəyyən etmək mümkün olmadı:

“Son 2 ildə Yun Sok-Yol yuxarı təbəqənin mənafeyini müdafiə edərək orta və kiçik biznes təbəqəsinin mənfəətinin azalmasına səbəb olub. Bu dövlətdə keçmiş baş prokuror təhlükəsizlik elitasına ciddi şəkildə dəstək verərək onların mövqelərinin güclənməsinə səbəb olub. Bu isə siyasi dairələrdə həyəcanla izlənilirdi.

Müxalifət uzun müddətdir ki, dövlət başçısının həbsi istiqamətdə fəaliyyət göstərirdi. Görünür ki, kimlərsə Sok-Yolun qulağına sərt rejim yaratmaq barədə nələrsə pıçıldayıblar. O, yaxşı bilir ki, vaxtında hərəkət etməsə, onu da sələflərinin aqibəti gözləyir. Cənubi Koreyada Şimali Koreyaya rəğbətinin artması barədə iddialar tamamilə absurddur. Cənubi Koreya ABŞ-ın nəzarətində olan ölkədir. Ehtimal ki, baş verənlər Ağ Evlə razılaşıb. Bu da Co Baydenin dünyaya yeni “hədiyyəsi” hesab edilə bilər. Baş verənlər Koreya yarımadasında gərginliyin açıq fazaya keçməsinə şərait yarada bilər. Əgər ABŞ prosesə müdaxilə etməsə, ölkədə xalq inqilabı yaşana bilər.

Müxalifət liderləri artıq Yun Sok-Yolun hakimiyyətini  qeyri-qanuni elan ediblər. Nəzərə alaq ki, müxalifətin gücü çoxdur. Xüsusilə paytaxt Seulda Demokrat Partiyası çox güclüdür. Yaxın saatlarda bu ölkədə ordu və narazı xalq kütlələrin toqquşması yaşana bilər”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri