Icma.az
close
up
RU
Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu

Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının xüsusi iclasında çıxışı zamanı deyib. Spiker bildirib ki,
bugünkü iclasımız çox mühüm bir məsələyə həsr olunub:
"Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyev avqust ayının 7-si və 8-ində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Belə ki, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı.
Böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətlər onların dövlətçilik təfəkkürü, strateji və yaradıcı düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə və ardıcıl surətdə həyata keçirir, yeni tarixi reallıqları yaradır.
Vaşinqton razılaşmaları da ilk növbədə məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına tarixi səfəri zamanı əldə edilmiş razılaşmalar Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir.
Bu hadisənin Konstitusiya və Suverenlik ilində baş verməsi isə dərin rəmzi məna daşıyır. Ulu Öndərin dövlətçilik irsi və yaratdığı dəyərlər onun layiqli davamçısı olan möhtərəm cənab Prezidentin fəaliyyəti ilə qorunub saxlanılır və daha da zənginləşdirilir".
Sahibə Qafarova qeyd edib ki, dövlət başçısının Vaşinqton səfərini ikitərəfli münasibətlər kontekstində qiymətləndirsək, bu səfər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olundu:
"Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi, həmçinin Prezident Trampın 907 saylı düzəlişin icrasını dayandıran sənədi imzalamasında öz ifadəsini tapdı. Burada Prezident Trampın Cənubi Qafqaz reallıqlarını obyektiv qiymətləndirən, sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı.
Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.
Vaşinqton razılaşmaları möhtərəm cənab Prezidentin Vətən müharibəsindən sonra qətiyyətlə reallaşdırdığı sülh diplomatiyasının məntiqi sonluğa çatması baxımından da əlamətdar bir hadisə oldu.
Dövlət başçısı əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulmasına, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. O həm də məlum prinsiplər əsasında sülh gündəliyini müəyyən edərək, bu gündəliyin həyata keçirilməsini təmin etdi.
Ölkəmizə qarşı müxtəlif iftira və təzyiqlərlə sülh danışıqlarına müdaxilə etmək, öz məkrli planlarını icra etmək istəyənlərin siyasi-diplomatik təxribatları isə böyük məharətlə dəf edildi. Bizlər bütün bu proseslərin canlı şahidiyik".
Spiker onu da qeyd edib ki, Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamənin imzalanması, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması haqq-ədalətin zəfərini ifadə edir:
"Bu hadisə bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır.
Vaşinqton razılaşmalarının nəticəsi olaraq, dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü və ardıcıl surətdə müdafiə etdiyi Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, o həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş bir regionda işbirliyi üçün yeni imkanlar yaradır. Heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat xəritəsinə önəmli yeniliklər gətirəcək. Birləşmiş Ştatların bu məsələdə dəstəyi bəzi ölkələrin Azərbaycana qarşı əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi.
Prezident Donald Trampın Zəngəzur dəhlizini “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlandırması heç də təsadüfi deyil. Bu bir daha cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız və yalnız sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət etdiyini bariz şəkildə təsdiq etdi.
Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam da ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi.
Bildiyiniz kimi, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk Qrupu ləğv olundu.
İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaqdır.
Azərbaycanın və Cənubi Qafqazın taleyində dönüş nöqtəsi olan, daha geniş regionda proseslərə istiqamət verən Vaşinqton razılaşmaları uzaqgörən siyasətin çətinlikləri qələbələrə çevirməyə qadir olduğunu parlaq surətdə təsdiq edir. Bu gün xalqımızın arzu və istəkləri reallığa çevrilir, regionumuzda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılır. Bütün bunlar isə möhtərəm cənab Prezident İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsidir".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri